XƏBƏR LENTİ

22 Yanvar 2021

Digər Xəbərlər

27 May 2016 - 10:50

Erməni icmalçı:"Erməni xalqı özgə xüsusi xidmətlərin agenti olmağa  vərdiş edib"

ermeni

Naira Ayrumyan

Lragir.am (Ermənistan), 26.05.2016

 

Ən dəhşətlisi – qəhrəmanların yaradılması, bir qayda olaraq, müharibədən sonra başlanır. Tarix hələ başa çatmamış təhrif edilməyə başlanır, medallar gərəkən sinələrdə görünmür, ön cəbhədən dönmüş əsgər isə öz evinin elektrikini ayrılmış görür – borclara görə.  

Qəhrəmanların və xilaskarların yaradılması bütün xalqlara xasdır, lakin ermənilərdə özəl şəkildədir. Yəqin ki, erməni xalqı uzun əsrlərboyu öz dövlətçiliyinə sahib olmadığına görə. Bu xalq yad imperiyalara işləməyə, başqaları üçün vuruşmağa, özgə xüsusi xidmətlərin agenti olmağa  vərdiş edib. Dövlət xalqın müdafiəçisi olmayıb və erməni milləti üçün nəsə edənləri milli qəhrəman kimi car çəkiblər.

Zarui Ovannisyanın dediyi kimi, 25 il öncə erməni xalqı dərhal iki dövlət elan etməyə cürət etdi. Lakin bu dövlətlər belə də bizimki olmadı. Hər bir müharibədən sonra qəhrəman yaratmaq prosesi işə düşür, çünki dövlət qəhrəmana çevrilmir.

Birinci Qarabağ müharibəsindən sonra erməni dövlətlərinin deyil, İmperiyanın maraqlarına işləyən və tezliklə hakim sistemin tərkib hissəsinə dönən fədailər qəhrəman elan edildi.

İkinci müharibədən sonra da qəhrəmanlar meydana çıxa bildi – döyüş meydanında möhkəm durmuş və düşmənlərlə birlikdə özünü də partlatmış mavigözlü yezid oğlanla yanaşı torpaqları azad etməyə cəhd etməyən, itkilərə İmperiyanın maraqları ilə haqq qazandıran adamları qəhrəman elan etdilər.

İndi yeni qəhrəmanlar peyda olub – Qarabağın keçmiş müdafiə naziri Samvel Babayan “zəfərlə” Ermənistana qayıdıb. O, müxalif qəzetlərdən birinə müsahibəsində nağıl edir ki, şəxsi işlərinə görə “xaricdə” idi və orada Rusiyanın müxtəlif dairələrinin adamları ilə görüşüb. О, rəsmən bildirir ki, Rusiya Ermənistanla yaxşı münasibətlər istəyir və Azərbaycana silah satmağı önəmli deyil.

Görünür, Samvel Babayanın “missiyası” bundan da ibarətdir ki, Rusiya və Ermənistanın əməlli-başlı korlanmış münasibətlərini “yaxşılaşdırsın” və İmperiya obrazını – Ermənistanın yalnız öz gücünə güvənib, demək olar, unutmağa başladığı Xilaskar obrazını bərpa etsin. Hələ müharibəyə qədər ondan əvvəl bu cür missiya ilə Ara Abramyan Ermənistanda idi, lakin onun ilk mətbuat konfransı iflasla bitdi və sağ-salamat doğmalarının yanına qayıtdı.

Ərdoğan özünün 23 aprel nitqində beş dəfə “Osmanlı erməniləri” ifadəsini işlətdi və bu, onun çıxışında başlıca məsələ idi. Ərdoğan vurğulamağa cəhd edirdi ki, Ermənistan yoxdur, Osmanlı erməniləri var, Rusiya erməniləri var. Və Ermənistan sərhədləri və ermənilərin varlığı məsələsini Rusiya ilə Türkiyə həll edəcək.

Erməni “qəhrəmanları” osmanlılara, ruslara və başqalarına xidmət edənədək belə olacaq. Ermənistanın xüsusi xidmətləri İmperiyanın xüsusi xidmətlərinin tərkib hissəsi olanadək. Önəmi yoxdur, Osmanlının, yaxud Rusiyanın.

 

Tərcümə Strateq.az-ındır.