XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

10 May 2016 - 15:21

Məşhur analitik:bütün planeti böyük tufan gözləyir – Təhlil

Eskobar

Pepo Eskobar

cont.ws, 09.05.2016

 

Görünür, başlıca sarsıntı 2016-cı il oynunun adı olacaq. Lakin indiki burulğanı növbəti, viranqoyucu geopolitik/maliyyə tufanından öncəki sakitlik kimi şərh etmək olar. Gəlin, oyunun indiki vəziyətini Səud Evi, AB və BRHÇC üzvləri – Rusiya, Braziliya və Çin qarşısında duran dilemma vasitəsilə nəzərdən keçirək.

 

Neft və Səud Evi

 

Baltic Dry Index-indən çox az adamın məlumatı var. Lakin bu indeks mallara tələbatın izləndiyi göstəricidir. O, iki ay öncə mövcud olduğu bütün vaxt ərzində ən aşağı səviyyədəydi. O vaxtdan bəri 130%-dən də yuxarı qalxıb. Qiymətli metalların qiymətləri faktiki olaraq istənilən valyutada artıb. Bu niyə önəmlidir? Ona görə ki, bizə kağız pullara – xüsusən də Amerika dollarına inamın kəskin şəkildə azaldığından xəbər verir.

Baltic Dry Index postu Asiyada, xüsusən də Çində neftə tələbatın artacağını xəbər verir. Ehtimal ki, tədarükün azalması və neftə artan tələbat artıq 2016-cı ilin ikinci yarısında bir barrel neftin qiymətini yuxarı itləyəcək. Bu o demək deyil ki, Səud Evi ABŞ və Rusiyanın inamını bərpa edəcək. Yaxşı məlumatlanmış qaynaqlar iddialarını davam etdirir ki, Moskva və Vaşinqtona gəlincə, Səud Evi onlar üçün xırda puldur.  Hər iki ölkə energtikaca, həqiqətən də, müstəqildir (əgər ABŞ-ın özü bu cür olmaq istəsə). Vaşinqtondakı nüfuzlu qruplar Ər-Riyadı açıq şəkildə “terrorizm”də ittiham edir – əslində isə, məsələ xeyli mürəkkəbdir – Moskva isə hesab edir ki, Səud Evi Rusiyanı məhv etmək qəsdilə neft qiymətləri müharibəsində Vaşinqtondan gələn göstərişlərə əməl edir. 9/11 haqda məşhur 28 səhifə ictimailəşsə, xəstə, qocalıqdan əqli zəifliyə düçar olmuş kral Salmanın və gənc şahzadə-döyüşçü Muhəmmədin axırına çıxılacaq  və səudların buna dəxli olduğu təkzibediməz olacaq. Bəs sonra? Rejimin dəyişilməsi. MKİ-ninn əliylə çevriliş. Hakimiyyətə  “sədaqətli” səud hərbçiləri – MKİ-nin aktivi gələcək.

Səud Evinə yalnız vaxt udmaq qalır. Ər-Riyadın yüksək dairələrində duyum var ki, nə qədər ki Obama prezidentdir, Vaşinqtonla münasibətlər yaxşılaşmayacaq. Növbəti prezident isə – Hillari və yaxud Donald – xeyli yaxşı olacaq. Beləliklə, indiki anda A planı “terrorla müharibədə” ABŞ üçün bu qədər önəmli olan mövqeyi saxlamaqdır. Bu o deməkdir ki, kral Salman kral evinin şahzadəsi, Yəmənlə məhvedici müharibə aparan Muhəmməd bin Nayefə üz tutur.

Türkiyə sultanı Ərdoğan Türkiyəni energetikaca müstəqil dövlətə və nəticə etibarilə bölgəsəl fövqəldövlətə çevirmək və nəticədə bütün tədarükləri döndərmək məqsədilə İraq Kürdüstanında neft ələ keçirtmək üçün paralel şəkildə öz oyununu aparır.

