XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

24 May 2016 - 13:18

Qazaxıstanda “Maydan” iflas etdi:Nazarbayevə "Qoca, get" deyənlər bu raundu uduzdu!

nazarbayev-1

Qriqori İqnatov

jpgazeta.ru (Qazaxıstan), 23.05.2016


Qazaxıstanı silkələmək, orada hakimiyyəti dəyişdirmək və Rusiyaya düşmən etmək cəhdləri ölkəmizin “boğulması” strategiyasına tamamilə sığır…

Heç bir “rəngli inqilab” insanları öldürmək, mağazaları dağıtmaq, tikintiləri yıxmaq və təkərlərə, avtomobillərə od vurmaq çağırışı ilə başlanmayıb. Bütün bunlar sonradan öz-özünə baş verməyə başlayır, ədalətli seçkilər keçirməyə sadəlövh-gözəl tələblər, korrupsiya ilə mübarizə, hansısa “vicdan məhbusları”nın azad edilməyi, nəyinsə ləğvi və yaxud tətbiqi bəhanə kimi mütləq ön plana çıxır. Son nəticədə inqilab burulğanında hamı ilk şüarları çox tezliklə unudur – proses artıq işə düşüb, reaksiya özü özünü saxlayır, zorakılıq və hərc-mərclik çarxı haqlıları və günahkarları “üyüdür”. Lakin hər halda, başlamaqdan ötrü məqsədli auditoriyanın hissələrinə nə iləsə məharətlə toxunmaq lazımdır…

Qazaxıstan lap bu yaxınlarda – lap bu günlərdə! – az qala, daha bir növbəti “rəngli inqilab”ın baş verə biləcəyi postsovet ölkəsidir. Əlbəttə, torpağın əcnəbilərə icarəyə verilməyinin qadağan edilməsi kimi ədalətli şüar altında.

Əhavaltöncəsi bu cürdür: Qazaxıstan hökuməti martın axırında 1,7 milyon hektar kənd təsərrüfatı torpağının hərracla satışa çıxarılacağını elan etdi.

Sırf arayş üçün: çox böyük ərazisi olan Qazaxıstanın əhalisi 17 milyondan bir az çoxdur. Əhalinin böyük əksəriyyəti şəhərlərdə yaşayır, böyük miqdarda əkin sahələri boş qalıb, buna görə də ondan necəsə praqmatik şəkildə istifadə etmək qərarını gözlənilməz adlandırmaq çətindir. Digər tərəfdən, heç bir ölkədə xalqa xoş gəlmir ki, milli sərvət olan torpaq əcnəbilərin mülkiyyətinə keçsin. Qazaxıstanın bir sıra ictimai xadimləri gələcək satışı ləğv etmək tələbi ilə Nazarbayevin ünvanına açıq məktub göndərdi. Məktub çox tezliklə xeyli sayda imza topladı. Lakin sonradan yetərincə qəribə hadisələr baş verməyə başladı – aprelin 24-də Xəzəryanı Atırau şəhərində 4000-ə yaxın adam icazəsiz mitinqə çıxdı. Burada dörd il əvvəl polisin iğtişaş iştirakçılarına atəş açdığı Janaözen hadisələrini çox gözəl xatırlayırlar. Bu cür xeyli saylı mitinqlər – həm də əyalət şəhərində! – Qazaxıstanda artıq çoxdan olmamışdı! Ən ziddiyyətlisi budur ki, Atıraunun özündə bu kənd təsərrüfatı torpaqları heç yoxdur da!

maydan

Sonradan Uralsk, Semey, Kızılorda və hətta həmin Janaözendə mitinqlər oldu. O cür çoxsaylı olmasa da, qanuna tabe Qazaxıstan üçün çox böyük rəqəmdir.

Mitinqçilər torpağın əcnəbilərə satış və icarəsini yasaqlamağı tələb etdilər və bunlar eşidildi – Nazarbayev mayın 5-də Torpaq Məcəlləsinin mübahisəli maddələrinə moratorium qoydu, milli iqtisadiyyatın baş nazir müavini Kayrat Uskenbayev və kənd təsərrüfatı naziri Asıljan Mamıtbeyov istefaya göndərildi. Sanki insident başa çatdı?

Və ictimai etiraz çərçivəsindən kənara çıxanlar elə buradan başlandı və birmənalı şəkildə “Maydan”a hazırlıq ssenarisi kimi yanaşılır – mayın 21-ə (yəni etirazçıların bütün tələbləri yerinə yetirildikdən və həbslər üçün formal bəhanələr aradan qaldırıldıqdan sonra) artıq “torpaq” şüarı altında deyil, “Şal, ket!” devizi ilə (“Qoca, get!” – Nazarbayev nəzərdə tutulur) hazırlanan ümummili etiraz aksiyası təyin edildi. İnternetdə peşəkarcasına hazırlanmış təbliğat klipləri göründü, sırf  “Maydan” təbiətli daha bir sızıntı isə mitinqçilərə pulların (dollar) paylanması  görüntülü video oldu. Buna görə də təəccüblənməyinə dəyməz ki, polis  21 may mitinqi ərfəsində kəsik armaturlar, “Moltov kokteyli” üçün şüşələr və benzin kanstirləri gizlədilmiş xəlvət yer aşkarladı, fəalları axtararkən isə lüəsi kəsik silahlar, "Makarov" və "TT" tapançaları, bir neçə qranat və fitnəkarlıq – həm polisə, həm də mitinqçilərə atəş açmaq (“naməlum snayperlər” izi yadınızdadır?) üçün əvəzsiz digər əşyalar üzə çıxdı.

Həbslər vasitəsilə maydanı dəf etmək mümkün oldu – müxaliflər iddia edirlər ki, həbslər “kütləvi” idi, lakin güman etmirəm ki, hazırlanan sərsəmlik fonunda 40 nəfərin saxlanmağını o cür kütləvi cəza aksiyası adlandırmağa əsas olsun. Eyni zamanda səciyyəvidir ki, onların hamısı inzibati işlə canlarını qurtardı.   

“Радио Свобода”-nın saytı Qazaxıstan hadisələrini şərh edərkən yazır: “Qazaxıstanın bəzi KİV-nin “xarici güclər”i ititham etmək cəhdlərinə baxmayaraq, əslində, Qazaxıstanda sabitsizlik görmək marağı olan heç bir xarici qüvvə yoxdur". 

Xalqdan qaranlıq oyunlar üçün istifadə edir, bu cür hallarda olduğu kimi onun ədalət hissi və ruh yüksəkliyi ilə oynayırlar. Lakin kukla oynadanların marağı nədir?

“Şal, ket!” şüarı əvvələr Janaözendə iğtişaşların təşkilində ittiham edilmiş və indi yasaqlanmış “Alqa!” partiyasına məxsusdur. “Alqa!” aydın şəkildə Qərbə yönəlmiş və Rusiyaya yaxınlaşmağın əleyhinə çıxış edən “radikal liberallar”ın təşkilatı idi. Artıq partiya yasaqlandıqdan sonra onun ayrı-ayrı fəalları Qazaxıstanın Avrasiya Birliyində, Gömrük birliyində və KTMT-da iştirakına qarşı təbliğata başladılar.

Baş tutmamış Qazaxıstan maydanının digər təşəbbüsçüləri gözə dəymir – hətta qazax millətçiləri Nazarbayevin mayın 5-dəki hərəkətindən sonra küçə etirazları yolunu dəstəkləməyi tərgitdilər.

“Maydançılar” birinci raundu uduzdular, lakin kim bilir, onların ehtiyatda hansı ssenariləri var?

 

Tərcümə Strateq.az-ındır.