XƏBƏR LENTİ

24 Yanvar 2021
23 Yanvar 2021

Digər Xəbərlər

23 May 2016 - 10:50

Erməni analitik:“Azərbaycanın Rusiyadan uzaqlaşması Qərbə çox baha başa gələr"

muradyan-2

İqor Muradyan

Lragir.am (Ermənistan), 22.05.2016

 

NATO-ya münasibətdə Azərbaycanın mövqeyi olduqca mötədil və praqmatik görünür. Azərbaycanın NATO-ya inteqrasiya tempi Gürcüstanınkından zəif deyil, lakin bu ölkə durumu dramatikləşdirməməyi, bu vəzifəni Rusiya ilə qarşıdurma predmetinə çevirməməyi bacarıb.

Bakıda anlayırlar ki, NATO-ya daxil olmaq ictimai-siyasi həyatın, iqtisadiyyatın xeyli dərəcədə ciddi şəkildə islahatı, həmçinin Qarabağ problemi ilə bağlıdır. Azərbaycanın ən yaxın gələcəkdə NATO-ya daxil edilməyi istisnasız olaraq alyansın müəyyən standartları ilə bağlı olmayan siyasi qərar ola bilər.

Gürcüstan NATO-nun genişlənməyinə qarşı çıxış edən təkcə bir qüdrətli dövlətlə, yəni Rusiya ilə həmsərhəddirsə, Azərbaycan həm də NATO-nun genişlənməyinə öz təhlükəsizliyinə birbaşa təhdid kimi yanaşan İranla həmsərhəddir.

Bakıda hesab edirlər ki, NATO-ya inteqrasiya ilə bağlı spekulyasiyalar heç bir üstünlük gətirməyəcək, yalnız xarici təhlükələri gücləndirəcək. Azərbaycan Türkiyədən və başqa qaynaqlardan müxtəlif məlumatlar almaqla, alyansla münasibətləri gerçəkliklərdən çıxış edərək qurmaqla Gürcüstanın NATO-ya inteqrasiyası prosesini diqqətlə izləyir. Azərbaycanın Qərbdə aparıcı tərəfdaşları Böyük Britaniya və ABŞ-dır. Qafqaz-Xəzər neft-qaz ixracatı sistemi onların səyi ilə yaradılıb və hazırda lokal bölgə təhlükəsizlik sistemi quraşdırırlar. Bu iki dövlətlə münasibətlər böyük tərəfdaşlarla münasibət kimi, eyni zamanda müəyyən qədər Türkiyədən muxtar şəkildə qurulur və bu münasibətlər  yetərincə xeyli problemi ehtiva edir. Rusiya ilə münasibətlərdəki problemlər getdikcə daha çox həll olunursa və Azərbaycan cəmmiyyətinin Rusiyaya nisbətdə gözləntisi çoxdan realist olubsa, ABŞ və Böyük Britaniya ilə münasibətlərdə problemlər getdikcə güclənir. Rusiya Bakıda Cənubi Qafqazda daha passiv iştirakçı kimi qavranılır və ona qarşı iddialar tədricən predmetsizləşir.

Bundan başqa, Azərbaycanı Rusiya ilə coğrafi-iqtisadi problemlər üzrə öhdəliklər bağlamır. Azərbaycan ABŞ və Böyük Britaniyanı neft və qazın əvəzində Qarabağ probelminin həllində, ərazi bütövlüyünün bərpasında prinsipal kömək göstərəcək dövlətlər kimi qəbul edirdi. ABŞ-la Böyük Britaniya isə Azərbaycanla münasibətlərini hər hansı bir ciddi öhdəliksiz qururdu. ABŞ və Böyük Britaniyada müəyyən dairələr Azərbaycan rəhbərliyinə bu iki dövlətin mövqeyindən bir qədər irəli gedən bəzi vədlər vermişdilər. Bir zamanlar Dik Çeyninin qrupuna, Vaşinqtonda türk-yəhudi lobbisinə, “Britiş pertroleum” şirkətinə, Britaniyanın bəzi siyasi və işgüzar dairələrinə ümidlər bəslənirdi.

Corc Buşun komandası Qarabağ probleminə nisbətdə imitasiya texnologiyası, yəni gah Azərbaycanda, gah da Ermənistanda hakim rejimləri qane edən ssenarilərin ardıcıl şəkildə irəli sürülməsini tətbiq edirdi. Azərbaycan Türkiyənin köməyi ilə öz tərəfdaşlarına zaman-zaman iddialar təqdim edir və cavabında onlar nizamlamanı növbəti dalana dirəndirirlər. ABŞ və Böyük Britaniya bununla da idarəolunmaz və yolverilməz risk və təhlükələrə səbəb ola biləsi münaqişənin həllindən aralanır.

Qarabağ mövzusu üzrə etirazlardan savayı, daxili siyasi problemlərlə bağlı da ABŞ və Böyük Britaniyaya qarşı etirazlar artmaqdadır. Müxalif partiyalar Qərb birliyini, birinci növbədə ABŞ-ı hakim rejimə yardımda ittiham edir. Bu iddialar getdikcə daha çox ittiham xarakteri alır.

Eyni zamanda Azərbaycanın siyasi rəhbərliyi də ölkədaxili proseslərə Qərbin qabaqcadan hasil olmuş qənaət əsasında münasibətini də vurğulamağa meyllidir.  

Azərbaycanın Rusiyadan uzaqlaşması Qərb üçün nə qədər vacibdir və Qərb Azərbaycanın Rusiyadan aralaşdırılması siyasətini yürüdəcəkmi? Söz yox, Azərbaycanın Rusiyadan uzaqlaşması mühüm vəzifədir, lakin aydın olur ki, bu, Qərbə çox baha başa gələ bilər.

 

Tərcümə Strateq.az-ındır.