XƏBƏR LENTİ

20 Yanvar 2021
19 Yanvar 2021

Digər Xəbərlər

03 May 2016 - 17:58

Erməni ekspert:"Ermənistan Qarabağı hansı sərhədlər daxilində tanımalıdır?" – Təhlil

ermeni parlamenti

Naira Ayrumyan

Lragir.am, 03.05.2016

 

Zarui Bostancyan və Hrant Baqratyan Dağlıq Qarabağ Respublikasının (müəllifin yanaşması mətndə olduğu kimi saxlanılıb -red.) müstəqilliyinin tanınması haqda qanun layihəsini parlamentin müzakirəsinə çıxardıblar. Hökumət mayın 5-də bu layihəni ya bəyənəcək, ya da bəyənməycək, sonra Milli Məclisdə müzakirə ediləcək.

“İrs” partiyası və şəxsən Zarui Bostancyan artıq birinci dəfə deyil ki, parlamentə bu cür qanun layihəsi təqdim edir. Hökumət və deməli,  respublikaçı çoxluq hər dəfə “qeyri-hökumətlər”in züyü altında qanun layihəsini rədd edib və bildirib ki, Ermənistan bu qayda ilə işarə verəcək ki, danışıqlardan imtina edir. Bu isə artıq müharibədir.

İndi məntiq əks hesablamaya keçib – aprelin əvvəlində müharibə baş verdi, Ermənistan bildirdi ki, təhlükəsizlik zəmanəti olmadan danışıqlara qatılmayacaq, Serj Sərkisyan isə müharibədən dərhal sonra açıqladı ki, Ermənistan DQR-in tanınması proseduruna başlaya bilər. Hökumət və parlamenetdəki çoxluq qanun layihəsinə bu dəfə necə yanaşacaq? Onu yenidən rədd etmək üçün hansı arqumentlər gətiriləcək? Ya hökumət layihəni bəyənib parlamentə göndərə bilər ki, orada nə olacaq-olsun?

DQR-in Ermənistan tərəfindən tanınması başlıca sualda – ərazi məsələsində dirəşir. “Məlumatlı” adamlar hər dəfə soruşurlar: Qarabağ hansı sərhədlər daxilində tanınmalıdır? Əgər indiki faktiki sərhədlər daxilində tanınsa, bu, həqiqətən də, danışıqlardan, daha doğrusu, Qarabağa tamam başqa sərhədlər aid edən Madrid prinsiplərindən  imtina etməkdir.

İndi Aprel müharibəsindən sonra və yeni təcavüz dalğası gözləntisində Ermənistanın Madrid prinsiplərindən tam şəkildə imtinası və ərazi güzəştlərindən danışmaq olarmı? Ermənistan Qarabağı indiki sərhədləri daxilində tanımağa hazırdırmı? Və eyni şeyi etmək üçün başqa ölkələrə də müraciət etməyə hazırdırmı?

Ən nəhayətdə, Ermənistan bunu etməyibsə, heç bir ciddi ölkə Qarabağı tanımağa başlamayacaq. Axı ölkə Qarabağı indiki sərhədlərdə tanıya bilməz, Ermənistan isə sabah danışıqları təzələyəcək və Qarabağın yarısını Azərbaycana verəcək. Ciddi ölkə bu cür Qarabağı tanımaz. Qarabağ siyasətçiləri iddia edirlər ki, danışıqları sıfırdan başlamaq lazım gələcək və keçmişə dönüş yoxdur. Bu o deməkdir ki, Qarabağ Madrid prinsiplərini rədd edir. Qarabağı tanımamaqdan ötrü erməni diplomatlarınınn daha hansı arqumentləri qalır? Yoxsa Ermənistan Qarabağın iradıəsinə zidd olaraq Madrid prinsiplərini dirçəldəcək və Azərbaycana torpaq güzəşti edəcək?

 

Tərcümə Strateq.az-ındır.