XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

25 May 2016 - 16:12

Fransa nəşri:İslam dünyasında çaxnaşma sona yaxınlaşır – Təhlil

Islamcilar

Aleksandr Adler

Atlantico (Fransa), 25.05.2016

 

Yaxın Şərqdə görünməmiş tufan qopub, bütün kartlar isə çox tezliklə qarışa bilər. Qorxunc təhlükə İŞİD-in timsalında dövrənin yekunlaşdığını ifadə edir. İlk baxışdan yalnız dağıntıar görünür, lakin burada işin arxasındakı aşkar şəkildə tarixi mexanizmdir: ABŞ-ın qətiyyətsizliyi, şiə oxunun gücü, yeni İran və yeni Misir, böyük qonşuların oyunları…  

İranda heç kimə sirr deyil ki, yerli “qırğılar” (onlar Ruhani rejiminin güclənməsilə məğlub oldular) İslam respublikasının Misirin bütün sünni tərəfdaşlarını əsil İslam inqilabına cəlb etməli olan “Müsəlman qardaşlar”la yaxnlaşması uğrunda dəfələrlə çıxış ediblər. Və Suriyanın timsalında nifaq meydana çıxanadək 2011-ci ildə İsraillə dalaşmış türklər getdikcə yeni təkliflər yağdırdılar: Qərblə nüvə böhranının başlanğıcında Əhmədinecad İranının xeyrinə təəccüblü vasitəçilik ehtirasları, Türkiyə xüsusi xidmətinin rəhbəri Hakan Fidanın İran ərazisində Mossad agentləri şəbəkəsinin dağıdılmasına yardımı və s. Sadə həqiqət budur ki, biz şiə və sünnniərin ideoloji münaqişəsini deyil, xeyli dərəcədə artıq 35 il ərzində aparılan mübarizəyə paradoksal qayıdış müşahidə edirik. Söhbət 1970-ci illərin sonundan dünyəvi (və yaxud bu cür sayılan) müsəlman dövlətlərinə hücum edən təməlçilərlə rasionalistlər və yaxud İslamın həm şiə, həm də sünnni cərəyanlarını əhatə edən modernçilərin münaqişəsindən gedir. Həm də praktik olaraq bərabər qismdə, çünki İran şiəliyində külək başqa səmtə – vicdan azadlığına və dinin qütbsüzləşdirilməsinə doğru əsir: bu hətta ən məşhur Məşhəd və Qum şiə məktəblərində də hiss edilir.

Artıq qonşu İraq şiəliyini demirik – Səddam Hüseyn devrildikdən sonra əksəriyyəti Amerika müdaxiləçiləri ilə alyansa getdi.  

Hamının xatırladığı kimi, İraq “Əl-Qaidə”si keçmiş lideri əz-Zərkavinin rəhbərliyi ilə Səudiyyə rejiminin radikal antixristian əhvali-ruhiyyəsi ilə səsləşən sünni təriqətçiliyinə hər cür yardım edirdi. Hər necə olur-olsun, islamçılaırn bu cür kursu İraqın özündə Bağdadda azad seçkilərdə səs vermiş və İŞİD-in boğucu hakimiyyətindən can qurtarmağa cəhd edən bütün sünniləri onlara sarı cəlb etmədi.

Başqa dövlətlərdə, xüsusən Əlcəzairdə (burada radikal islamçılıq 10 illik vətəndaş müharibəsindən sonra məğlub edildi), Liviyada (general Həftar Misirin dəstəyi ilə islamçı gücləri dəf etdi), Tunisdə (dünyəvi cəmiyyətin xeyrinə basqı yumşaq sünnilikdən qaynaqlanır) və Misirdə (2013-cü ilin iyununda 10 milyon nümayişçi “Müsəlman qardaşlar”ı hakimiyyəti tərk etməyə məcbur etdi) baş verənlər dünyəvi dövlətin və müasirliyin həmləsini xatırladır. Eyni zamanda Səudiyyə rejimi XVIII əsrdən Fars körfəzində və Yəmən sərhədlərində şiə azlığın təqibini dayandırmır və hələ də dini təriqətçiliyə tərəfdardır. Hər necə olsa da, müasir təməlçilik əleyhinə hərəkatın təkcə İranla məhdudlaşması haqda bütün bəyanatlar Ər-Riyadın təbliğatından başqa bir şey deyil.

Dünya İslamının yarıdan çoxu sünnilərin payına düşür və 2001-ci ildən bəri təməlçilik qüvvələrinə ən önəmli zərbəni məhz onlar vurublar. Türkiyənin dünyəvi gücləri Ərdoğan rejimi qarşısında təslim olmur və əvvəlki tək ölkədə islamçılığa qarşı müxalifətin əsasını təşkil edirlər. Bununla belə, düşüncə darlığı liberal kürdlər və mötədil müsəlmanlarla birgə proqram işləməkdə onlara mane oldu. Bu, parlamentdə yarım il ərzində mütləq çoxluğu itirməyə baxmayaraq Ərdoğana vahimə və şantajla duruş gətirmək imkanı verdi.

İndoneziyada “Nəhdatul-Uləma” hərəkatının mötədil sünniləri cəmiyyətin siyasi islamlaşmasına bütün cəhdlərin qabağını aldılar.  Səudiyyə Ərəbistanı isə hazırda dünyəvi rasional qüvvələrin hücumu fonunda müdafiə mövqeyinə keçməyə məcbur olub.

 

Tərcümə Strateq.az-ındır.