XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

15 May 2016 - 10:40

Erməni analitik:“Ermənistanı iqtisadi kollaps gözləyir”

ermeni dilenci

Roza Ovannisyan

Lragir.am (Ermənistan), 14.05.2016

 

AB-nin Ermənistanda antikorrupsiya mübarizəsi ilə bağlı qismən gözləntiləri var, lakin doğrulmur. Bu haqda Lragir.am-la söhbətdə “Trnasparensi internəşnl” Antikorrupsiya mərkəzinin rəhbəri Varujan Oktanyan AB-nin Ermənistan nümayəndəliyinin rəhbəri Pyotr Svitalskinin dünənki bəyanatını şərh edərkıən dedi. Xatırladaq ki, səfir korrupsiya ilə mübarizədə gözədəyən nəticələr olmasa, Ermənistana vəd olunan 15 milyon avronun ödənməmək ehtimalı haqda xəbərdarlıq etdi.  Oktanyan qeyd etdi: “Şərt aydın şəkildə qoyulub. Mübarizə imitasiyası varsa, onda pul olmayacaq”.

Onun sözlərinə görə, əsas məsələ baş nazir Ovik Abramyanın mayın 12-dəki açıqlamasında yada salmadığı korrupsiya ilə mübarizədə ixtisaslaşmış müstəqil qurumun yaradılmasına aiddir.

AB belə bir qurumun yaradılmasını tələb edir, Ermənistan hökuməti isə öz qənaətlərindən çıxış etməklə lap əvvəldən bu cür addımdan yayınır. Ekspertin sözlərinə görə, müstəqil qurumun yaradılması maliyyə dəstəyi verilməsinin ilkin şərtlərindən biriydi.

Oktanyan deyir: “Bu ilkin şərt hələ əvvəllər 2009-2011-ci ilərdə keçmiş antikorrupsiya konsepsiyasının qəbulunun gedişində bildirilmişdi. Bu, 2009-cu ildə qüvvəyə minmiş ikinci konsepsiyadır və hansısa qurumun yaradılmasını nəzərdə tuturdu. Ehtimal olunurdu ki, o, yeni konsepsiya çərçivəsində formalaşdırılacaq, lakin o bu gün də yoxdur”.

Onun dediyinə görə, korrupsiya ilə mübarizə ciddi iqtisadi və siyasi islahatlardan törəməlidir və ardınca məhkəmə sisteminin və inzibati islahatlar gəlməlidir. İnstitut sisteminin yaradılması özlüyündə antikorrupsiya strategiyasının həyata keçirilməsini tələb edir.

O deyir: “Ən ciddi siyasi və iqtisadi islahatlar – partiya sisteminin təşəkkülü, normal seçkilərin keçirilməsi, monopoliya ilə mübarizə, bizneslə siyasi maraqların toqquşmasının cüzi səviyyəyə endirilməsi, hakimiyyət qanadlarının qarşılıqlı nəzarəti və tarazlıq mexanizmlərinin tətbiqi lazımdır. Korrupsiya ilə mübarizə bunsuz formallığa dönür”.

Varujan Oktanyan hesab edir ki, xüsusən də Aprel müharibəsindən sonra bu cür davam edə bilməz. Ya həqiqətən də sistemli dəyişikliklər baş verəcək, ya da kollaps: “Ofşorsuzlaşdırma prosesi artıq başlanıb, transfertlərin həcmi kəskin şəkildə azalıb. Siyasi və iqtisadi mənada rəqabət sistemi yoxdursa, bölgəmizdə sağ qalmaq çətin olacaq. Ola bilsin, bunun anlaşılması meydana çıxıb. Digər tərəfdən Ovik Abramyanın açıqlamasında gömrük, vergi sahələrində və ümumən rəqabətin stimullaşdırılması üzrə konkret addımlar barədə xatırtlatma yoxdur”.

Ovik Abramyan baş nazir vəzifəsində olduğu iki il müddətində monopoliyanı hələ də öyrənməyibsə və onunla maraqlanmayıbsa, onda bunu üç həftəyə heç edə bilməyəcək.

 

Tərcümə Strateq.az-ındır.