XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

13 May 2016 - 19:11

Ağcanın Papaya sui-qəsdindən 35 il keçdi, müəmmalar isə qalmaqdadır –Təhlil

Papa

Stanislav Tarasov

Regnum İA, 13.05.2016

 

Malatya elinin İsmayıllı kəndindən o zamanlar heç kimin tanımadığı Məhməd Əli Ağca 1981-ci il mayın 13-də İohan II Pavelin həyatına uğursuz sui-qəsd etdi. O, Papa korteji Romada Müqəddəs Pyotr meydanından keçərkən İohan II Paveli qarnından və əlindən yaraladı. Həkimlərin sonradan etiraf etdikləri kimi, güllələr yalnız möcüzə sayəsində fəqərə sütununa və iri arteriyalara dəyməyib. Bununla belə, cərrahlar İohan II Pavelin güclü qanaxmasını kəsməyə nail oldular. Əməliyyat beş saatdan çox çəkdi: Papanın bağırsaqlarından bir neçə destimetr kəsdilər, həkimlər isə müştərinin qarın boşluğunda cəmi səkkiz təhlükəli yara aşkarladılar.

Terrorçu cinayət yerində yaxalandı. O, həbsdən dərhal sonra bildirdi ki, Papanı ölüdürmək qərarını təkbaşına qəbul edib və bunu tək həyata keçirdib və polislə əməkdaşlıqdan bilmərrə imtina etdi. “Ağcanın işi” indiyədək dolaşıq qalmaqdadır – terrorçu ziddiyyətli ifadələr verirdi. Ağca təhqiqat çərçivəsində 128 dəfə ifadə verib. Həm də istintaq  Papaya sui-qəsdin arxasında dura biləcək şəxsləri və qüvvələri arayırdı. O zaman soyuq müharibənin yekun mərhələsiydi və təbii ki, Qərbin əksər KİV cinayətin əsas sifarişçisi kimi SSRİ DTK-sına işarə edirdi. Bu yöndə bu cür faktlar məntiqi silsiləyə düzülürdü: guya DTK başçısı Yuri Andropov sosilaist Polşasından çıxmış polyak papanı SSRİ-nin ən əleyhdarı sayır, çünki o, Polşanın “Həmrəylik” hərəkatına və onun lideri Lex Valensaya dəstək verirdi – Valensa Polşada sovetyönlü hökuməti devirmək niyyətini gizlətmirdi.

Papa Ioan

Lakin məhkəmədə bu versiyanı sübut etmək mümkün olmadı. Ağca yalnız məhkəmədən iki il sonra bildirdi ki, onu guya Bolqarıstan xüsusi xidmətləri ələ almışdı. İtaliya hökuməti bununla bağlı Bolqarıstan və Türkiyənin üç vətəndaşını həbsə aldı. Lakin ittiham edilənlərin hamısı yetərincə sübutsuzluq üzündən bəraət aldı.

Pontifikə sui-qəsddə MKİ-nin dəxli olduğu barədə də versiya var id. Guya Ağca türk xüsusi xidmətləri vasitəsilə MKİ-yə bağlı olan millətçi “Boz qurdlar” təşkilatından idi.

Sıradakı faktı da diqqətdən qaçırmaq olmaz: Roma Papası sui-qəsddən iki il sonra “Rebibbia” həbsxanasında Ağca ilə görüşdü. İtaliya KİV-in məlumatına görə, pontifik guya Ağcadan kimin onun ölümünü istədiyini sualına cavab almağa cəhd edib, lakin terrorçu yeni heç nə deməyib. İohan II Pavel 1983-cü ilin mayında bildirdi ki, Ağcanı bağışlayır.

Agca

Sonralar İtaliya prezidenti Karlo Çampi Papanın xahişi ilə xrtistinalığın 2000 illiyində cinayətkarı əfv etdi. Lakin bunun ardınca Türkiyə hökuməti fəaliyyətə keçdi. O, Ağcanın ekstradisiyasına nail oldu və daha bir cinayətdə – məşhur jurnalist Abdi İpəkçinin qətlində ittiham etdi. Lakin Ağca 2006-cı ildə qismən əfvə düşdü və “nümunəvi davranışa, müəyyən edilmiş cəza müddəti bitdiyinə görə” azad edildi. Ancaq iş burasındadır ki, Türkiyədə Ağcanın populyarlığı hiss olunacaq dərəcədə artmağa başladı. Onun şəxsiyyəti müəmmalı olaraq qalmaqdaydı. Müxtəlif ölkələrin jurnalistlərinə həvəslə müsahibələr verir, eyham vururdu ki, xüsusi xidmətlərin Papaya sui-qəsdə dəxli olduğu haqda çox şey bilir. Şayiələr gəzirdi ki,  Ağca Papaya sui-qəsdi haqda kitab yazmağa hazırlaşır, ona dərhal 7 milyon dollar ödəməyə razılaşacaq naşir axtarır.

Ağca obrazı Türkiyədə cazibədar oldu. O, azadlığa çıxandan sonra ancaq ingiliscə danışmağa, “qiyamət günü”ndən xəbər verməyə başladı, sonra isə gözlənilmədən PKK lideri Abdulla Öcalana tənqidlər yağdırıb onu “50 min insanın qətlində günahkar olan kommunist bədheybət” adlandırdı. Lakin sıradakı fakt olaraq qalır: əvvəllər müstəntiqlər, indi isə tarixçilər İohan II Pavelə sui-qəsdlə bağlı sualların böyük əksəriyyətinə cavab verə bilmirlər. Ağca təkbaşına hərəkət edirdi, yoxsa qrupun tərkibində? Qrupun tərkibindəydisə, qalan qatillər kim idi və sui-qəsdi kim planlaşdırmışdı? Ağca müəmmalı şəkildə susur və yaxud özünü günahsız adlandırır, hansısa ifadələr verir, sonra isə onlardan dərhal imtina edirdi. Hətta fikir var ki, Ağcanın qətlə dəxli yoxdur və İtaliya ekstremistləri, radikalları ondan yalançı sima kimi istifadə ediblər. Amma necə olur-olsun, Türkiyə KİV Ağcanı “milli qəhrəman”a çevirməyə başladı. Onu həmişə reportyorlar dövrəyə alır, tərəfdarları şüarlar səsləndirirdilər. Terrorçunu asosial sima sayanların səsi isə boğulurdu. Nə idi bu? Ağcanın planlaşdırdığı sayıqlama, yoxsa hansısa qüvvələrin oynamağa məcbur etdikləri oyun? Məlum deyil. 2003-cü ildə Ağcanın “Mi avevano promesso il paradisо” (“Mənə cənnət vəd edilmişdi”) kitabı çapdan çıxdı. Müəllif etiraf edir ki, cinayətinin bolqar və rus əlaqələri haqda yalan danışıb; indi təsdiq edir ki, Papanın qətlinə sifarişi İran hökuməti vermişdi və 1980-ci illərdə İranda olub, orada ona silahın müxtəlif növlərindən və partladıcılardan istifadə etməyi öyrədiblər. Lakin Ağcanın açıqlamasını çətin ki həqiqət saymaq olar və o, həqiqəti bilirmi? Cavab yoxdur.

 

Tərcümə Strateq.az-ındır.