XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

12 May 2016 - 12:41

Türkiyə xüsusi təyinatlıları Suriyada əməliyyata başladı –Təhlil

turkiye

Murat Etkin

Hüriyyet (Türkiyə), 11.05.2016

 

İŞİD-in Kilisə artıq hər gün düşən və insanların həyatını aparan bombaları Türkiyəni “bütün alternativləri masa üzərinə qoymağa” məcbur etdi.
Bu nə deməkdir?

Bu, hərbi variantlar, həmçinin Suriya sərhədində İŞİD-in obyektlərinə təkcə artilleriya ilə deyil, digər bölmələr vasitəsilə də zərbə endirmək ehtimalıdır.

Prezident Ərdoğan dünən bu açıqlamanı verib əlavə etdi: “İndiki anda bununla bağlıı bütün əmliyyatlar  dayandırılmır”.
Bu, əməliyyatların hətta bu məqaləni oxuduğunuz vaxt və yaxud Ərdoğanın bu sözləri dediyi zaman da getdiyini ifadə edə bilər.
Ərdoğan mayın 3-də Baş qərargah rəisi Hulusi Akarla birlikdə ali baş komandan qismində Ankarda xüsusi əməliyyat qüvvələrinin Komandanlığını təftiş etdi.
Yeni Şafaq qəzeti mayın 8-də bildirdi ki, türk kommandosu ötən gecə Suriyaya keçib və İŞİD obyektlərinə nisbətdə “kəşfiyyat-hazırlıq” əməliyyatı keçirdib.
Məlumatda həmçinin qeyd olunurdu ki, bu əməliyyat haqda ABŞ və Rusiyaya əvvəlcədən xəbərdarlıq edilib

İncirlikdən uçan Amerika təyyarələrinin, həmçinin Qətərdəki vahid komandanlıq mərkəzindən idarə edilən türk artilleriyasının köməyi ilə İŞİD-ə məxsus raket buraxılışı qurğuları atəşə tutulub və 103 döyüşçü məhv edilib.
The Wall Street Journal nəşri bu günlərdə Amerika qaynaqlarına isnadən yazdı ki, Türkiyənin özəl təyinatlı gücləri Suriyada “qeyri-adi” əməliyyat keçirdib.
CNN Türk kanalının jurnalisti Hande Fırat isə hərbi qaynaqlara isnad edərək məlumat verdi ki, özəl təyinatlı güclərin bu cür əməliyyatı olmayıb, çünki uyğun qərar qəbul edilməyib. Bununla belə, aydındır ki, Ankara mətbəxində nəsə hazırlanır.
Ərdoğan dünən “amansız şəkildə davam edən” əməliyyatlardan danışdı. Ərdoğan NATO-nun səhər-səhər gəlmiş bəyanatından bir neçə saat sonra günün ikinci yarısında bu açıqlamanı verdi.  
Qərb hərbi təşkilatının baş katibi Yens Stoltenberq yazılı açıqlamasında Kilisə ayrıca toxundu və bildirdi ki, təşkilat bu əməliyyatların hədəfə aldığı Türkiyə ilə həmrəydir.

Burada bir sıra önəmli məqama diqqət yetirək.

Türkiyənin Suriya siyasətinə gəlincə, 2015-ci ilin noyabrında Türkiyə F-16-larının Rusiya təyyarəsini məhv etməyi dönüş məqamı oldu. Təkcə ona görə yox ki, türk aviasiyası indi Suriyanın hava məkanına yaxınlaşa bilmir. Bu, sadəcə, nəticələrdən biridir.
Türkiyəni Suriya siyasəti bu tarixdən sonra NATO- ilə sıx şəkildə ilgilənməyə başladı. Bunun pis olduğunu deyə bilmərəm, lakin Rusiya qarşısında müdafiədən danışılsa, doğrudan da, belədir. Türkiyə İŞİD-ə qarşı ABŞ-ın başçılığı ilə yaranmış “koalisiya”nın tərkib hissəsi kimi onsuz da İncirlik bazasını açdı. İndi artıq aydındır ki, buradan təkcə hava uçuşları ilə məhdudlaşmayan özəl əməliyyatlar keçiriləcək.
Əlbəttə, Suriyaya təkcə Amerika, Rusiya, Fransa kommandosları deyil,  indi artıq Türkiyəninki də baş çəkir.

İran qüvvələri də oradadır – həm də çoxdan və xeyli sayda. Məlumat verilir ki, xarici əməliyyatlar qüvvəsi “Əl-Qds” briqadasına başçılıq edən general-mayor Qasım Süleymani öz qərargahını müəyyən müddətə Bağdaddan Dəməşqə köçürüb. Məlumat gözə dəydi ki, İran qüvvələri bu günlərdə  Suriya silahlı müxalifətinin güclərindən biri Fəth ordusu ilə Hələb yaxınlığında Xan-Tuman rayonundakı döyüşlərdə bir general-mayor, bir polkovnik və bir mayorun simasında itki verib.
İran Suriyada, xüsusən də Hələbətrafı qəsəbələrdə o qədər hərbçi və zabit itirib ki, Hələb İran mıətbuatında artıq “ikinci Kərbəla” adını qazanıb və tənqid çoxalmağa başlayıb.

Səciyyəvidir ki, Ərdoğan dünənki çıxışında Kilisə hücumları bu cür xarakterizə etdi: “Üç-beş terrorçunun ədəbsizliyi deyil, tarixi hesablaşmanın tərkib hissəsidir”.

Antiişid koalisiyasının qüvvələri təkcə Suriyada deyil, həm də İraqda ciddi əməliyyata hazırlaşır. Döyüşlər həm Suriyada – Hələbətrafı qəsəbələrdə, həm də İraqda – İŞİD-in işğalı və təzyiqi altında olan Əl-Anbar əyalətində güclənir. 
Eyni zamanda əsas hədəflər İŞİD-in Suriya və İraqdakı Rakka və Mosul kimi mərkəzləridir.

ABŞ prezidenti Barak Obamanın bu günlərədki “Hələ qarşı da keçiləsi çox yol var” sözlərindən sonra aydın olur ki, Rakka və Mosula hələ çox vaxt qalır. Lakin münaqişə amansızlaşır və yəqin ki, Türkiyə bu mübahisədə daha fəal iştirak edəcək. Fəallığın dərəcəsi müəyyən mənada Rusiya ilə münasibətlərdən asılıdır.

 

Tərcümə Strateq.az-ındır.