Hətta Kəmərlər ölkəsindən danışarkən Rusiyanın energetika asılılığından qurtulmaq üçün Qətərin Səudiyyə Ərəbistanı və Suriyadan keçən qaz kəməri Ərdoğana tamamilə zəruridir. Bu həm də ABŞ-ın əsas hədəfidir. Bu isə Suriyada sülh prosesi üçün əbədi problemlər vəd edir.

Fövqəldövlət Almaniya üzüstə düşüb yalvaran frau-kansler Merkelin simasında artıq Ərdoğanın ayaqlarına sərilib. Türkiyə energetikaca müstəqil dövlət olmağa irəliləsəydi, Ankaranın bu qızıl sarayında sonsuzadək üzüquylu qala bilərdi. MKİ Türkiyənin silahlıların köməyi ilə İraqda öz “nüfuzunu genişləndirməyi” davam etdirəcəyini təhlil edərkən deyir ki, bu məhz belədir. İraqın təhlükəsizliyi və siyasi birliyi hesabına.

Əndryu Baseviç “Amerikanın Böyük Yaxın Şərq uğrunda müharibəsi” əsərində təhlil edir ki, Vaşinqton bütün Yaxın Şərqdə SSRİ-yə qarşı  müharibədə “hərbi üstünlüyün” strateji hədəf olmalı olduğu doktrinasını necə rəhbər tutur. Zaman o zaman idi ki, doktor Zbiq “Böyük şahmat lövhəsi” Bjezinski geopolitik rəhbər qismində hökm edirdi. Həmişə hesab olunub ki, yeni mühafizəkarların məmnun qaldığı və indi “Böyük Yaxın Şərq”i bürümüş bu müharibə sonsuz olacaq.

 

Rusiya, Braziliya və hibrid müharibə

 

Rusiyanın ən böyük mal birjası beynəlxalq neft treyderlərini gələcəkdə yaranası bazarlarına cəlb etməkdən ötrü fəal şəkildə çalışır. Məqsəd son dərəcə aydındır: qiymətin formalaşması mexanizmini Brent ticarət markasından ayırmaq və ən başlıcası, neft rollarından uzaq durmaq. Məlum olduğu kimi, Səud Evi Çinə neft satışını davam etdirmək istəyirsə, onun qarşısına qoyulmuş açar şərt məhz budur.

Yaddan çıxarmaq asandır ki, Moskva cəmi 20 il əvvəl xristian kimi Qərbə qoşulmaq istəyirdi, ona isə zibil kimi yanaşdılar. Yeltsin Rusiyası Vaşonqton dairəsi hüdudlarında zəif kimi qəbul edilirdi; Yeltsin Rusiyanı çəyirtkə kimi gəmirən qarətçilərə verdi, Rusiya ÜDM-i 40% azaldı, çünki onun ehtiyatları, ən azı, 3 trilyon dollar qədərində sümürüldü.

Müstəsna ölkə indi Ukrayna Maydanı, neft qiymətləri savaşı, rubla hücum, Suriyanın boru kəmərləri, qeyri-ənənəvi hibrid müharibədə hərbi əməliyyatlara başlamaq vasitəsilə Rusiyanı məhv etmək və yaxud ən azı, sarsıtmaq üçün öz üsulcığazlarından yeni fəndləri işə salır. Və getdikcə daha da pis olur. BRHÇC bütünlükdə mühasirədədir. Rejimin yumşaq şəkildə dəyişilməsi zamanı işə salınmış Braziliya rəngli inqilabı hələlik birinci mərhələdədir.

