XƏBƏR LENTİ

11 Avqust 2020
10 Avqust 2020

Digər Xəbərlər

13 İyun 2015 - 10:54

İsrailin İranla razılaşmanı pozacaq oyunu “Hizbullah”la müharibə! – Təhlil

İran: “İsrailə raket seli axacaq”

Bəzi əlamətlər göstərir ki, İsrail bu yay yenidən döyüşəcək. Bu dəfə Qəzza sektorunda HƏMAS-a qarşı yox, Livanda “Hzbullah”a qarşı. Həm də bu müharibə təkcə “Hizbullah”ın qatıldığı Suriya vətəndaş müharibəsinin səpələntisi olmayacaq. İsrailin ABŞ Konqresinin İran sövdələşməsini qətiyyətlə rədd etməsi hesabı mühüm amil ola bilər. Tənqidçilər hesab edirlər ki, saziş İranı gücləndirəcək və “Hizbullah”a yardım üçün resurslar da daxil olmaqla bölgədə ona əlavə imkanlar açacaq.

İsrailyönlü lobbi AIPAC, İsrailin baş naziri Binyamin Netanyahu, Səudiyyə Ərəbistanı və onun Fars körfəzndəki müttəfiqləri var qüvvələri ilə İranla sazişi pozmağa çalışsalar da, məğlubiyyətə uğraya bilərlər. Danışıqlar davam edir. çoxsaylı sorğulara inansaq, amerikalıların əksəriyyəti prezident Barak Obamanın İrana diplomatik yanaşmasını müdafiə edir. İranla saziş üzrə səsvermə Konqresdə bu gün keçirilsəydi, çox güman ki, Obama qalib gələrdi. Eyni zamanda Konqresin dəstəyini əldə etmək baxımından respublikaçıların və demokratların sırasındakı Netanyahu tərəfdarlarının müqavimətini qırmaq üçün prezidentin veto hüququna əl atmağı lazım gəlməzdi. Saziş əleyhdarlarının razılaşmanın İran qarşısında tərk-silah olmaq və Tehran kimi rejimlə hər hansı bir saziş bağlamağın mümkünsüzlüyü barədə arqumentləri cəmiyyətdə ciddi anlayış qazanmır və nəzərdə tutulan müqaviləni pozmaq gücündə deyil. Beləliklə, sazişə qarşı çıxırsınızsa, çox ehtimal ki, yeni arqumentlər axtarmayacaq, oyunu tamamilə dəyişməyə cəhd edəcəksiniz. Elə bir hadisə təşkil etməyə can atacaqsınız ki, Konqresi bütövlükdə AIPAC, Netanyahu, Səudiyyə Ərəbistanı və onun müttəfiqlərinin tərəfinə səfərbər edəsiniz. İsraillə “Hizbullah” arasında bu yaydakı hərbi münaqişə problemi həll etmək gücündədir. Bu qayda ilə İsrail onun şəhərlərini raketlərlə atəşə tutan qruplaşmaya qarşı müharibəyə başlasa, saziş və İranın müqavilə nəticəsində əldə edəcəyi 50 milyard dolların Tehranı və onun bölgədəki müttəfiqlərini gücləndirəcəyi arqumentləri daha əsaslı olacaq. Bu cür ssenari demokratların çoxunu Netanyahunun tərəfinə çəkə bilər.

İsraildə qarşıdan gələn müharibə haqda fikirlər səslənməsəydi, bu söhbət boş spekulyasya olardı. “The New York Times” mayın 12-də məlumat verdi ki, İsrail “praktik olaraq “Hizbullah”la qaçılmaz toqquşmaya hazırlaşır”. İsrail təmsilçisi qəzetə bildirib ki, “Hizbullah”a güclü zərbə endiriləcək.

İsrail deyir ki, “Hizbullah” hərbi potensialını artırır və İsrail yeni münaqişə halında dünya ictmaiyyətinin diqqətini bu prosesə cəlb etmək istəyir. İsrailin məlumatına görə, “Hizbullah” gün ərzində İsrailə 1200 raket atmağa qabildir.

İsrail artıq bir neçə aydır ki, bundan danışır. Amerikanın 28 konqresmeni fevralda İsrailə səfər etdi. Onlar BMT-nin baş katibi Pan Gi Mna məktub yazaraq “Hizbullah”ın tərk-silh edilməsini tələb etdilər. Konqresmenlər məktubda BMT-ni Livanın və qeyri Livanın bütün hərbi birləşmələrinin tərk-silah olunmasını tələb edən öz qətnamələrini yerinə yetirməməkdə ittiham etdilər. Onlar yazmışdılar:“”Hizbullah” bölgədə müdhiş zorakılıq törədir və bu, BMT TŞ-nın 1559 və 1701 saylı qətnamələrinin yerinə yetirilməməsinin birbaşa nəticəsidir”.

Benyamin Netanyahunun xarici işlər nazirliyinin baş direktoru təyin etdiyi Dori Qold bu yaxınlarda “Hizbullah”a önləyici zərbə endirməyi müdafiə etdi. Qold BMT-ni “Hizbullah”ı durdurmaq qabiliyyətində olmamaqda ittiham edib dedi ki, “Ya İsrail Livanın güneyində saxlanan silahı məhv edəcək, ya da “Hizbullah” İsrailə gündə min raket buraxacaq. Siz nə edərdiniz?”

Deyəsən, “Hzbullah” indiki anda bütün resurslarını Suriya münaqişəsinə yönəldib və çətin ki, eyni zamanda İsraillə vuruşmağı özünə caiz bilər. Bununla belə, İsrail Livana zərbə endirsə, Suriyadakı bütün çətinliklərə baxmayaraq, güman etmirik ki, “Hizbullah” ona cavab verməsin.

İranın ali dini rəhbərinin hərbi müşaviri general Yəhya Rəhim Səfəvi mayın 21-də xəbərdarlıq etdi ki, İsrailin Livana zərbəsi cavab raket seli törədəcək. Onun sözlərinə görə, İran və “Hizbullah” da daxil olmaqla onun dostları Təl-Əvivlə Hayfanı məhv etməyə qadirdir.

Əlbəttə, İsraillə “Hizbullah” vuruşmağa başlasa, onda səbəb təkcə İranla saziş olmayacaq. Lakin İsrail rəhbərliyi qərar qəbul edərkən birmənalı şəkildə münaqişə vasitəsilə Tehranla sazişin təxirə salınması imkanını nəzərdə tutacaq. Bu sazişi birdəflik gömməyə aludəçilik İsrail siyasətçiləri üçün tamamilə önəmli amil ola bilər. Bu, baş versə, onda “Hizbullah”la yeni müharibə İranla müharibənin qaçılmazlığına əminliyin nəticəsində başlayan ilk münaqişə olmayacaq. II Lvan müharibəsinin qızğın vaxtında İsrail müdafiə nazirinin müavini Efraim Sne bildirdi ki, baş verənlərin hamısı İranla bağlıdır. O, o zaman dedi: “İranla müharibə qaçılmazdır. Livan ancaq qarşıda duran böyük müharibənin müqəddiməsidir”.

Sne yanıldı. Beləcə, İranla müharibə başlamadı. Lakin bu yay “Hizbullah”la müharibə ABŞ-la İran arasında sülh imzalanmasının mümkünsüzlüyünü qaranta almaq barədə İsrailə kömək edə bilər.

Titra Parsi

İran Milli Amerika Şurasının sədri

Pol Pillar

Corctaun universitetində strateji araşdırmalar Mərkəzinin baş əməkdaşı

“Huffington Post” (ABŞ), 13.06.2015