Naira Ayrumyan
Lragir.am (Ermənistan), 04.05.2016
Ermənistan parlamentinin vitse-spikeri Ermine Naqdalyanın bəyanatı Ermənistan cəmiyyətində xəyanətdə ittiham və tənqid qasırğası doğurdu. İctimaiyyət istefa tələb edir, lakin hakimiyyət təmsilçiləri sinələrini irəli verib Qarabağın müdafiəsindən daha yaxşı müdafiə təşkil etməklə vitse-spikeri müdafiəyə atıldılar.
Niyə? Doğrudanmı, məsələ bundadır ki, “özününküləri təslim etmirlər?” Axı üç generalı işdən çıxardılar, deməli, Ermine başqa dəyəri təmsil edir.
Ermine həmkarlarının aşıq şəkildə demədiyini dedi – o bildirdi ki, Ermənistanın müəyyən ərazilərə haqqı çatmır. Çoxları bu cür düşünür və qeyri-rəsmi söhbətlərdə deyirlər və Ermine istefaya göndərilsə, “qəflətən” onun onlarla həmkarının eyni bəyanatı üzə çıxa bilər.
Məlumat var ki, Ermine Naqdalyan və Şavarş Köçəryanı ERP (hakim Ermənistan Respublika Partiyası-tərc.) İcraiyyə komitəsinin toplantısına dəvət ediblər. Ola bilsin, qadını könüllü şəkildə istefaya getmək üçün dilə tutacaqlar. Lakin onun iddalarına və irəli getmək üsullarına görə fikir yürüdülsə, könüllü şəkildə getməyəcək. Ya ictimai şəkildə etiraf etmək lazım gələcək ki, onun sözləri rəsmi mövqeyə ziddir və istefaya göndərəcəklər, ya da onu vəzifəsində saxlayıb təsdiqləyəcəklər ki, onun sözləri rəsmi mövqeyi ifadə edir.
Hakimiyyət Erminenin simasında öz “hüquqlarını” qorumağa çalışır. Ermine başlıca sözləri dedi – Ermənistanın bu torpaqlara haqqı çatmır. Bu bildirir ki, o, hakimiyyətin bu torpaqları gərəkli anda təhvil vermək hüququnu saxlayır. Bu an yetişməyib, bəlkə də, keçib gedib, lakin hakimiyyət bunu sezməyib. Onlardan torpaqların təhvil verilməsi deyil, adekvat addımlar tələb edildiyini başa düşən kimi Ermineni taleyin ixtiyarına buraxacaqlar.
Ərazilərə binagüzarlıq etmək öz hakimiyyətini qoruyan çoxlarının əlində qalxan olub. Bu, Qarabağ və Ermənistan üçün yox, hakimiyyət üçün “təhlükəsizlik zolağı”dır. Bu hüquq geri alınsa, əraziləri hansısa zəmanətlər və “öz taleyini müəyyən etmə”nin tanınması əvəzində verməyə hazır olduğunu 20 il iddia edən hakimiyyət birinci növbədə zərbə altında qalacaq.
Torpağa hüquq haqda sonsuz şəkildə danışmaq olar, lakin o, “torpaq onu qoruya bilənə məxsusdur” formuluna sığışır. Təkcə əldə silahla deyil, həm də diplomatik cəbhədə. Ermənistanda isə parlament diplomatiyasının başçısı torpağı verməyə hazır olan Erminedir.
Aprel müharibəsi ərazi məsələsini ictimai və siyasi diskursdan çıxarmalıydı. Lakin bir-birini əvəzləyən rejimlərin mirası olan yeganə hüquqdan hakimiyyətin əl çəkməyi çətindir. Buna görə də Ermine hələ də parlamentin vitse-spikeridir.
Tərcümə Strateq.az-ındır.