Neftə tələbat kəskin artdıqca və tədarüklər azaldıqca hibrid müharibənin hər cür xadimləri xaosu sürdürməkdən ötrü geriləməni davam etdirməli olacaqlar. Mümkün ssenari – İtaliyanın ağır dövrlər yaşayan bank sisteminə çökməyə imkan verməkdir. Bu, AB-də yeni həddir. Yeriyən ölü – Avropa isə bu müddətdə qaçqınlara qarşı repressiya siyasətini razılaşdırdı və II Dünya savaşından bəri ən böyük, kütləvi deportasiyalara əl atdı. Çatışmayan halqa da tapıldı – hər şey NATO ilə bağlı olan ekspertlər şurasının nəzarəti altında baş verir.

 

Baş ağrısı üçün Çin həbi

 

Hibrid müharibənin gedişində təkmilləşmiş texnologiya Rusiya və Braziliyaya qarşı tam şəkildə istifadə edilə bilər. Lakin Çinə qarşı heç nə işləmir.

Müstəsna ölkənin hoqqası bu cürdür: Çin iqtisadiyyatca göründüyü qədər də dişbatmaz deyil. Dünya ictimai fikir darıxdırıcı, adi dedi-qodu, “maliyyə bazarlarında qıcolma”, “investorların riksə getmək istəklsizliyi” və yaxud qaçılmaz iflas təbliğatı ilə atəşə tutulur.

Pekin rəhbərliyinin bu yaxınlardakı Beşillik planda tam müəyyən edilmiş strateji zərurəti var. O, sistemə istənilən qədər kredit cəlb edir. Vaşinqton/Nyu-York tərəfdən bərk gileyə baxmayaraq, Çin yuanı devalvasiya etməyəcək. Yuanın devalvasiyası Çinin Amerika dolları ilə borc altında olan bütöv şirkətlərini batırar. Güclü yuan Çinin yeni orta sinfinin on milyonlarla təmsilçisinin alıcılıq qabiliyyətini qoruyub saxlayır və hamısı daha çox şeyə nail olur və aktivləri var. ABŞ Xəzinədarlığının məlumatına görə, likvid öhdəliklərin cəmi 1.2 trilyon dolları çinlilərin əlindədir. Və o, sürətlə azalmaqda davam edir – çünki Çin qızıl alışını davam etdirir. Və bu bizi Baltic Dry indeksinin kəskin şəkildə artmasına qaytarır. Neftin qiyməti yüksəlir, Çin isə olduqca çox alır.

Pekin bütün cəbhəboyu hücuma keçib: Yeni ipək yollarının nəhəng ticarət mərkəzi görüntüsü verdiyi bütün Avrasiyada ticarət təşəbbüslərini genişləndirir, öz ordusunu modernləşdirir, xarici strateji aktivləri alıb yığır sabit valyuta ehtiyatı kimi , yuanla kürəsəl vəkalətli əmlak fondu  yaradır, Çin elitasına nəhəng sərvətlərini Bordo üzümlüklərindən tutumuş hələ də azad futbol nəhəngi “AS Milan” kimi xarci aktivlərin alqısına qoymaq imkanı verir.

Təəccüblü deyil ki, Çinin sarsıdıcı iqtisadi nüfuzunun genişlənməyi  cürbəcür Müstəsnaları tam məyus durumda qoyur. Vaşinqtonun Asiya, Afrika və Latın Amerikası ölkərinə təklif etməyə əsla heç nəyi yoxdur. Onlar gördülər ki, Çin satılmır: bütöv bir kütlə kimi suveren borc üzrə dolaşıq faizlər tələb etmir; NANO və yaxud BMT-nin yeni müstəmləkəçilik addımlarını müdafiə etmir, ABŞ banklarının tam hökmranlığına nisbətdə əlahiddə ərazi olaraq qalır.

Digər tərəfdən, Vaşinqtonun məhz nə təklif etdiyini hamı gördü: sonsuz müharibələr, milli dövlətçiliyin ardıcıl şəkildə məhv edilməyi.

Lakin bu, hər halda tufanqabağı sakitlikdir. İmperiya artıq cavab zərbəsi endirir. İrəlidə böyük qırğınlar var.

 

Tərcümə Strateq.az-ındır.