XƏBƏR LENTİ

11 Avqust 2020
10 Avqust 2020

Digər Xəbərlər

06 İyun 2015 - 12:00

Türkiyə seçim ərəfəsində: koalisiya hökuməti yaradılacaqmı? – Təhlil

Türkiyə 25-ci çağırış parlament seçkiləri ərəfəsindədir və yalnız bir neçə gündən sonra Böyük Millət Məclisinin deputatlarının yenilənmiş siyahısı məlum olacaq. 20 siyasi partiyanın iştirakı ilə keçiriləcək parlament seçkiləri iyunun 7-də baş tutacaq. Səsvermədə 53 milyon 765 min 231 seçici iştirak edəcək. Bununla yanaşı, ölkədən kənarda təşkil olunan seçki məntəqələrində 2.9 milyon Türkiyə vətəndaşı səs verəcək. Hazırda hakimiyyətdə olan Ədalət və İnkişaf Partiyasının (AKP) hazırkı 70 deputatı bu parlament seçkilərində iştirak edə bilməyəcək. Bu qərar partiyanın bir deputatının parlamentdə 3 müddətdən çox seçilməyə hüququ olmamasını göstərən daxili nizamnaməyə uyğun qəbul edilib. Maraqlıdır ki, 2015-ci ilin parlament seçkilərində baş nazir müavinləri Bülənt Arınc, Bəşir Atalay və Əli Babacan, ədliyyə naziri Bəkir Bozdağ, partiya sədrinin müavini Hüseyn çelik, enerji və təbii resurslar naziri Taner Yıldız, xarici siyasət idarəsinin rəhbəri Mövlud çavuşoğlu kimi AKP-nin tanınmış nümayəndələri də iştirak edə bilməyəcək.

Seçkilər ərəfəsində daha bir gözlənilməz “sürpriz” isə Türkiyə kəşfiyyatının rəhbəri Hakan Fidanın parlament seçkilərində iştirakdan imtina etməsi olub. Yeri gəlmişkən, Türkiyə Prezidenti Rəccəb Tayyib Ərdoğan H.Fidanın bu qərarına soyuq yanaşdı.

“Günəş altında yer” üçün əsas mübarizə Əhməd Davudoğlunun hazırda hakimiyyətdəki Ədalət və İnkişaf Partiyası (AKP), Kamal Kılıçdaroğlunun aparıcı sol-mərkəzçi müxalif Cümhuriyyət Xalq Partiyası (CHP) və Dövlət Bahçəlinin sağçı Milliyyətçi Hərəkat Partiyası (MHP) arasında olacaq. Xatırladaq ki, 2011-ci ildə Türkiyədə keçirilən ötən parlament seçkilərində Ədalət və İnkişaf Partiyası seçicilərin 46,66 faizinin, Cümhuriyyət Xalq Partiyası 20,85 faizini, Milliyyətçi Hərəkat Partiyası isə 14,29 faizinin səsini toplamışdı.

Şübhəsiz ki, parlament seçkiləri Türkiyədəki kifayət qədər vacib siyasi proseslərdən biridir.

Əgər təxminən bir neçə ay öncə Türkiyədə əhalinin əksəriyyəti AKP-nin seçkilərdə liderliyi özündə saxlayacağına şübhə etməsə də, indi bununla bağlı qətiyyət bir qədər azalıb. Söhbət hakimiyyət partiyasının seçkilərdə məğlub olmasından getmir, amma digər siyasi qüvvələrin nəzərəçarpan fəallığını nəzərə alsaq, tamamilə aydın görünür ki, qarşıdakı qələbə heç də asan olmayacaq.

Mümkün koalisiya hökumətinin yaradılması barədə danışıqlar da seçkiqabağı vəziyyəti bir çox cəhətdən mürəkkəbləşdirir. Türkiyə seçicilərinin əvvəllər tam olaraq AKP-ni dəstəkləyən bir çox nümayəndələri tədricən seçimlərini digər partiyalara doğru edirlər. ümumiyyətlə, Türkiyədə koalisiya hökumətinin yaradılması praktikası hələ 2000-ci illərin əvvəllərində gündəmdə olsa da daha sonra aktuallığını itirmişdi. Amma ekspertlər seçkilərin nəticələrinin hakimiyyətdəki qüvvənin maraqlarına uyğun olmayan bu müzakirələrin yenilənməsinə təkan verə biləcəyini istisna etmirlər.

Onlardan bəzilərinin dəyərləndirmələrinə görə, bu vəziyyətdə Türkiyə hətta siyasi böhranla qarşılaşa bilər ki, bu, heç də arzuolunan deyil. AKP-nin koalisiya hökumətinin yaradılmasını dəstəkləmədiyi haqqında Türkiyənin baş naziri Əhməd Davudoğlu bəyanat vermişdi. Məsələ ondadır ki, Türkiyə tarixində koalisiya hökuməti heç vaxt müvəffəqiyyət əldə etməyib və türk siyasətçilər hakim partiyanın tələb olunan sayda seçici səsini toplamaması halında bu ideyaya tamamilə skeptik yanaşırlar.

