XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

03 May 2016 - 13:49

Çin bazarı uğrunda mübarizə:Səudlar nefti bazar qiymətindən ucuz satırlar – Təhlil

neft dollar

Kennet Rapoza

Forbes (ABŞ), 03.05.2016

 

Alverin durduğu anda 50 dollar neft qiymətinin təklifin həcminə heç bir dəxli yoxdur. Söz yox, ABŞ-da ehtiyatlar bir qədər azalıb, Çin iqtisadiyyatı isə ləngiyir. Lakin unutmağına dəyməz ki, dünyada ən böyük üç neft hasilatçısı hazırda Çin və Avropa bazarlarında pay  uğrunda mübarizə aparır.

Hər şeydən göründüyü kimi, Rusiya Çini, təxminən, bir-iki il öncə kəşf etdi. O, artıq yeni qaz kəmərləri çəkir, Çin dövlət şirkətləri ilə sazişlər bağlayır. Neft çay kimi axır. Səudiyyə Ərəbistanı əsəbiləşir, çünki Rusiya onun Çin bazarındakı payına iddia edir. Səudlar Çinə daha çox neft tədarük etməyə başlayıblar və bəzi məlumatlara görə, ziyanla işləyərək təkcə çinlilərin rəğbətini qorumaqdan ötrü nefti bazar qiymətindən aşağı satırlar.

Cümə günü – aprelin 29-da alverin dayandığı anda Brent markalı neftin qiyməti 50 dollara tam yaxınlaşıb Rusiyanın bütün investisiya banklarının proqnozlaşdırdığı 48 dollarda durdu. Lap az qalıb. Rusiya və Səudiyyə Ərəbistanı “doldur və at” sxemi üzrə işi davam etdirir. Təklifin həcmi artacaq.

"Röyter" agnetliyinin məlumatına əsasən, Səudiyyənin “Aramko” şirkəti bu yaxınlarda Çinin "Shandong Chambroad Petrochemicals" müstəqil neft emalı zavoduna 730 min barrel neft satıb. Bu ticarətdə hər şeydən maraqlısı budur ki, “Aramko” üçün ilk nəqd satış və təcili tədarük hadisəsi oldu. “Aramko”, adətən, öz neftini birillik və daha çox müddətə saziş əsasında və rəsmi bazar qiymətinə satır. Lakin Rusiya “Aramko”nu əsəbiləşməyə məcbur etdiyindən şirkət öz neftini tərəddüdlü bazar qiymətlərinə satmağa hazırdır. 730 min barrel həcmində yük “Aramko”nun Okinavadakı (Yaponiya) anbarından Çinə iyunda çatdırılacaq.

Başqa sözlə, 48 dollara neft fiksiyadır. Bundan başqa, hələ İran da var. Bir neçə ay əvvəl neft qiymətlərinin 30 dollaradək düşməyinin səbəblərindən biri İran oldu. Axı o, bazara indi-indi çıxır. İran hökuməti iddia edir ki, yekunda hasilatın həcmini sanksiyaöncəsi həcmə çatdıracaq. İran neft qiymətlərinin möhkəmləndirilməsi üzrə tədbirləri sözdə dəstəkləsə də, onun dövlət şirkətləri Çin və Avropa bazarlarında pay əldə etməyə qarşı deyil. Neftin daha yüksək qiyməti isə Səudiyyənin maraqlarına uyğun gəlmir. Neft qiymətini aşağı səviyyədə necə saxlamaq olar? Analitik göstəricilərdən asılı olmayaraq dollara satmaq və neft füçerslərini almaq lazımdır.

Neftin qiyməti apreldə, təxminən, 20% qalxdı. Hər şeydən göründüyü üzrə, bazar neft qiymətinin və investorların kürəsəl ticarət marşrutları üzrə tədarükləri qiymətləndirmək üçün istifadə etdiyi indeks, indikator və ticarət indeksi "Baltic Dry Index" kimi digər iqtisadi göstəricilərin artmasına kömək edən dollara fikir verməyi artıq tərgidib.

Dolların zəifləməyi və kürəsəl neft bazarının doyması dövrünün tezliklə başa çatacağına əsassız ümidlər Amerika neft füçerslərinin fevraldan başlayaraq cəmi üç ay ərzində 20 %-dən çox yüksəlişinə səbəb oldu. Lakin bazarların heç də hamısı son nəticədə digər riskili aktivlərə, Rusiya daxil olmaqla xüsusən də inkişaf etməkdə olan bazarların xammal tədarükçülərinə təsir edən bu canlanmaya məruz qalmadı.

Nassauda yerləşmiş "Deltec International hec" fondunun yatırım şöbəsinin rəhbəri Atul Lele iddia edir: “Biz bu fikrin tərəfindəyik ki, xammal bazarında yüksəlməyə oynamaq mərhələsi başa çatdı və neft də daxil olmaqla xammalın qiyməti düşməyə başlayacaq”.

Beynəlxalq energetika agentliyi bazarlar məsələsində cəmi iki ay ərzində öz mövqeyini dəyişdi. Fevralda məlumat verdi ki, qiymətlər düşəcək. Qiymət artmağa başladı. Apreldə bildirdi ki, tələblə təklifin dinamikası ayın ikinci yarısında tarazlaşacaq.

Artıq nefti haradasa saxlamaq üçün hovuzlardan istifadə etməli olacağımız haqda fevralda zarafat edən BP şirkətinin rəhbəri Bob Dadli keçən həftə bu baxışla razılaşdığını bildirdi.

Lele zidd fikrin tərəfində olan yeganə investor deyil. “Bloomberg” nəşrinin aprelein 29-da söhbətləşdiyi qaynaqların sözlərinə görə, bu yaxınlardakı canlanma belə bir imkan yaranan kimi şistli nefti yenidən çıxarmağa hazır olan Amerika şistli neft istehsalçıları üçün “xilas şansı olur”. Bundan xeyli pul qazanmaq olar. Pul isə onlara indi olduqca lazımdır.

UBS-nin analitiki Covanni Staunovo deyir: “Yaxın vaxtlarda neft qiymətlərinin artımı böyük sual altındadır”.

"Baltic Dry Index"in indeksi son dörd həftədə 45% artıb. ABŞ və Çin iqtisadiyyatlarının zəifləməyinə baxmayaraq, bazar ya ticarətin canlanmasına güvənir, ya da dolların zəifləməyinə. O, neftə güvənmir, çünki Dadlinin bir neçə həftə öncə dediyi kimi, dünya neftə qərq olub. Səudiyyə Ərəbistanı Çin bazarındakı payını Rusiyaya güzəştə getmək istəmədiyindən qara qızıl axınları yaxın günlərdə çətin ki azalsın.

 

Tərcümə Strateq.az-ındır.