XƏBƏR LENTİ

22 Yanvar 2021

Digər Xəbərlər

04 May 2016 - 17:13

Türk ekspert:Rusiya təyyarəsi bizim suveren hüquqlarımızı pozurdusa, bəs İŞİD nə edir? – Təhlil

teyyare

Yavuz Semerci

Habertürk (Türkiyə), 04.05.2016

 

Biz Rusiya təyyarəsini vurduq – guya bilmirdik ki, Rusiyanındır. Sonra böyükdən kiçiyə, hökumətdən müxalifətə, Baş qərargahdan KİV-ədək hamımız bir nəfər kimi sıradakı tezislərə dirəndik.

-Türkiyə Cümhuriyyətinin təhlükəsizliyini təhdid etmək olmaz.

-Türkiyə Cümhuriyyətinin suveren hüquqlarını tapdalamaq olmaz.

-Yerdən və yaxud havadan Türkiyə Cümhuriyyətinə nisbətdə istənilən fitnəkar cəhdə müdaxilə etmək hüququmuz var.

Əhsən, alqışlar…

***

Bu gün – bilmirəm, artıq neçənci dəfə – Kilis atəşə tutulub. Qurbanların sayı artır, lakin rəsmi məlumatlara görə, 19 nəfər həlak olub. Yüzlərlə yaralı var. Bombardmanlara cavab olaraq deyirlər: “Bomba düşür”. Ağlımız üzərində “Neyləməli, yerin cazibəsidir, bombalar havada qalmayacaq ki” kimi rişxəndli şərhlər verir və problemin önəmini hər cür kiçiltməyə çalışırlar. O zaman Rusiya təyyarəsi səhv üzündən saatda min kilometr sürətlə hava məkanımıza bir neçə yüz metr girən kimi bizim milli qürur hisslərimizi təhqir etdi və suveren hüquqlarımıza toxundu.

Güman edirsiniz ki, İŞİD orada kiminləsə döyüşür… Raketlər isə ərazimizə səhvən düşür! Onlar kor-kor, gör-gör, üstümüzə raket buraxırlar (həm də NATO ölkəsinə).

Yaxşı, lakin nə etməliyik? Bilmirəm. Tədbir görəcəksiniz? Lazım gəlsə, onları ağrı çəkməyə məcbur edəcəksiniz?

Lakin sıradakını dəqiq bilirəm. Biz ruslara qarşı son dərəcə ədalətsiz idik. Biz ikili standart tətbiq etdik. Hətta ölkəmizə milyardlarla dollar ziyan vurduq. Həm də havadan və qurudan Suriyaya müdaxilə etmək hüququndan məhrum olduq. Biz Rusiya təyyarəsinə deyil, öz ayağımıza atəş açdıq. Mən şəxsən onlardan üzr istəyirəm.

Səhvən hava məkanımıza girmiş təyyarəni məhv edib özümüzü böyük dövlət kimi qələmə verdik. Lakin bilərəkdən üzərimizə buraxılan raketlərə və İŞİD-in müharibəyə çağırışlarına reaksiya verməyərək qəflətən müdrik dövlət obrazına keçdik. Biz məzarlıqdan keçərkən qorxudan fit çalanlara oxşamağa başlamışıq.

 

İndi isə İranın dövrüdür

 

Dəqiq qeyd ediblər ki, dövlətlərin əbədi dostları yox, əbədi maraqları var. Dünya qarşılıqlı maraqların nəzərə alındığı beynəlxalq münasibətlərin kələfindən ibarətdir. İndiki anda bizim maraqlarımız Rusiya ilə dialoqun təzələnməsi, Misirlə yeni münasibətlərin başlanması, lazım gələrsə, Əsədlə əl tutmaq, İranla münasibətlərimizin  dərinləşməsi və “biz ərazi bütövlüyünü dəstəkləyirik” sözlərilə İraqı inandırmaqdan ibarətdir. Türkiyədə işləyən minlərlə insan dolanışıq vəsaitini bu ölkələrlə ticarətdən gələn gəlirlər sayəsində əldə edir. Xarici ticarət dövriyyəmizin azalması xammal mallarının qiymətlərinin dəyişilməsi ilə izah olunsa da, əslində, bu dövlətlərlə ticarət əlaqələrinin geriləməyinə görə biz məsuliyyət daşıyırıq. Bununla bağlı, İstanbul Sənaye Palatası İran ekspansiyamızı hökmən dəstəkləməlidir. Münasibətlərimizin inkişafına səbəb olan müqavilələr baş nazir, prezident, nazirlər səviyyəsində ön plana çıxmalıdır.

 

Tərcümə Strateq.az-ındır.