XƏBƏR LENTİ

22 Yanvar 2021
21 Yanvar 2021

Digər Xəbərlər

05 May 2016 - 18:52

Rus mətbuatı 3 erməni generalın istefasından yazdı:"Azərbaycan ordusu rəqibin durumundan yaxşı xəbərdar idi"

sarkis-8

Discussio.ru, 04.05.2016

 

Ermənistan müdafiə nazirliyinin təchizat, rabitə və kəşfiyyat sahələrinə rəhbərlik edən üç generalın dərhal işdən azad edilməsi qənaətə gəlməyə imkan verir ki, Dağlıq Qarabağda Aprel müharibəsi ordu üçün açar istiqamətlərdə kobud səhvləri üzə çıxartdı. Bu haqda erməni jurnalisti Arşaluys Mqdesyana isnadən Rusiyanın Strategiya və texnologiyaların təhlili mərkəzinin ekspertlərinin yönəltdiyi "bmpd" hərbi bloqu məlumat verir.

Mqdesyan sual edir: kəşfiyyat effektli fəaliyyətdəydisə və ordu düşmənin hazırlanan həmləsi haqda bilirdisə, onda niyə faktiki müharibə şəraitində hərbi istiqamətin üç sahəsini başsız qoymaq lazım gəldi? Doğrudanmı, Ermənistan ordusunda rabitə və kəşfiyyat üzrə bu qədər çox yaxşı mütəxəssislər var ki, onları asanlıqla dəyişmək mümkün olsun? Çünki mütəxəssislərin fikrincə, bir kəşfiyyatçının hazırlanması hərbi təyyarəçinin hazırlanmasından baha başa gəlir.

Ermənistan hərbi rəhbərliyindəki qaynaq Mqdesyana bildirib: “Xüsusən də müharibə durumunda olan Ermənistandakı müdafiə, demək olar, bütün sahələrlə – ölkədaxili siyasi vəziyyət, iqtisadiyyat, cəmiyyətin mənəvi-psixoloji durumu və s.-lə sıx bağlıdır. Bununla bağlı orduya qalxışmaq deyil, müdafiə sahəsini zəruri maliyyə vəsaitləri ilə təmin etməkdən ötrü iqtisadiyyatı qaldırmaq, vergiləri normal yığmaq lazımdır. Bunların orduda istifadə edilməsi üzrəində effektli nəzarət tətbiq etmək son dərəcə önəmlidir”.

Ermənistanın ilk kəşfiyyat-təxribat dəstəsinin əsasını qoyan Vova Vartanov hesab edir ki, ola bilsin, problem kəşfiyyatçıların məlumatsızlığında da deyil, bütünlükdə kəşfiyyatın funksiyalarıındadır: “Yəni ya gözümüz, qulağımız bağlanmışdı, ya da məlumat var idi, lakin ünvana vaxtında çatmamışdı”.

Keçmiş baş nazir, Ermənistan parlamentinin deputatı Hrant Baqratyanın sözlərinə görə, erməni əsgərinin 20.00-dan sonra “baxışla bağlı problemi olur”, rəqibin yer dəyişməsini görə bilmir.

Materialdakı məlumat və iddiaların mötəbərliyini necə dəyərləndirmək olar? Qafqaz İnstitutunun (İrəvan) elmi əməkdaşı Hrant Mikailyanın fikrincə, istefaya göndərilmiş üç generalın üçü də Aprel müharibəsində, həqiqətən, özlərini yaxşı mənada göstərə bilmədilər. Lakin bu adamların öz vəzifələrinin öhdəsindən gələ bilmədiyi çoxdan məlum idi.

– Fikir yürüdə biləcəyim qədər, onların azad edilməsi bir tərəfdən məcburi addım idi – hərbçilərin ön cəbhədə hiss etdiyi müəyyən problemlərə görə kimsə cavab verməlidir. Digər tərəfdən, bu adamları çoxdan dəyişmək lazım idi.

– Ermənistanda xalq bu yaxınlardakı müharibənin nəticələrini necə qiymətləndirir?

