XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

14 May 2016 - 11:59

Rusiyalı ekspertlər:“Putin uzun müddət prezident qalacaq” – Təhlil

putin stalin

Sofya Moxova

Rosbalt.ru, 14.05.2016

 

Vladimir Putinin üçüncü prezidentlik müddətindən dörd il keçir. Lakin rusiyalıların dilxor olmağına dəyməz – lider dəqiq şəkildə nə iki ildən, nə də səkkiz ildən sonra səlahiyyətlərini yerə qoyacaq. “Rosbalt”ın Ekspertlər klubunun üzvləri hesab edirlər ki, Putin həmişəlikdir.

Putin 16 il öncə Boris Yeltsinin varisi olub ölkədə birinci vəzifəni tutarkən həm əhali, jhəm də beynəlxalq cəmiyyət üçün müəmmalı dayça idi. Qərbli jurnalistin 2000-ci ildə verdiyi “Who is mister Putin?” sualı (“Kimdir mister Putin?-tərc.”) tamamilə qanunauyğun idi. Amma bu gün Rusiya liderinin tanınmazlıqla bağlı problemi açıq şəkildə müşahidə olunmur. Hətta Putin son müddətin gedişində rusiyalılar üçün prezident və siyasətçidən daha böyük kimsə oldu.

Kulturoloq və yazıçı Andrey Stolyarov izah edir: “Əslində, Putinin statusu rəsmi sənədlərdə göstərilənlərə uyğun gəlmir. O – milli liderdir və seçilən prezidentdən və ya hansısa dövlət xadimindən prinsipial şəkildə fərqlənir. Milli lider həmişə böhranlı durumda, dağıntı və hərc-mərclik vaxtı gəlir. Onun dönəmində (hökmən onun fəaliyyəti nəticəsində yox) durum sabitləşir və bu andan vətənin xilaskarına çevrilir”.

Ekspert Fransanı dərin böhrandan çıxartmağaı bacarmış general Şarl de Qollu misal gətirir. Lider durumun dəyişiləmsi üçün məsuliyyəti öz üzərinə götürməyi qət edərkən bildirdi: “Ölkə ağır vəziyyətdə mənə inam bağladı ki, onu qurtuluşa aparım”. Lakin de Qollun sərt üsulları on ildən sonra tələbə və fəhlələrin müqaviməti ilə rastlaşdı. Xalq dəyişiklik tələb etməyə başladı.

Stolyarov qeyd edir: “Kütləvi etirazlar başlayandan sonra de Qoll yeni seçkilər elan etdi. Hamı onun məğlub olacağından danışırdı, lakin qollçular Milli Məclisdə səslərin, demək olar, 74%-i qazandılar. Bu, fenomenal qələbə idi, bir partiya ilk dəfə bu cür üstünlüyə nail olurdu. de Qollu heç də etiraz iştirakçıları deyil, susan əksəriyyət dəstəklədi. Yəni onun milli lider olduğuna və ölkəni yenidən xilas edəcəyinə inanan fransızlar”.

İqtisadi böhran və həyast səviyyəsinin total şəkildə aşağı düşdüyü dövrdə Putində vətənin xilaskarını görməkdə olan çağdaş rusiyalılarda da, təxminən, eyni davranışı müşahidə etmək olar.

Rusiya EA Sosiologiya institutunun baş elmi əməkdaşı Mariya Matskeviç hesab edir: “Bizə elə gəlir ki, iqtisadiyyat nə qədər pisdirsə, reytinq bir o qədər aşağıdır və əksinə. Bu, Qərbdən gələn qanunauyğunluqdur. Əhalinin dolanışığı nə qədər yaxşıdırsa, namizədin seçkilrdə yenidən seçilməyi o qədər asan olacaq. Lakin bir çox postsovet respublikalarındakı kimi Rusiyada da hər şey başqa cür işləyir. Durum nə qədər pisdirsə, qüvvə və sabitliyin təcəssümü sayılan yeganə insana bir o qədər çox ümid bəslənir. Böhran nə qədər dərindirsə, sabitlik kimi qavranılan durğunluğa görə qüssə bir o qədər çoxdur. Ölkəmizdəki sabitliyi isə bir nəfər ifadə edir, başqa institutlar, simalar sadəcə yoxdur. Burada insanların 90-cı illərdə yaşadığı şoku qiymətləndirməmək  olmaz. Putin indi həmin dövrə qayıtmazlığın yeganə zəmanəti kimi qəbul edilir. Həmçinin ilkin şərtlərin tam yoxluğuna baxmayaraq, mümkün inqilab qarşısındakı vahimə də təsir edir. Düşünürəm ki, durumun pisləşməsi ilə bir liderin ətrafında sıxlaşmaq tendensiyası  davam edəcək”.

