XƏBƏR LENTİ

16 Yanvar 2021
15 Yanvar 2021

Digər Xəbərlər

07 May 2016 - 17:28

Fransa nəşri:Türkiyədəki xaosa görə məsuliyyəti təkcə Ərdoğan daşımır – Təhlil

erdogan

Arian Bolzon

Slate.fr (Frnsa), 07.05.2016

 

Ekspert Bayram Balcının hesab etdiyi kimi, Türkiyə prezidenti ittiham olunduğu məsələlərin hamısına görə məsuliyyət daşımır. Xüsusən də indi dörd yandan sıxışdırıldığı təhlükəli bir durumda.

13 mart Ankara teraktına görə (37 nəfər həlak olub) hələlik heç kim məsuliyyəti öz üzərinə götürməyib, hər şeydən göründüyü üzrə, Türkiyə isə vətəndaş müharibəsinə doğru gedir. Prezident Ərdoğan öz növbəsində bundan sonra da öz aqressiv xəttini izləməyi davam etdirir. Niyə belə alındı? Və müqəssir kimdir? Ekspert Bayram Balcı KİV-dəki indiki tendensiyalara uyğun gəlməyən öz cavabını təqdim edir. Onun fikrincə, Türkiyə prezidentinin üzərinə hansı günah (hüquqi dövlətə dəfələrlə qəsd, cəmiyyətin qütbləşməsi və s. və i.a.) düşür-düşsün, həlledici rolu Suriya müharibəsi oynadı: “Türkiyə onun nəticələrinə məruz qalır. Lakin başqa cür ola bilərdimi? İki ölkənin ümumi sərhədinin uzunluğu 900 km-dir, demək olar, eyni tarix, kürdlərin, sünnilərin, ələvilərin böyük icması. Türkiyədən və Suriyadan eyni dini təfriqə xətləri keçir”.

Bayram Balcı Türkiyənin güneyində Mardində doğulub, amma Fransanın Monbelyar şəhərində ərsəyə çatıb. Fransada, İstanbulda və Bakpıda işləyib, 2006-2010-cu illərdə Daşkənddə Fransanın Orta Asiya institutuna rəhbərlik edib, sonra isə Vaşinqton Karnegi fonduna keçib.

Bu yaxınlarda Fransaya Paris siyasi araşdırmalar institutunun Beynəlxalq tədqiqatlar mərkəzinə qayıdıb. Onun indiki işinin predmeti postsovet məkanında və Türkiyənin  bölgəsəl çevrəsində (Qafqaz, Orta Asiya, Yaxın Şərq) İslamla siyasətin əlaqələridir.

 

Suriya ilə bağlı dörd cəbhə

 

“Türkiyə rəhbərlikdən asılı olmayaraq zərbə altına düşdü, – Bayram Balcı iddia edir. – Suriya böhranı ilə bağlı çətinliklər və bölgədə durumun kəskinləşməsi prezident Ərdoğanın daha da təkəbbürlülüyünə və avtoritarçılığına səbəb oldu, lakin avtoritarlığa eyhamlar Suriya böhranına qədər də gözə dəyirdi. İŞİD, PKK və “Paralel dövlət” (ABŞ-da yaşayan müxalif İslam vaizi Fətulla Gülənin hərəkatı) prezidentin məşğul olmalı olduğu üç əsas çağırış, üç cəbhədir. Suriyada müharibə ilə bağlı bunların hamısında durum kəskinləşdi – hələ dördüncünü – Rusiya cəbhəsini demirik”.

Ankara 2011-ci ilin əvvəlində uzun müddət və uğursuz şəkildə Dəməşqi islahatlar keçirtməyə inandırmağa çalışdı. Türkiyə rejimin hər cür dəyişikliklərin əleyhinə olduğunu anlayıb Fransa başda olmaqla qərbli müttəfiqləri kimi qarşısına aydın məqsəd qoydu: Suriya diktatortunu mümkün qədər tez devirmək. Liviyada Muammər Qəddafinin başına gəldiyi kimi.  

