XƏBƏR LENTİ

12 Avqust 2020
11 Avqust 2020

Digər Xəbərlər

15 İyun 2015 - 06:01

Rusiyaya qarşı “Makiavelli planı”: Moskva yeni iqtisadi gerçəklik yarada biləcəkmi?

Kremlin baxışına görə, Rusiya ilə qonşu ölkələrdə bu yaxınlarda baş vermiş hadisələr birdəfəlik sübut edir ki, siyasətçiləri, KİV-i, diplomatları, orduları, maliyyə arxitekturası və hakim orqanları ilə “Qərb” adlı vücuda inanmaq olmaz. Yetərincə şübhəli olsa da, ittiham siyahısı uzundur.

Siyahı 1990-cı illərdə NATO-nun Yuqoslaviya bombardmanından başlanır, Şərqi Avropanı Avropa Birliyi və NATO-ya inteqrasiya etmək vədlərinin pozulması, qonşu dövlətlərdəki rəngli inqilablar, yalan bəhanələrlə Əfqanıstan və İraqa müdaxilə, Liviya və Suriyada durumun sabitsizləşdirilməsi, ümumi təhlükəsizlik arxitekturasından müntəzəm şəkildə imtina cəhdləri və nəhayət, 2014-cü ilin martında Kiyevdəki inqilab/dövlət çevrilişi, ölkənin şərqində separatizmin meydana çıxması və ardınca Rusiyaya qarşı iqtisadi sanksiyalar, onu 2018-ci ildə futbol üzrə dünya çempionatını keçirtmək hüququndan məhrum etmək təhdidlərini əhatə edir.

Bütün bunların Rusiyanın sabitsizləşdirilməsi üzrə hansısa bir uzunmüddətli “Makiavelli planı”nın tərkib hissəsi olduğu haqda ideyanı – rusiyalıların əksər çoxluğu məhz bu baxışı müdafiə edir – yetərincə şübhəli görünür, lakin “Fəndlər-22”dən (Amerika yazıçısı Cozef Hellerin romanı – red.) məşhur sitatı çox xatırladır: “Sən paranoiksənsə, bu, hələ o demək deyil ki, səni izləmirlər”.

Və bu mənada Rusiya tək də deyil. Avrasiyanın digər böyük və anlaşılmaz dövləti – çin də bu cür əndişələr hiss edir.

Bretton-Vud institutları daxili islahatlarda aciz çıxdı və məhdud sayda ölkələrin, yenidən biçimlənmə haqda bütün çağrışlara etinasız yanaşan təsisçilərin təsirinə məruz qaldı. ABŞ Konqresi 2014-cü ildə BFV-nin islahatı üzrə Böyük İyirmiliyin bəyəndiyi planları rədd edərkən bu, çoxları üçün daxili islahatlara daha ümid etməyin mənasızlığının birmənalı sübutu oldu. Nəticədə, rəqabətə girən institutlar – bildirildiyi kimi, prioritetləri XXI əsrin gerçəkliyinə daha çox uyğun gələn BRHçG (Braziliya, Rusiya, Hindistan, çin, Güney Afrika-red.) İnkişaf Bankı yarandı.

Braziliya, Rusiya, Hindistan, çin və Güney Afrikanın liderləri BRHçG-in qarşıdan gələn sammiti çərçivəsində tarixdə artıq yeddinci (və Rusiyada ikinci) dəfə bir yerə yığışacaqlar. Prezident Putin lap əvvəldən bu blokun yaranmasını qətiyyətlə dəstəkləyərək 2006-cı ildə Nyu-Yorkda nazirlər səviyəsində birinci görüşü keçirdi və 2009-cu ildə (keçmiş prezident Dmitri Medvedyevin dəstəyi ilə) Yekaterinburqda blokun ilk sammitini təşkil etdi.

İnstitutlar nadir hallarda investisiya bankirlərinin uydurduğu abbreviatura əsasında yaradılır. Buna görə də BRHçG əvvəllər dövriyyəyə girmək üçün xeyli cəhd göstərməli oldu. Lakin hər şeydən göründüyü kimi, həmin çətin günlər arxada qalıb və bu qurum indi, onun təsəvvürncə, köhnəlmiş Bretton-Vud sistemini sıxışdırmalı olan alternativ maliyyə və normativ-hüquqi strukturlar yaratmaqla məşğuldur. Ufa sammiti Rusuyanın sədrliyinin başlanması ili ilə əlamətdardır. Bəzi məlumatlara görə, BRHçG üzvləri Kremldən qaynaqlanan təklif əsasında sammit üçün 130 bənddən ibarət təklif hazırlayıb.

Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) Rusiya, çin və Qazaxıstan, Qırğızıstan, Tacikistan və özbəkistan kimi Orta Asiya dövlətləri tərəfindən 2001-ci ildə yaradılıb. Əvvəlcə terrorizm və ekstremizmlə mübarizə diqqət mərkəzində idi, lakin indi onun üzvlərinin sayı əsaslı şəkildə artarkən (icmalçılar bu gün Əfqanıstan, Hindistan, İran, Monqolustan və Pakistanı, həmçinin Belorus, Türkiyə və Şri-Lanka kimi “dialoq tərəfdaşları”nı da bura daxil edirlər) onun vəzifələri siyasi, ticari, iqtisadi, elmi və mədəni sahələri əhatə eməklə xeyli genişlənib. Gerçək tərəqqi hələlik olduqca məhduddur, lakin qurum üzvlərinin cəhdləri göz qabağındadır. Artıq yüz milyardlarla dollarlıq infrastruktur layihələrinin gerçkləşdirilməsi üçün müqavilələr imzalanıb. Neft və qaz kəmərləri, təbii qaz terminalları, elektrik stansiyaları, avtomobil yolları, sürətli qatar magistralları – bütün bunlar çinin “Bir qurşaq – bir yol” layihəsinə – yeni strukur idarəçiliyi ilə möhkəmləndirilən strateji təşəbbüsə daxil edilib. Orta və Güney Asiya ölkələri arasında bağlanmış ikitərəfli sazişlər sayəsində artıq 40 milyardlıq investisiya fondu yaradılıb. Təkcə Asiya İnfrastruktur Bankı 100 milyard dollar həcmində start kapitalına malikdir. Təəccüblü deyil ki, uzun illərin sərt iqtsadiyyatından sonra NATO və AB-yə inamını itirmiş və məyus olmuş Yunanıstan vətəndaşları öz gələcəklərini bu yeni institutların çərçivəsində görürlər. Heç kimin şübhəsi yoxdur ki, qarşıda onları ciddi maneələri dəf etmək gözləyir. İnstitutların potensialı, gerçək siyasətin prinsplərinə əsaslanan münasibətlər, tərəflər arasındakı inamın aşağı səviyyəsi və Orta Asiyada nüfuz uğrunda mübarizə bu qurumları dalana dirəyə bilər. Lakin inkar etmək olmaz ki, indiki dövr bu qurumların inkişafı üçün son dərəcə uğurlu vaxtdır.

Hazırda harada aş varsa, orada baş olan Amerika dollarına alternativ təşkil edə biləcək mexanizm yaradılır. Bu arada bu ölkələrin mərkəzi bankları böyük partiyalar halında qızıl külçələri almağı davam etdirir. Bu isə orta perspektivdə qızılla möhkəmləndirilmiş maliyyə vasitəsindn xəbər verir.

Rusiya məmurları vurğulayırlar ki, BRHçG və ŞƏT ölkələrinin görüşləri bir-birinı sıxışdırmayacaq. İndiki mərhələdə bunun heç bir praktik mənası yoxdur: dünyanın inkişaf etməkdə olan ən böyük bazarlarını birlərşdirən blokun sammiti ilə milli suverenliyi və Avrasiya qitəsində ərazi təhlükəsizliyini qorumağa çalışan ölkələr qrupunun görüşünün eyni vaxtda keçirilməsinin rəmzi mənası bu ölkələrin xalqarının diqqətindən yayınmayacaq. Bu arada ABŞ-da prezident Obamanın “sovet imperiyasının şöhrəti”ni bərpa etmək ideyasına rişxəndi irəli deyil, daha çox geri yönəlməkdən xəbər verir. Qərb tərəfindən “təcrid” Rusiyanı yeni iqtisadi gerçəklik yaratmağa təhrik edir və bu proses yaxın onilliklərdə onun daha tarazlaşdırılmış və yaşarılı iqtisadiyyata doğru hərəkətlənməsnə səbəb olacaq.

Timoti Stenli

“Forbes” (ABŞ), 13.06.2015