XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

13 May 2016 - 12:02

Türk analitik:Rusiyada çağdaş faşizm baş qaldırır – Təhlil

Misa

Məhməd Seyfəddin Ərol

Milli Gazete (Türkiyə), 13.05.2016

 

“İzvestiya” qəzetinə müsahibədə Türkiyəni Osmanlı imperiyasının taleyi ilə hədələyən Rusiya XİN rəsmi təmsilçisi Mariya Zaxarovanın işlətdiyi “Heç birimiz günahsız deyilik” üslubunda ifadələr ümumi diqqətdən yayınmamalıdır: “Biz ideal deyilik, lakin beynəlxalq birliyi qayğılandıran məsələlərlə bağlı işləməyə hazırıq. Biz öz mövqeyimizi izah edirik. Bunun üçün bütün qanuni üsullardan yararlanır və  konstruktiv hərəkət edirik”.

Doğrudanmı, gerçəklik Zaxarovanın dediklərinə uyğun gəlir? Rusiya beynəlxalq birliyi həyəcanlandıran məsələlər üzrə işləməyə hazırdır? Ya Rusiyanın özü bu narahatlığın qaynaqlarından biridir? Rusiya indiki anda hansı konstruktiv addımları atıb? Əslində, Rusiyanın “konstruktiv rolu” deyilərkən nə başa düşülür?

Son iki sualdan başlayaq. Rusiyanın konstriktiv şəkildə yaxşı bacardığı yeganə iş “radikal həll”ə əl atmaqdır. Bu zaman isə istifadə edilən üsul  – tarixən sübut edilmiş və yenidən ən yaxşı əşkildə yiyələndiyi “kobud güc”dür. Misal? Çeçen probleminin həlli, 2008-ci il  Rusiya-Gürcüstan müharibəsi, nəhayət, Krımın işğalı və Şərqi Ukraynada təşəbbüslər. Onun daha əvvəlki addımlarını burada hətta sadalamaq da lazım deyil.

Bu günlərdə mətbuatdan öyrəndik ki, İsveçin NATO tərkibinə daxil ediləcəyi halda Rusiyanın xarici işlər naziri Sergey Lavrov hansı “konstruktiv addımlar”ı atmaq niyyətindədir. Lavrov İsveçin alyansa birləşməyinə Rusiya sərhədlərinə yaxınlaşma kimi yanaşır və bu halda zəruri hərbi addımlar atmağa hazırlıq haqda tamamilə aydın şəkildə bildirir.

Bəli, Rusiya təkcə Türkiyə üçün deyil, həm də bütün dünya üçün, hər şeydən əvvəl öz yaxın xarici üçün təhlükədir. Sağ qalmaq və öz maraqlarını müdafiə etmək üçün gərəkərsə nüvə silahını birinci işlətməkdən çəkinməyəcəyini və beynəlxalq sistemin kobud qüvvə əsasında qurulacağını deyən bir ölkə üçün Zaxarovanın inanc üzrə daha çox iş görməyi lazım gələcək.

 

“Mişka” bu qədərmi məsumdur?

 

Əslində, yeni dövrdə Rusiya xarici siyasətinin hədəfini anlamaqdan ötrü Rusiyanın rəmzini görmək yetərindən də artıqdır. Və qoy ikibaşlı qartal burada sizi yanlış gümana salmasın. Mən onu nəzərdə tutmuram. Haqqında danışdığım obraz – Rusiyada “Mişka” adlandırılan ayıdır və çar Rusiyası, SSRİ dönəmində ön plana çıxmışdı. Ruslar ayı rəmzini “qəhrəmanlıqla” əlaqələndirsələr də, hətta bu da bir çox hallarda göstərir ki, onlar qavrayış baxımından dünyadan nə qədər uzaqdır və təcrid olunublar. Düşünə bilərsiniz ki, “ayı” adıyıa dünyaya “panda” təqdim olunur…

Bunun bu cür olmadığı və ayı rəmzinin nəyi nəzərdə tutduğunu postimperiya və postsovet məkanı və Rusiyanın  yaxın xarici  çox yaxşı bilir. Burada başlıca rahatsızlıq bu cür rəmzin sahibi olan “yeni Rusiya”nın keçmiş təsir zonasına dönüşüdür.

