“Vatan” qəzeti (Türkiyə), 19.05.2016
Rusiya gəmisi Bosfor boğazından keçərkən göyərtədə durmuş hərbçinin əlindəki raket mərmisi PKK döyüşçüsünün “Kobra-nı vurduq” dediyi videokadrlarda görmək mümkün olan silahın eynisidir. Hətta Rusiya hərbçisinin əlindəki SZRK (səyyari zenit-raket kompleksi-tərc.) mayın 13-də Çıqlıda helikopterimizi vurmuş SA-18-in analoqudur.
“Biz bu raketi artıq başqa yerdə görmüşük. Hazırda yaranmış durumla bağlı qarşımızda sual durur: bu, PKK-ya birbaşa dəstəyin göstəricisidir və yaxud Türkiyəyə qarşı asimmetrik sui-qəsd təşkil olunur?”
Bu sözlər özəl təyinatlıların istefadakı zabiti, təhlükəsizlik sahəsində ekspert Abdulla Aqara məxsusdur.
Bu günlərdə telefonda söhbətləşdiyimiz “keçmiş qıpqırımızı sahil” Aqar Həkkəridə idi. Çukurca bölgəsində helikopterlə bağlı insidentə görə onun təhlili və qiyməti özəl diqqətə layiqdir.
Helikopter insidenti
Terrorizm və təhlükəsizlik üzrə ekspert Abdulla Aqar bizə sıradakıları dedi:
-Çıqlıdan, təxminən, bir kilometr qərbə sarı məsafədə yerləşən 2136 metrlik dağın zizrvəsində gedən toqquşmaya müdaxilə üçün Otluca bölgəsindəki (Həkkəri) aviabazadan “Kobra” tipli helikopterlər işə salındı. Döyüş bölgəsinə yaxınlaşan cüt helikopterlərdən biri (AH-1W “Kobra”) yerə çırpıldı. Ordu aviasiyasının iki pilotu, təyyarəçi və silah əməliyyatçısı həlak oldular.
-Helikopterin düşmə səbəbinin “PKK terrorçularının buraxdığı yönəldilən zenit raketi”nin olduğu ehtimalı çox yüksəkdir. Əslində, həm də bu qurumun yayımladığı kadrların bu ehtimalın xeyrinə olduğu təəccüblü deyil. Malik olduğumuz məlumatlara əsasən, təəssüf ki, bu gözlənilən və proqnozlaşdırılan hadisədir.
–Məlumdur ki, PKK İŞİD-lə mübarizə pərdəsi altında İraq və Suriyada inkişaf etmiş silahlar sisteminə yiyələndi və yaxud ona bunlara sahiblənmək imkanı verdilər, ya da terrorçu quruma qəyyumluq edən ölkələr və ya güclər bu silahları ona birbaşa ötürüblər. Həmçinin məlumdur ki, tank əleyinə silahlar və zenit-raket sistemləri bu silahların sırasındadır.
-Bundan başqa, bu fakt da məlumdur ki, terrorçu təşkilat keçmişdə məhdud sayda SA-7 “Hraal” kimi yönəldilən zenit-raket sistemləri ilə helikopterlərimnizi nişan alıb və vurub. PKK son dövrlərdəki yeni konsepsiyasına uyğun olaraq zenit-raket kompleksləri vasitəsilə helikopterlərimizi nişangahda saxlayır. Çoxdandır türk ordu aviasiyası bu yönəldilən raketlərin buraxılış riskini minimuma endirmək üçün qaranlığın düşməsiylə taktiki uçuşlar keçirir. Çıqlıdakı hadisənin gedişində olduğu kimi gündüz vaxtı uçuşlar ancaq zəruri hallarda həyata keçirilir.
-PKK iddia edir ki, helikopteri özü məhv edib və internetdə uyğun kadrları bölüşür. Onda görünür ki, PKK terrorçusu “Rusiya mənşəli” SA seriyalı yönəldilən zenit-raket kompleksi ilə “Kobra” helikopterini necə vurur.
Biz bu raketi tanıdıq
-SA-18 yeni nəsil raket sistemidir. O, SA-16-nı əvəz edib. Bu, istilik tuşlaması sistemidir. Hazırda Rusiya ordusunun silahlanmasındadır. Terrorçunun 12-ə qədər saydığı və sonra raket buraxılışının necə baş verdiyi kadrlarda görünür. Həmçinin görmək olur ki, “Kobra” da həmləyə başlayır. Yəni insident helikopterin terrorçulara atəş açmağa hazırlaşdığı məqamda baş verir.
-Sıradakı suallara cavab tapmaq vacibdir… PKK niyə SA-7 və bu cür digər silahlardan deyil, SA-18-dən istifadə etdi? Bu silah onun əlinə necə düşüb? Onu işlətməyə kim dəstək və icazə verdi? PKK-ya haradan məlum idi ki, SA-18 “Viski Kobra”ya qarşı effektli sistemdir? Yayımlanmış videokadrlardan aydın olur ki, AH-1W “Kobra” helikopteri hətta “flare”ni (istilik tuşlamalı raketi yolundan etməyə qadir güclü istilik qaynağı-tərc.) buraxmağa da macal tapmır. Bundan başqa, aydındır ki, bu tip helikopterlərin təchiz edildiyi yardımçı işlənmiş qaz sistemi (IRRSS) səmərəsiz çıxdı.
–Biz bu raketi artıq başqa yerdə görmüşük. 2015-ci il noyabrın 6-da Rusiyanın 158 saylı “Sezar Kunikov” hərbi gəmisi Bosfor boğazını keçərkən onun göyərtəsində! Rus hərbçisinin əlindəki raket mayın 13-də Çıqlıda helikopterimizi vurmuş SA-18-lə eynidir.
Tərcümə Strateq.az-ındır