XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

25 May 2016 - 13:47

Texas ştatı ABŞ-dan ayrılmaq mexanizmini işə saldı –Təhlil

Texas

Pravda.ru, 25.05.2016

 

ABŞ-da Texas Milli Hərəkatı (TMH) ştatın müstəqilliyi üzrə referendum keçirtmək hüququ qazanıb. Respublika partiyasının yerli komitəsinin üçdə ikisi bu qərara səs verib. TMH təmsilçisi Natan Smit bildirib ki, ştatın qanunverici orqanı texaslılar arasında bu məsələ üzrə ümumxalq səsverməsi aparmağa imkan verən qanun layihəsi qəbul etməli olacaq. İstisna olunmur ki, tədbir vətəndaşların Ukrayna tərkibində qalmaq və yaxud Rusiyaya birləşməyi qət etdiyi Krım ssenarisi üzrə keçəcək. Smitin sözlərinə görə, ştatın Amerikadan ayrılacağı halda Rusiya ticarət  məhddudiyyəti az olan yeni ticarət tərəfdaşı və ABŞ hökumətinin deyil, texaslıların maraqlarını ifadə edən yeni xarici siyasətçilər qazanacaq.

Çikaqoda (İllinoys ştatı) praktika keçən vəkil Fyodor Kozlov qeyd etdi ki, Amerikada hər ştatın öz konstitusiyası var və Texas bu çərçivədə yerli səviyyyəli referendum keçirə bilər.

O, Life.Ru-ya izah edib ki, Krımda səsvermənin nəticələri üzrə bölgə Rusiyaya birləşdi, çünki vətəndaşların əksəriyyəti buna səs verdi. Texasda isə vətəndaşlar hətta ştatın müstəqilliyinə səs versələr də, ABŞ hökuməti bunu nəzərə almayacaq, çünki Texasın müstəqilliyi federal səviyyədə təsdiq olunmalıdır.  

TMH təmsilçilərinin keçən il qonaq gəldiyi Antiqlobalçı hərəkatın prezidenti Aleksandr İonovun sözlərinə görə, ABŞ-ın federal KİV-nin hamısı hazırda Texas referendumunun keçirilməyi ideyasını qaralayan mətnlər dərc edir. Amerikanın məşhur Politico nəşri qeyd edir ki, Rusiya hökuməti Texasın ABŞ-dan ayrılması uğrunda hərəkata dəstəyi önəmli saya bilər. “Texas milli hərəkatı” liderlərindən biri Natan Smit Rusiya hökumətinin dəstəklədiyi ifrat sağçıların Sank-Peterburq qurultayında qonaq oldu.

Smitin hərəkatın 250 min tərəfdarının “Özlərini amerikalılar deyil, birinci növbədə və daha çox texaslı kimi eyniləşdirdiyi, həmçinin ABŞ-ı demokratiya yox, diktatura saydığı” haqda fikirləri misal gətirilir.

Nəşr hesab edir ki, Texasın müstəqilliyi uğrunda mübarizə Rusiya hökuməti üçün Sovetlər Birliyinin dağılmağına görə “şirin ödəniş” olardı. Material müəllifi düşünür ki, son aylarda Rusiyanın ABŞ-ın günery-şərqinə “qarşısıalınmaz çevik” diqqəti müşahidə olunur.

Politonlayn yazır ki, lakin separatçılar təkcə Tennessidə və yaxud permanent “ayrılma”sı ilə məşhur Texasda deyil, həm də Amerika dövlətlərinin böyük əksəriyyətində “səngərlənib”.

Xaatırladaq ki, Birləşmiş Ştatların qüdrətinin artması üçün həlledici məqam ərazicə yayılma oldu – güney-qərb ərazilər, həmçinin Kaliforniya, Meksika hökumətinin tanımadığı Texas Respublikası ilhaq olundu.

1836-cı ildə Texasın Meksikadan ayrılması uğrunda uzun müharibədən sonra tərəflər arasında müstəqillik haqda müqavilə imzalandı. Sonralar respublika elan edilmiş və beynəlxalq tanınma əldə etmiş Texasın Konstitusiyası qəbul edildi. Lakin Meksika hökuməti ilə texaslılar arasında silahlı mübarizə, demək olar, daha on il sürdü, çünki Meksika müstəqillik haqda müqaviləni ratifikasiya etməkdən imtina etdi.

ABŞ bu münaqişəyə rəsmən qarışmadı, lakin 1845-ci ilin sonunda Texası ilhaq  və 28-ci ştat etdi ki, bu da Amerika-Meksika müharibəsinə səbəb oldu. Nəticədə Birləşmiş Ştatlar meksikalıların müqavimətini tam şəkildə boğmağa və onların ərazi iddialarını aradan qaldırmağa nail oldu.  

Texas indiyədək beynəlxalq səviyyədə tanınmış və ABŞ-ın tərkibinə birbaşa ştat kimi qəbul edilmiş ilk və yeganə müstəqil dövlətdir. Ona özəl şəraitlər təklif edildi: birincisi, ştatın bütün torpaqları və təki onun xalqına məxsusdur; ikincisi, Texas beş ştata bölünmək imkanını qabaqcadan şərt qoyub. Texas hansı yolu seçəcək – zaman göstərər.

 

Tərcümə Strateq.az-ındır.