“Türklərə elə gəldi ki, hətta müəyyən dini qruplaşmalarla birləşmək buna dəyər. Başlıcası Türkliyəyə qarşı kürd kartını oynaya bilən Bəşər Əsəddən qurtulmaq idi”.

 

İŞİD obyektiv müttəfiqdir?

 

Yəni həmsöhbətim Minlərlə ekstremisti Suriyaya buraxan və Türkiyəni faktiki olaraq İŞİD-in arxa bazasına çevirən Türkiyə prezidentinin siyasətinə haqq qazandırır?

Türkiyə İŞİD-lə əsil mənada döyüşməyib, bu faktdır, – Bayram Balcı boynuna alır. – Heç indi də döyüşmür. Bu terrorçu qurumla açıq şəkildə münaqişəyə girməyə Türkiyənin səbəbləri və marağı yoxdur. Lakin o, İraqda yaranıb və Suriya böhranından və o cümlədən, mötədil müxalifəti ləkələmək və zəiflətmək üçün radikal islamçıları həbsxanadan buraxan Əsəddən qidalanıb. Nəticədə onun radikal yolla getməkdən başqa bir seçimi qalmadı”.

Lakin Ankaranın İŞİD radikallarına qarşı səhlənkar münasibəti onların obyektiv alyansı ilə izah olunmurmu? İŞİD Suriyada kürd “Demokratik birliyi”nin (DB) fəalları ilə, Türkiyə isə öz ərazisində PKK ilə vuruşur. Bəşər Əsəd və  Vladimir Putin öz növbələrində Ərdoğana qarşı kürd kartını oynadırlar. ABŞ və Avropa bütün bu hərc-mərclikdə İŞİD-ə qarşı DB-in müttəfiqi kimi çıxış edir ki, bu da Türkiyənin əsas düşməni PKK-nın planlarına sərf edir.

“PKK Suriya müharibəsinin başlanmasıyla strategiyasını kökündən dəyişdi. O, Ankara ilə danışıqlarda baş tutumuş barışıqdan istifadə edərək möhkəmləndi və silahlandı, lakin Türkiyənin ərazisindən getmək və silahı yerə qoymaq vədi vermişdi. Müəyyən anda hökumətin qızğın silahlanmanı və bölücü prosesi durdurmaq üçün hərbi müdaxiləyə başlamaqdan başqa seçimi qalmadı. Xüsusən də sezdi ki, PKK Türkiyənin güney-şərqində paralel dövlət sistemi yaratmağa başlayıb”. Bütün bunlar ölkənin güney-şərqində türk ordusu, xüsusi bölmələr və PKK-nın gənc fəalları ilə döyüş həftəsinə dönüşdü. Əsil şəhər müharibəsinə. Bütöv məhəllələr dağıdıldı, insanlar qaçmaqla xilas oldular. Minə yaxın insan öldürüldü. Ərdoğanın özünün keçmişdə başladığı proses hazırda dəfn edilib.

 

Ekspertlər və jurnalistlər zərbə altında

 

Türkiyədə repressiyalar həm də ziyalıları və mətbuat mənsublarını yaxaladı. Bu yaxınlarda universitet dairələrinin sülh petisiyasını imzaladığına görə “günahkar” olan 2212 təmsilçisindən 669-a qarşı inzibati və cinayət işi qaldırılıb.

Prezident Ərdoğan isə “casusluq” ittihamı ilə həbsxanada artıq 92 gün keçirtmiş jurnalistlər Can Dündar və Ərdədm Gül haqda fevralın  sonunda qərar çıxartmış Konstitusiya məhkəməsinə həmlə etdi: onlar Suriyaya gedən silah yüklü maşınlarının fotolarını ictimailəşdirmişdilər.

