XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

03 May 2016 - 15:26

İqor Muradyan:"Ermənistan administrasiyasının yüksək qatlarında Rusiya agenturası var"

muradyan

İqor Muradyan

Lragir.am, 02.05.2016

Hər şeydən öncə, demək lazımdır ki, erməni xalqında Rusiya meyli heç vaxt olmayıb və ola da bilməz. Ermənilərdə heç bir Rusiyayönlü istiqamət olmayıb. Qol-budaq atmış və Ermənistan administrasiyasının yüksək qatlarına yerləşdirilmiş Rusiya agenturası var. İstənilən erməni məmurunu və ya generalını çəkinmədən Rusiya agenti adlandırmaq olar. Amerikalılar bundan yaxşı baş çıxardıblar və Ermənistanın bu mafiyasını məhv etmək üçün öz planları var. Yüksək məmurlar və heç bir şübhə yoxdur ki, onların övladları da Rusiyanın agentləridir.

Ermənistanın Avropa Birliyinə inteqrasiyasının iflasından dərhal sonra sual edildi – Ermənistan prezidenti niyə məhz bu cür hərəkət etdi? Nə idi bu – asılılıq, yoxsa əndişə? Nə bu, nə də o biri. Agentura qərarı yer aldı. Ermənistanda “gənc türklər”, yəni özünü qərbçi kimi qələmə verən nisbətən cavan məmurlar peyda olub. Əslində isə, bu da o cür Rusiya agenturasıdır. Onlar administrasiyaya haradan düşüblər? Və onları kim qoruyur? Bu cür administrativ rəhbərliklə ölkənin gələcəyi necə olacaq?

Lakin generallara nə olub? Generallar Ermənistan ordusunu kapitulyasiya həddinə çatdırıb və buna lap az qalır. Üç general istefaya göndərilib. Lakin niyə tribunala deyil, istefaya və niyə ancaq üç  general?

Ermənistan üç il əvvəl rüsvayçılığı uddu, bəs NATO-nun yeni proqramı necə qəbul ediləcək? Bu proqramın qəbul ediləcəyi Varşava sammitinə az qalır.

Britaniyalı aparıcı ekspert, Avropa təhlükəsizliyi problemləri üzrə mütəxəssis Klaus Bekker Qafqaz və ümumən MDB dövlətlərinin NATO-ya mümkün daxil olması və “Şərq tərəfdaşlığı” layihəsinin siyasi önəmi ilə bağlı bir çox məsələlərdə Böyük Britaniyanın mötədil-mühafizəkar ekspertlər çevrəsinin fikrini ifadə edir.

Klaus Bekker qeyd edir ki, bunu tamamilə mümkün hesab edir, lakin o qədər də tezliklə yox. Çünki silahlı və siyasi münaqişələrin nizamlanmaması, həmin ölkələrin əksəriyyətindəki ifrat dərəcədə daxili qeyri-sabitlik, onların hərbi infrastrukturun yaradılmasında zəruri olan adi iqtisadi problemləri həll etməkdə bacarıqsızlığı kimi ciddi məhdudlaşdırıcı amillər var. Bu ölkələr öz iqtisadi vəzifələrini həll etmək üçün ABŞ-dan və NATO-nun digər ölkələrindən böyük vəsaitlər almaq istəyir. Lakin NATO iqtisadi qurum deyil. Bu dövlətlər ABŞ və beynəlxalq maliyyə qurumlarının artıq onlara verdiyi vəsaitləri effektli şəkildə istifadə etməyə iqtidarlı deyil. Bu ölkələrdə təkcə iqtisadi inkişafın tələblərinə deyil, həm də təhlükəsizliyin təminatı məsələlərinə uyğun gəlməyən yüksək korrupsiya var. Bu ölkələrin, xüsusən Ukrayna, Moldova və Cənubi Qafqaz ölkələrnin NATO-ya daxil olması sonsuz və çox böyük məsrəflərin başlanğıcı olar. Eyni zamanda buna ən böyük xərci ABŞ həyata keçirdəcək.

Ekspertin fikrincə, bu dövlətlərin NATO-ya girməyinin başlıca uyğunsuzluğu budur ki, bu layihə həmin bölgələrdə və ABŞ-ın özünün təhlükəsizliyini xeyli zəiflədəcək. Bu, birbaşa öz sərhədlərinin yaxınlığında NATO-nun varlığını qəbul etməyə hazır olmayan Rusiyanın, Çinin və başqa dövlətlərin cavab reaksiyasını doğuracaq.

Bu, tam bir silsilə gərginlik ocaqlarının meydana çıxmasına səbəb olacaq. Onda Dağlıq Qarabağda və Abxazaiyada münaqişələrin nziamlanması heç birimizin gözünə gəlməyəcək. NATO xeyli sayda ölkələrin cəlb olunduğu yeni “soyuq müharibə” perspektivi ilə üzləşməli olacaq.

Ekspert “Şərq Tərəfdaşlığı”na nisbətdə qeyd edir ki, bu təşkilatın yaranması ABŞ-da və Avropada çoxlarında böyük maraq və hətta ruh yüksəskliyi doğurdu. Lakin çox tezliklə aydın oldu ki, bu zaman bölgədə meydana çıxan yeni münasibətlər “Şərq Tərəfdaşlığı”nın hədəflərinə zidd çıxır. Bu isə kommunikasiya və energetik problemlərin təhlükəsizliyi və effektivliyinin təminidir. Beləliklə, Şərqi Avropada “Şərq Tərəfdaşlığı”nın özü təcrüddə göründü və əks fəaliyyətli blokların yaranmasına səbəb oldu. Həm də buna təkcə Rusiya yetərincə kəskin şəkidə reaksiya vermədi. Bir sıra dövlətlər, o cümlədən İran və Ermənistan alternativ blokların yaradılması üzrə addımlar atdı. Təcrid edilmiş və bir-birinə düşmən blokların yaradılması ABŞ-ın və Avropa dövlətlərinin planına daxil deyildi. Lakin ABŞ və avropalılar onsuz da NATO çərçivəsindən kənarda və onun iştirakı olmadan kommunikasiyalar və enerji qaynaqları, xammal üçün kollektiv təhlükəsizlik məsələlərimni həll etməyə qabil olan qurum kimi “Şərq Tərəfdaşlığı”nda maraqlıdır.

ABŞ və Avropanın aparıcı dövlətləri “Şərq Tərəfdaşlığı” ölkələrinin sazişi çərçivəsində kommunikasiyaların müdafiəsi üçün xüsusi təyinatlı kontingentlərin yaradılmasını maliyyələşdirməyə hazırdır. Görünür, bu, həmçinin “Sülh naminə tərəfdaşlıq” proqramından kənarda da baş verəcək.

Təkcə Avropa Birliyində deyil, həm də NATO-da yeni proqram və yaxud IPAP proqramının növbəti inkişaf diapozonu nəzərdə tutulur. Bununla yanaşı, Ermənistanı NATO-nun yeni proqramının – “Planlaşdırma prosesi və yenidən nəzərdən keçirilmə Tərəfdaşlığı”nın qəbul edilməsi perspektivi gözləyir.

Bu son dərəcə geniş proqram Ermənistan tərəfindən bəyənilməlidir, lakin bu, baş verəcəkmi? Ola bilsin, Ermənistan rəhbərliyi erməni tarixində ikinci “24 aprel”ə dönmüş “3 sentyabr” rüsvaylığını təkrar etməyə cəhd göstərəcək.

 

Tərcümə Strateq.az-ındır.