XƏBƏR LENTİ

22 Yanvar 2021
21 Yanvar 2021

Digər Xəbərlər

13 May 2016 - 14:47

Erməni ekspert:“Rusiya Ermənistanı hərbi şantaja çəkir”

tanklar

Armen Arakelyan

Hetq (Ermənistan), 13.05.2016

 

Rusiyanın Ermənistan səfirliyi səfirliyin ikinci katibinin mayın 9-da Ermənistan DQR-i (mətndə bu cürdür-tərc.) tanımayınca Rusiyanın heç bir silahının Qarabağa göndərilə bilməyəcəyi haqda Ermənistan mətbuatında geniş yayılmış məlumatını təkzib etmədi. İstisna etmək olmaz ki, səfirlik bu məlumata reaksiya verməyə tələsmir, çünki Ermənistan ictimai rəyinə və şərhlər üçün bu qədər ciddi mətnaltı və geniş qatlı məlumatların nəticəsində doğa biləcək qavrayışa heç bir əhəmiyyət vermir. Lakin eyni dərəcədə ağlabatandıər ki, bu məlumat həqiqətə uyğundur və səfirlik bir tərəfdən bunu təkzib etməyə əsas görmür, digər tərəfdən Ermənistan cəmiyyətinə qeyri-rəsmi şəkildə ikinci şəxs vasitəsilə müəyyən mesajlar göndərmək istəyir. Görünür, səfirlik Ermənistanı DQR-i tanımağa təhrik edir və bunu Ermənistana silah tədarükü və Azərbaycanla silahlanma sahəsində tarazlaşdırma şərti kimi təqdim edir.

Lakin əslində, bu bəyanatın mətnaltında Rusiyanın Ermənistana hərbi texnika verə bilməyəcəyi və yaxud vermək istəmədiyi yatır. Çünki silahların Dağlıq Qarabağa göndərilməyəcəyindən əmin deyil.

Məsələ bundadır ki, Rusiyanın özü Ermənistandan Qarabağı tanımamağı tələb edir. Ermənistan hökuməti keçən həftə DQR-in tanınması qanun layihəsinə nisbətdə öz rəyini verdi. Rəydə deyilir ki, uyğun xarici amillərin mövcudluğu halında tanımanı mümkün sayır.

RF prezidentinin mətbuat katibi Dmitri Peskov bu haqda bildirdi ki, tərəflərin münaqişə zonasında əldə edilmiş “kövrək sülh”ə ziyan vuracaq addımlar atmayacağına ümid edir.

Rusiya XİN başçısı Sergey Lavrov isə əlavə etdi ki, İrəcvan onlara aydın şəkildə deyib: “Dağlıq Qarabağın statusu məsələsi birtərəfli qaydada deyil, ümumi nizamlama çərçivəsində həll edilməlidir”.

Lavrov faktiki olaraq açıq mətnlə deyir ki, İrəvan Moskvaya DQR-i birtərəfli qaydada tanımamaq vədi verib.

Ermənistanın Lavrova bu cür zəmanət verib-vermədiyi və yaxud Rusiya xarici işlər nazirinin Ermənistanın bu cür addım atmağa və Rusiyanı sadəcə çox ağır diplomatik seçim qarşısında qoymağa imkan verməmək cəhdiylə İrəvana təzyiq göstərib-göstərmədiyi önəmli deyil. Önəmlisi budur ki, Ermənistan qarşısında bir tərəfdən DQR-i tanımamaq, digər tərəfdən Rusiyadan alınmış silahların yalnız tanıma halında Qarabağa göndərilə biləcəyi şərti aydın şəkildə qoyulur. Başqa sözlə, Rusiyanın Ermənistan səfirliyi xüsusi şəkildə izah etməyə çalışır ki, nə qədər ki bu cür “təhlükə” qalır, Ermənistan Qarabağ müharibəsində işlətmək üçün silah əldə edə bilməyəcək.

Əslində, Rusiyanın əndişəsi iki amillə bağlıdır. Birincisi İrəvanın DQR-in tanınmasından sonra Ermənistanın qarşılıqlı hərbi yardım müqaviləsi bağlamaq və qarabağlıların (mətndə bu cürdür-tərc.) təhlükəsizliyini təmin etməkdən ötrü Azərbaycanla birbaşa hərbi qarşıdurmaya getmək xəbərdarlığıdır. Moskvada başa düşürlər ki, bu gerçəkləşsə, ola bilsin, Ermənistan qarşılıqlı hərbi yardım müqaviləsindən çıxış edib Rusiyadan Azərbaycana qarşı hərbi əməliyyatlarda yardım istəyər ki, bu da Türkiyə ilə yeni səviyyədə hərbi qarşıdurma törətmək təhlükəsi ilə doludur. Və Rusiya Ermənistanın bu addımını dəf etmək üçün bir tərəfdən onun qarşısında DQR-i tanımamaq haqda qəti şərt, digər tərəfdən bu texnikanı Qarabağa verməmək tələbi qoyur.