Seçki kampaniyasının əvvəlindən Prezident Rəcəb Tayyib Ərdoğan adi halda 550 deputatın olduğu ölkə parlamentində 400 deputat mandatının zəruriliyi barədə bəyanat vermişdi. Tapşırıq çətindir və onun reallaşması ilk növbədə hakim qüvvənin tərəfdarlarının dəstəyindən və etimadından və bütövlükdə partiyanın rəqabət qabiliyyətindən asılıdır. Müşahidələr göstərir ki, seçkiqabağı marafonda yeni parlamentə seçilmək üçün real şansa malik iddialı və qətiyyətli bir şəxs – Səlahəddin Dəmirtaşın rəhbərlik etdiyi Xalqların Demokratik Partiyası (HDP) böyük fəallıq nümayiş etdirir. ümumilikdə, partiyaların hər biri öz dəyər və tapşırıqlarını izləyir və bir qayda olaraq dövlətin milli maraqlarından kənara çıxmadan bunlar əsasında prioritetlərini müəyyənləşdirirlər. Amma siyasətdə dövlətin maraqlarından fərqlənən müxtəlif hadisələr baş verir. Buna misal olaraq, Xalqların Demokratik Partiyasının rəhbərinin müavini Nəzmi Gurun parlament seçkilərində qalib gəlindiyi təqdirdə Ermənistanla münasibətlərin sürətlə normallaşmasına və Osmanlı İmperiyasında ermənilərin “soyqırımı”nın Türkiyə tərəfindən tanınmasına nail olunacağı barədə bəyanatını göstərmək olar.

“Biz Ermənistanla münasibətlərin normallaşdırılması protokollarının icrasının və sərhədlərin açılmasının tərəfdarıyıq. Türkiyə-Ermənistan münasibətləri Qarabağ probleminin nizamlanmasından asılı olmamalıdır. Bu, Ermənistan və Azərbaycan xalqlarının problemidir və danışıqlar yolu ilə həll olunmalıdır. Biz həm də Osmanlı İmperiyasında ermənilərə qarşı törədilmiş soyqırımının tanınmasının tərəfdarıyıq”, – deyə Gur bildirib.

Bu cür bəyanatlar Ermənistanla əlaqələrin yalnız Dağlıq Qarabağ münaqişəsinin həll olunması halında mümkün ola biləcəyini dəfələrlə bəyan edən və lazımi şəkildə həyata keçirən hökumətin mövqeyi ilə əsaslı şəkildə uzlaşmır. Ola bilər ki, bu bəyanatlar erməni mənşəli seçicilərdən kifayət qədər səs almaq üçün nəzərdə tutulub, çünki hələ bir neçə ay əvvəl deputatlığa namizədlər siyahısında erməni mənşəli şəxslərin, xüsusilə İstanbulun 2-ci seçki dairəsindən namizədliyini irəli sürən erməni kökənli o qədər də tanınmayan vəkil, həmçinin erməni icmasının rəhbərlərindən biri, bələdiyyə əməkdaşı Yervant özuzunun qızı Selina özuzun Doğanın adları mövcud idi.

Ermənilərin Türkiyə parlamentinə seçilmək cəhdləri aydındır və onlar, əlbəttə ki, yalnız özlərinə xas “qətiyyətlə” orada bir neçə vakant yer tutmaq üçün taleyin şansından istifadə etməyə çalışırlar.

Bu reallığı Qərbin Türkiyə siyasətinə etdiyi təzyiqin göstəricisi və ya hökumətin daxili siyasətinin bir hissəsi kimi qiymətləndirmək olar. İstənilən halda Türkiyə parlamentinə keçiriləcək seçkilər Ermənistan üçün əsl zərbədir, çünki Türkiyədəki ermənilərin (ilkin məlumatları görə 170 mindən çox) gələcək taleyi ilə bağlı “ürəkağrıdan” məqalə sərlövhələrini başqa cür izah etmək mümkün deyil.

Sonda qeyd etmək lazımdır ki, müəyyən dərəcədə Türkiyə iqtisadiyyatına da təsir edən dünyadakı ümumi iqtisadi qeyri-sabitliyin fonunda müxalif partiyalar arasındakı daxili siyasi ziddiyyətlər və Türkiyə vətəndaşları arasında digər sosioloji sorğular göstərir ki, Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərlik etdiyi hazırkı hakimiyyət böyük nüfuzuna və xalqın dəstəyinə arxalanır. Hətta əgər bu gü
n mümkün koalisiya hakimiyyətinin yaradılması ilə bağlı düşünülməmiş danışıqlar canlansa da, seçkilərin nəticələri ilə bağlı ilkin proqnozlar ümid etməyə imkan verir ki, son nəticədə Ədalət və İnkişaf Partiyası parlament seçkilərində böyük səs çoxluğu ilə qalib gələcək.

Ən azı, ilkin sorğu respondentlərin 41 fazinin hakim AKP-yə, 29 faizinin sol-mərkəzçi CHP-yə, 14 faizinin milliyətçi MHP-yə, 11 faizinin isə kürdpərəst HDP-yə səs verməyə hazırlaşdığını göstərir. Proqnozlar çox gözlətməyəcəklər…

Elsevər Abdullayev

Newstimes.az