XƏBƏR LENTİ

17 Yanvar 2021
16 Yanvar 2021

Digər Xəbərlər

17 May 2016 - 10:47

Sevil Nuriyeva yazır:Putin İŞİD-ə qarşı necə mübarizə aparır?

sevil-nuriyeva

Sevil Nuriyeva

"Star gazete" (Türkiyə), 17.05.2016


Rusiyada müsəlmanların sıxıntıya məruz qaldığını və adam saqqal saxlayırsa, arvadı isə hicablıdırsa, Rusiya kəşfiyyatının təkcə onu deyil, bütün ailəsini rahat buraxmadığını hamı bilir! Bu gün hətta deyilir ki, müxtəlif səbəblərdən saxlanmış müsəlmanları “Suriyaya göndərməyə” razılıq verdikləri halda azadlığa buraxırlar. Söhbət hər şeydən əvvəl Qafqaz mənşəli müsəlman vətəndaşlardan gedir.

Putin hər dəfə münasib imkan düşəndə deyir: “Klassik İslam bizim üçün problem deyil”. Onun “klassik İslam” deyərkən nəyi nəzərdə tutduğunu az-çox yaxşı təsəvvür edə bilərik. Putinin anlamında “klassik İslam” onun nəzarətindəki nüsəlmanların təmsil etdiyi İslamdır.  

Bunun üçün münasib mühit yoxdur? Əlbəttə, var. Və Putinin bu məsələdə bu cür sərbəst hərəkət etməyinə imkan verən mühit bu cürdür. Sovet vaxtı möminlər və ciddi şəkildə nəzarətdə olan şeyxül-islamlar var idi. Nəzarətə götürülən dinlər və təmsilçiləri televiziya filmlərində alçaldılırdı. Müsəlman xalqlar üçün özəl dəyər təmsil edən mətləblər üzərində sözlə ifadə edilməyən kinayə ehtiva edən filmlər çəkilirdi. Məsələn, Azərbaycanda nəqşibəndi və xəlvətiyyə təriqətləri, başqa sözlə, Osmanlı imperiyası ilə bağlı olan istənilən məzmun, Türkiyəni təqlid doğuracaq hər şey kiçildilir və qeyri-əxlaqi biçimdə təqdim edilirdi (Xəlvətiyyə təriqətini Azərbaycanda məşhur sufi şeyxi və məzarı Şirvanşahlar kompleksində yerləşən Seyid Yəhya Bakuvi yaradıb, nəqşbəndilik isə Azərbaycana Orta Asiyadan gətirilib-tərc.). Eyni şeyi indiki Rusiya da edir!

Bu məsələnin daha bir yönü var. Rusiya nəzarətdə saxladığı və idarə etdiyi möminlərin sayəsində ona qarşı çıxış edən möminlərə təsir edir. Rusiyanın Suriyaya göndərdiyi müsəlmanların içində həm nəzarət etdiyi müsəlmanlara, həm də bunların köməyi ilə ona qarşı çıxış edənlərə pasportlar verilir.

Rusiyaya narahatlıq verə biləcək möminləri nəzarət etdiyi möminlərin köməyi ilə sonradan Suriyaya göndərir. Beləliklə, Rusiya ikiqat səmərə götürür. Birincisi, sonralar təhlükə yarada bilənləri özündən uzaqlaşdırır. İkincisi, adları birr-bir məlum olan şəxsləri Suriyada öldürür və onların adını çəkərək göstərir ki, İŞİD-lə guya necə sərrast mübarizə aparır. Eyni zamanda Rusiyanın terrorçu qismində tanıdığı minlərlə dinc sakini ABŞ da terrorçu kimi qəbul edir. Rusiya bir güllə ilə bir neçə dovşan vurur.

Rusiya çeçenlərdən də faydalanır. Azadlıq uğrunda çarpışan çeçenləri də “terrorçu” adlandırır. Bu zaman Kadırovun “bizimkilər” və “yad” çeçenlər siyahısını nəzərə alır. Və hətta ədalətsizlikdən bu siyahıya düşənləri sonradan müəyyən pul bəxşişi əvəzində siyahıdan çıxarda bilərlər. Yəqin ki, hadisələr zəncirvari reaksiya üzrə inkişaf edir.

Bundan başqa, versiya var ki, Rusiya kəşfiyyatı biznesmenlərin  ardınca Türkiyəyə göndərilən mafioz qrupların təhlükəsizliyini təmin edir. Hər şeydən əvvəl, Rusiyada varlanmış biznesmenlər ölkədə qorunan sabitliyə görə Türkiyəyə gəlirlər. Üzvləri müxtəlif etnik və dini mənşəyə malik olan Rusiya mafiyası onların ardınca burada məskən salır.

Rusiya mafiyası və kəşfiyyatının postsovet məkanlarından gəlmiş biznesmenləri ovlamaq görüntüsü yaratmaqla Türkiyədə tam fəaliyyət sərbəstliyi ciddi şəkildə yanaşılması gərəkən durumdur. Onların sızması təhlükəsiz liman kimi Türkiyənin vəziyyətini labüdən sarsıdacaq. Zamanında İspaniya da eynicə problemlə üzləşdi. Son nəticədə “pul vəsaiti yığmaq” görüntüsü altında Rusiya dövlətinin rus mafiyasının yardımı ilə biznesmen ovuna mane ola bildi. Rusiyanın oyununu poza biləsi açarlar əldə etmək istəyiriksə, görəcəyik ki, onlar Rusiyanın öz daxilindədir.

 

Tərcümə Strateq.az-ındır.