XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

17 May 2016 - 13:18

İsrail nəşri:“Hizbullah” və İran Suriya bataqlığında – Təhlil

Hizbullah

Eyal Ziser

Israel Hayom (İsrail), 17.05.2016


Dəməşq aeroprtunun yanındakı qruplaşma bazasının üsyançılar tərəfindən başladılmış artilleriya atəşi nəticəsində “Hizbullah”ın  yüksəkçinli lideri Mustafa Bədrəddinin öldürülməsi bu qurum və onun iranlı patronları üçün ağrılı zərbə oldu və onların Surya bataqlığında nə qədər dərinə batdıqlarını göstərdi. Birlikdən, ordu komandanlığından və siyasi rəhbərlikdən məhrum olmuş və rusiyalıların yarım il bombardman etdiyi üsyançılar “Hizbullah”ın baş qərargah rəsisi və əfsanəvi komandir İmad Muqninin varisi sayılan adamı müvəffəqiyyətlə məhv etdilər. Bu, xoş təsadüf deyil, Rusiya və İranın Suriya qiyamını boğmağa bütün cəhdlərinə baxmayaraq, ayaqüstə qalmış üsyançıların gücünün nümayişidir.

Bədrəddinin özünə gəlincə isə, onun ölüsünü az adam ağlayacaq. 1980-ci illərdən 2000-ci illərədək “Hizbullah”a və İrana işləməyə başlayandan bəri onun  külli miqdarda teraktlarda əli var. Bədrəddin 2005-ci ildə Livanın keçmiş baş naziri Rafiq Həririnin qətlinin təşkilatçısı oldu. O həmçinin  israillilərə qarşı sonuncusu 2012-ci ildə Bolqarıstanın Burqas şəhərində həyata keçirilmiş xeyli terakta görə sorumludur. Bədrəddin “Hizbullah”ın dünya üzrə bütün əməliyyatlarına rəhbərlikdən başqa həm də qruplaşamanın Suriya vətəndaş müharibəsinə müdaxiləsinə rəhbərlik edib. Bədrəddin bu fəaliyyətlə məşğul olaraq xeyli düşmən qazandı – o cümlədən “Hizbullah” rəhbərliyində və İranda. Livan və ərəb mətbuatında şayiələr gəzir ki, onu hansısa xarici düşmənlər deyil, “Hizbullah”ın öz adamları məhv ediblər. Bədrəddinin aradan qaldırılması İran və “Hizbullah” üçün çətin dövrdə həyata keçirildi və onları Suriyada izləyən uğursuzluqlar silsiləsində daha bir halqa oldu. O,  “Hizbullah” döyüşçülərinin və İran İslam inqilabı keşikçiləri korpusunun həlak olmuş zabitlərinin artan siyahısında daha bir ad oldu. Zəifləmiş və pərakəndə düşmüş üsyançı qruplaşmalara qarşı sürətli və müzəffər yürüşə dönməli olan proses yerində saymağa və tədricən yapışqanlı çuxura batmağa çevrildi.

Son günlər Suriya üsyançılarına qarşı döyüşlər, əsasən, Hələb ətrafında baş verir. Şəhərin dinc sakinləri İran qüvvələrinin və “Hizbullah”ın  şəhərə hücumuna hazırlıq  çərçivəsində Rusiyanın amansız bombardmanından əzab çəkir. Lakin məlum olur ki, Moskvanın öz işləri var və Suriya müharibəsini ABŞ və Qərbin digər ölkələrinə qarşı təkcə Yaxın Şərqdə aparmadığı böyük oyunun tərkib hissəsi sayır. Nəhayət, Rusiyanın Suriyaya müdaxiləsi əvvəlcə iki yöndə – hərbi və paralel olaraq diplomatik planda baş verirdi.

Həm də İran qüvvələri və “Hizbullah” döyüşçüləri Hələb ətrafında silsilə məğlubiyyətlərə məruz qaldı və misilsiz böyük itkilər verdilər. Öldürülənlərdən başqa, əsir düşmüş İran və Livan döyüşçüləri də var. Əsir götürülənlərin fotoşəkilləri və videoyazılarının internetdə nümayişi “Hizbullah” və Tehran üçün rüsvaylığa döndü.

 Vətəndə – Livanda və Tehranda – dəstək qazanan Suriya müharibəsinə hərbi müdaxiləni hərbi-siyasi məğlubiyyətdən incə bir xətt ayırır. Bu qırmızı xətt döyüşlərdə həlak olanların qanı ilə cızılıb və “Hizbullah”la İran ona getdikcə daha da yaxınlaşır.

Deyəsən, bu gün İranla “Hizbulllah” daha çox ona görə narahatdır ki, onlar Suriyanın döyüş meydanlarında qan axıtdıqcaVladimir Putin əsas siyasi bəhrələri dərir və Suriyada ölkənin gələcəyini müəyyən edən daha nüfuzlu simaya çevrilir. Və quru qoşunları göndərmədən üsyançıları havadan bombardan etmək üçün təyyarələri işlətməyə kifayətlənməklə.

Mustafa Bədrəddininn məhvi İran və “Hizbullah” üçün xəbərdarlıq siqnalı oldu, lakin bu siqnal olduqca gec səsləndi və çətin ki hadisələrin gedişinə təsiri olsun. Onlar Suriya bataqlığında çox dərinə batıb və indi oradan çıxa bilmirlər.

 

Tərcümə Strateq.az-ındır.