Güman etmək olar ki, Putin milli lider statusuna tam şüurlu şəkildə gedib. Avropa universitetinin Modernləşdirmə araşdırmaları mərkəzinin elmi rəhbəri Dmitri Travinin qeyd etdiyi kimi, prezident ölkədə iqtisadi durumun neft qiymətlərinin enməsi ilə deyil, daha əvvəllər başlanmış pisləşməyindən xəbərdar idi.

Ekspert düşünür: “Aydındır ki, Putin 2018-ci ildən sonra da və ümumiyyətlə, çox güman ki, ömürlük idarəçiliyə hazırlaşır. Lakin başa düşüb ki, iqtisadi durumla bağlı növbəti seçkilərdə 90-cı illərin sıfır səviyyəsi ilə müqayisədə daha yaxşı yaşamağa başlayan adamlara artıq bel bağlaya bilməz. Hakimiyyəti saxlamağın köhnə mexanizmləri işləmir. Bəs necə olmalı? Ekspertlər çevrəsində Putinin iqtisadiyyatı islah edə biləcəyi üsullar müzakirə olunurdu,  lakin o hər şeyi özünəxas şəkildə etdi. Çünki seçkiləri başqa cür udmağın mümkünlüyünü anladı. Güclü siyasi qərar qəbul etdi və Krımı birləşdirdi (mətndə bu cürdür-tərc.). Bundan sonra düşən reytinq məsələsi həmişəlik bağlandı. Rasional şəkildə düşünülsə, yarımada Putinə və komandasından başqa heç kimə lazım deyildi. Onun birləşdirilməsindən də ancaq onlar uddular”.

Bu günki siyasi gündəm qarşıdakı Duma seçkilərinə həsr edilib. Lakin mövcud sistem dövründə parlamentin tərkibi böyük əhəmiyyət kəsb etmir. Bu məsələ azdan-çoxdan aydındır, sentyabrın 18-də yalnız detallar müəyyənləşəcək. 2018-ci il seçkiləri xüsusunda da bu cür müəyyənlik var.

Stolyarov qeyd edir: “Milli lideri elektoral üsulla məğlub etmək mümkün deyil. O özü heç vaxt getmir, onu yalnız səslənişi ekstremizm haqda cinayət  maddəsinə düşən üsullarla devirmək olar. Buna görə də Vladimir Putin bizdə həmişəlikdir”.

Düzdür, ekspertlər Putinin 2024-cü ildən sonra hakimiyyətdə məhz hansı üsullarla qalacağını öncədən sezməyə girişmirlər. Hər halda Konstitusiya hələlik cəmi iki müddətə dalbadal prezidentliyə icazə verir. Lakin Putin heç bir politoloqun öncədən xəbər verə bilmədiyi orijinal siyasi addımlarla ad çıxardıb.

Dmitri Travin fikir yürüdür: “Birincisi, növbəti varis meydana çıxa bilər. Dmitri Medvedyevin bir daha prezident olmağa dəqiq ümidi var. İkincisi, Konstitusiyanı yenidən dəyişdirmək olar. Üçüncüsü, dövlətin sərhədlərini dəyişdirmək və bu qayda ilə tamamilə yeni konstitusiya qəbul etmək olar. Hakimiyyətin patrondaşında Rusiya ilə Belorusun müttəfiq dövlət layihəsi çoxdan var”.

Lakin obrazlı şəkildə desək, Putin birdən monastıra getsə, hadisələrin variantı xeyli maraqlı olacaq. Dmitri Travin hesab edir ki, bu, fəlakətə səbəb olmayacaq. İqtisadçı fikrinə yekun vurur: “Dmitri Medvedyev yeni seçki elan edəcək və əlbəttə, özü də buna qatılacaq. Lakin başqa namizədlər meydana çıxacaq – nə Yavlinski, nə də Zuqanov, ciddi adamlar. Onları hansı qruplaşmaların irəli sürəcəyi təqribən aydındır, lakin simaları əvvəlcədən sezmək çətindir. Və burada başlıcası seçkilərin özü deyil, ondan əvvəlki hadisələr olacaq. Güc qurumları rəqibləri aradan qaldırmaqda öz üsullarından istifadə edəcək, maliyyəçilər isə öz üsullarından. Qətiyyən darıxdırıcı olmayacaq”.

Lakin Andrey Stolyarov hesab edir ki, Putinin qəfil gedişi ilə hazırda bir boltun saxladığı bütün sərt struktur dağılacaq. Və faciələri nəticələrdən qaçmaq mümkün olmayacaq. Lakin bu, artıq tamamilə başqa əhvalatdır.

 

Tərcümə Strateq.az-ındır.