“Bu yük maşınlarını Türkiyənin xüsusi xidmətləri müşayiət edirdi, lakin onların hara yollandığı bizə dəqiq məlum deyil. Ola bilsin, bunlar Suriya müxalifəti və ya türkmənlər, sələfilər, lakin qeyri-radikal hərəkatlar üçün nəzərdə tutulmuşdu. Başqa ölkələr də bu cür hərəkət edib. Bu, yasaqlanmayıb. Bundan başqa, şübhəsiz ki, bu fotoşəkilləri imam Gülənin hərəkatından olan polislər ötürüblər. Şəkillər onun devirməyə çalışdığı prezident Ərdoğanla mübarizədə yeni üsul oldu. Qalmaqal Assanj, Snouden, Menniqlə bağlı baş verənlər haqda düşüncələrə aparır”.

 

Qaçqınlardan istifadə

 

Suriya müharibəsinin daha bir nəticəsi qaçqınların Türkiyəyə axışı oldu. Türkiyə prezidenti Suriya xaosunun lap əvvəlindən onların yerləşdirilməsi üçün Suriyanın quzeyində bufer zonası yaratmağı təklif etdi. Fransua Olland ilk vaxtlar bu ideyanı dəstəklədi, lakin sonra Rusiya vetosuna görə Qərb bunu rədd etdi. Buna baxmayaraq, Türkiyə sərhədi bağlamadı. Hazıra onun ərazisindəki düşərgələrdə 2,7 milyon suriyalının yerləşdiyi halda ÜDM-in 1.5%-i 250 min qaçqının qəbul edilməyinə ayırdı. Onların bir neçə on min nəfəri hələ də dənizlə Avropaya yollanmağa cəhd edir (Türkiyə sahil mühafizəsi ümumən 5 600 cəsəd tutub) ki, bu da Ankara üçün basqı vasitəsinə çevrilir. Türkiyə qaçqınalrın faciəsində Avropa Birliyindən dəbərişə nail olmaq üçün istifadə edir (daxilolma prosesi, vizasız rejim və s.).   

Əslində, belədir, rüsvaylıqdır və bədbəxt qaçqınlar üçün təhqirdir. Eyni zamanda beynəlxalq ictimaiyyət heç bir tədbir görə bilmədi, baş vermişlərə görə məsuliyyətin böyük hissəsi isə Rusiyanın üzərinə düşür. Çünki onun bombardmanları və Bəşər Əsədin hakimiyyətdə saxlanması qaçqınlara deyir ki, evə heç vaxt qayıda bilməyəcəklər. Bu cür şəraitdə onların Avropaya getməkdən savayı seçimi qalmır”.

 

Putinin planı

 

Ekspert hesab edir ki, Putin Rusiya nüfuzunun düşməyindən 25 il sonra Suriyada Qərbdən qisas almaq istədi. Avropada müsəlman qaçqınların axını ilə qorxudulmuş ifrat sağçı partiyalar və ardınca Türkiyənin AB və NATO-dan təcrid edilməsi – bütün bunlar Rusiya strategiyasının tərkib hissəsidir.

“Hər şeydən göründüyü üzrə, Putinin Suriya böhranı və qaçqın axınları vasitəsilə Qərblə haqq-hesab çürütmək planı işləyir. Həm də o qədər yaxşı ki, hətta martın 14-də qoşunların çıxarıldığını bildirdi. Son nəticədə Avropa Ukrayna böhranına görə Rusiyaya qoyduğu  sanksiyaları götürməyə məcbur olacaq. Bununa belə, Türkiyənin təcridi təhlükəsi qalır, lakin bütün səhvlərə baxmayaraq, onun Suriya siyasəti sabitliyi ilə seçilir”.

Bayram Balcı hesab edir ki, avropalılar sərt sərhəd nəzarəti əvəzində xeyli güzəştlər (maliyyə yardımı, viza rejiminin liberallaşdırılması, AB-yə girmək posedurunun təzələnməsi) tələb edən Ərdoğanın “şantaj”nı təniq etməyi dayandırmalıdırlar.    

Avropanın Rusiya və Suriya böhranı üzrə siyasətini təcili şəkildə yenidən nəzərdən keçirtməyi lazımdır.

 

Tərcümə Strateq.az-ındır.