– Bir tərəfdən, Azərbaycanın silahlanmada üstünlüyü var idi və var. Lakin qeyd etmək lazımdır ki, hərbi əməliyyatların gedişində yeni silahların heç də hamısından istifadə etmədi. Azərbaycan ordusunun irəliləməsi nəticəsində müəyyən mövqelər itirildi, lakin rəqib heç bir yaşayış məntəqəsini ələ keçirə bilmədi. Bu məqam ekspert cəmiyyətində indiyədək geniş müzaklirə edilir, çünki hər şeyə görə fikir yürüdəndə Azərbaycan əvvəlcə, heç olmasa, bir yaşayış məntəqəsini ələ keçirməyi planlaşdırmışdı. Keçən münaqişə və hadisələrin gələcək inkişafı ilə bağlı Ermənistanda müəyyən ictimai gərginlik var. Xüsusən də Ermənistan və Qarabağ ordusu şəxsi heyətdə yetərincə böyük itkiyə məruz qaldı – demək olar, 100 nəfər öldürüldü. Həqiqətən, dörd günün hadisələri ordunun təchizatındakı problemləri üzə çıxartdı – o cümlədən korrupsiya ilə bağlı. Lakin çoxları anlayırlar ki, Aprel müharibəsini məğlubiyyət də adlandırmaq olmaz.

MDB ölkələri İnstitutunun hərbi ekspert Vladimir Yevseyev isə qeyd edir: “Ermənistan müdafiə nazirinin müavini, ordu təchizatına sorumlu general-leytenant Alik Mirzəbəyyanın istefası yetərincə haqlı görünür. Çünki məlumat var ki, ön cəbhədə təkcə zirehli jiletlər deyil, həm də döyüş sursatı çatışmırdı. Bundan başqa, Ermənistan ordusunda gecəgörən cihazların kəskin çartışmazlığı hiss olunurdu. Yada salım ki, birinci həmlə isə aprelin 2-ə keçən gecə təşkil edildi… Hər necə olsa da, Azərbaycanın hücumu kifayət qədər gözlənilməz oldu, onun bölmələri rəqibin durumundan yaxşı xəbərdar idi. Deyək ki, azərbaycanlılar Ermənistan və Qarabağ SQ-də gecəgörən cihazların qıtlığı haqda çox gözəl məlumatlanmışdılar. Buna görə də hücum gecə təşkil olundu. Bakıda rabitə vasitələri haqda da bilirdilər. Buna görə də hərbçilərin  mobil telefeonlarla danışıqlarını ya tutur, ya da REM (Radio-Elektron Mübarizə-tərc.) vasitəsilə boğurdular (ermənilərdə isə radio-elektron mübarizə vasitələrinin kasadlığı hiss olunur). Rabitə və avtomatlaşdırılmış sistemlər idarəsinin rəisi, rabitə qoşunun başçısı general-mayor Komitas Muradyan da elə buna görə vəzifəsindən götürüldü. Sözügedən generalların işdən götürülməsi hərbi əməliyyatların üzə çıxardığı uğursuzluqlarla bağlıdır. Lakin Azərbaycanın hücuma hazırlaşdığı haqda məlumat Rusiya tərəfdən də daxil olmuşdu. Həm də bu, fikrimcə, başısoyuqluq göstərmiş Ermənistan siyasi-hərbi rəhbərliyinin diqqətinə çatdırılmışdı”.

– Erməni jurnalisti yazır ki, erməni ordusunda rabitə və kəşfiyyat üzrə yaxşı mütəxəssislər azdır. Buna görə də ordunun üstünə qalxışmaq yox, iqtisadiyyatı qaldırmaq, korrupsiya ilə mübarizə aparmaq lazımdır…     

– Demək lazımdır ki, Ermənistan cəmiyyəti yetərincə korrupsiyalaşıb, buna görə də orduda da korrupsiyanın olması təbiidir. Ermənilərin özləri isə geniş yayılmış məlumatı misal gətirirlər ki, Alik Mirzəbəyyan təkcə rəsmən bəyan edilmiş vəsait üzrə hətta müdafiə naziri və Baş qərargah rəisindən də varlıdır.

 

Tərcümə Strateq.az-ındır.