Bu bölgə özünə hesabat verir ki, Avrasiyadakı “böyük oyun” yeni mərhələyə keçir və son  illərdə Şimali Afrika – Yaxın Şərq oxu üzrə davam edən güc mübarizəsi Baltika – Qara dəniz – Xəzər oxu vaistəsilə yerini Qafqaza və Orta Asiyaya dəyişir. Bunun son nişanələri İŞİD-in Əfqanıstandan Türkmənistan sərhədinədək “aldadıcı addımlar”ında çoxdan üzə çıxıb.  

Son işarə Azərbayacanla Ermənistan arasında müharibənin gedişində Qafqazdan gəldi. Türkmənistanın lap əvvəldən Azərbaycanın tərəfini saxlamağı bu bölgədə müharibənin nə demək olduğu və bu durumda Türkmənistan seçiminin hansı olacağı haqda xeyli önəmli siqnal verdi. Qazaxıstan prezidenti Nazarbayevin hücumunu da dərhal bölgədə təhlükəni qavramağa işarə edən daha bir reaksiya kimi qiymətləndirdilər. Və Qırğızıstan prezidenti Almazbəy Atambayevin son açıqlamasını bu addımlarla yanaşı nəzərdən keçirmək lazım gəlir.

 

Orta Asiyada “hibrid müharibələr”?

 

Atambayevin II dünya savaşı qurbanlarının xatirəsinə həsr edilmiş mərasimdə verdiyi açıqlamanın xeyli önəmi var. Qırğız lider Rusiyada yeni, çağdaş faşizmin meydana çıxmasından danışdı: “Biz 71 il öncə alman faşizminə qarşı birlikdə çıxdıq. İndi isə Rusiyada baş qaldıran yeni, müasir faşizm narahatlıq doğurmağa başlayır”.

Lakin bu, açıqlamanın hamısı deyil. Atambayev hərfi şəkildə aşağıdakıları söylədi: “Müharibə illərində Rusiyadan yüz minlərlə qaçqın Qırğızıstanda sığınacaq tapdı. Qırğız ailələri son tikələrini onlarla bölüşdülər. Qaçqınların əksəriyyəti sonradan Qırğızıstan vətəndaşı oldu. Ölkəmizə xeyli qaçqın gəlir. Mən bu gün Rusiya vətəndaşları arasında yaranan çağdaş faşizmin şərini xatırladıram”.

Rusiyanın son zamanlar etnik rusların və yaxud “rusların” iştirakı bəhanəsilə həyata keçirdiyi hərbi müdaxilələri (xüsusən də Gürcüstan və Ukrayna-Krım böhranı) xatırlasaq, görmək olar ki, Atambayevin narahatalığı və “iradları” heç də ədalətsiz deyil.

Digər tərəfdən, həm də xatırlayırıq ki, bu “xəbərdarlığı” etmək zərurəti ilə üzləşmiş Atambayev noyabrın 24-də təyyarə böhranında Rusiyanın tərəfini saxlamaqla Türkiyəni dərindən məyus etdi. Lakin Atambayevin “mişkanın dönüşü”nü, heç olmasa, indi görə bilməyinin, əlbəttə, böyük əhəmiyyəti var…

Aydın olur ki, Atambayevin həmləsinə Qazaxıstanda torpaq islahatına görə başlanmış etrirazlar təsir edib. Nazarbayev qazax xalqına xəbərdarlıq etdi ki, Qazaxıstan hadisələri “Ukrayna ssenarisi”nin təkrarıdır. Atambayev bilir ki, Qazaxıstan çöksə, onda bütün bölgə və hər şeydən əvvəl Qırğızıstan çökəcək. Ona görə də bütün bölgə, o cümlədən onun özü bu faktı şübhə altına alır ki, Rusiya, həqiqətən də, etibarlı müttəfiqdir.

Yenidən Zaxarovanın açıqlamasına dönsək… Bəli, Rusiyanın konstruktiv addımları göz qabağındadır və bölgə, yaxın xaric buna görə ona minnətdardır.

 

Tərcümə Strateq.az-ındır.