İkincisi Azərbaycanla əldə edilmiş və durumu, Rusiya tərəfinin Ermənistana 200 milyon dollarlıq silah verməyə tələsmədiyini aydınlaşdıran müəyyən razılıqlardır.

Bu ilin martında, yəni Aprel müharibəsindən lap bir neçə gün qalmış Rusiya bu müqavilə əsasında Ermənistana tədarük olunası və tamamilə məxfi sayılan silahların siyahısını anlaşımaz şəkildə rəsmən dərc etdirdi. Azərbaycan o zaman Rusiyaya etiraz notası göndərərək konkret zəmanət tələb etdi ki, bu silahlar “işğal edilmiş ərazilər”ə, yəni Dağlıq Qarabağa  getməyəcək.

Rusiya XİN sözçüsü Mariya Zaxarova cavabında yalnız bildirdi ki, onlar tərəflər arasında balansı qoruyurlar və Rusiya – diqqət edin – heç vaxt Azərbaycanla münasibətlərə ziyan vurası addım atmaz.

Rusiya baş nazirinin birinci müqavini Dmitri Roqozin, demək olar, bundan dərhal sonra gözlənilmədən Bakıya yola düşdü ki, guya tədarük edilmiş hərbi texnikaya görə yığılıb qalan borcların qaytarılması məsələsini Azərbaycanın ali rəhbərliyi ilə müzakirə etsin.

Baş nazir Ovik Abramyan aprelin 7-də İrəvanda rusiyalı həmkarı Dmitri Medvedyevdən xahiş etdi ki, Rusiyanın uyğun hərbi sənaye müəssisələrinin müqavilə ilə nəzərdə tutulan hərbi texnikanın tədarükünü sürətləndirməkdə vasitəçi kimi çıxış etsin. Aydın oldu ki, Rusiya tərəfi hərbi texnika tədarükü üzrə öz öhdəliklərini yerinə yetirmək istəmir və Roqozin Bakıya borcları qaytarmağa yox, Əliyevin Qarabağa qarşı planlaşdırılmış hücumunu sakitləşdirmək və müqavilə üzrə nəzərdə tutulmuş hərbi texnikanın Ermənistana, deməli, nəticə etibarilə Dağlıq Qarabağa hələ göndərilmədiyinə əmin etmək üçün getmişdi. Rusiya bu qayda ilə Bakıya arzu edilən zəmanəti verdi: Ermənistan tərəfi mükün hərbi əməliyyatlar zamanı Azərbaycana cavab verməkdən ötrü bərabərgüclü hərbi terxnikaya sahib deyil. Yəni Rusiya Ermənistanla “strateji müttəfiqlik” münasibətlərini deyil, Azərbaycanın notasında ehtiva edilən tələbləri əsas götürdü.

Və budur, Rusiyanın Ermənistan səfirliyi Bakını artıq ikinci dəfə əmin edir ki, İrəvan Qarabağı müdafiə etmək üçün Azərbaycanla birbaşa müharibə təhdidindən əl çəkməyincə bu texnika nəinki Qarabağda olmayacaq, ola bilsin, heç Ermənistana da tədarük edilməyəcək. Bu o deməkdir ki, əslində, Moskva İrəvandan tələb edir ki, Azərbaycanın DQR-ə qarşı mümkün hərbi əməliyyatlarına qarışmasın. Ən azı, Moskvanın İrəvana icazə verməyi mümkün saydığı vaxta qədər. Başqa sözlə, bu, hərbi şantaj adlanır.

Lakin Moskvada nəzərə almayıblar ki, bu, mənasız şantajdır, çünki Ermənistanda da, DQR-də də bunu təkcə Qarabağ məsələsi kimi deyil, sözün birbaşa mənasında sağ qalmaq uğrunda mübarizə kimi qəbul edirlər. Deməli, bu şantajdan nə qədər intensiv şəkildə istifadə edilsə, Ermənistanın Rusiya üçün bütün mənalarda itirilməsi bir o qədər sürətlənir.

 

Tərcümə Strateq.az-ındır.