XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

27 May 2016 - 16:22

Fransa nəşrinin təhlili:“Molla Mənsurun öldürülməsi İŞİD-i necə gücləndirəcək?"

Taliban

Didye Şode

Le Huffington Post (Fransa), 27.05.2016

 

Əfqanıstan hazırda Fransanı çox da maraqlandırmır. Və artıq deyildiyi kimi, bu, yanlışdır. İndi bu, ona görə vacibdir ki, dönüş məqamı yetişib. Taliblərin lideri Molla Axtar Mənsuru 2016-cı il mayın 21-də Amerika pilotsuzu öldürdü. Talib üsyançıların yazda başladığı fəal hücumun fonunda döyüş meydanında baş verənlər tərəzinin gözünü Kabilin xeyrinə əyməyə imkan verəcəkmi?

Özümə rəva bilirəm ki, buna şübhə edim. Bax, buna görə:

1. Bir nəfərin həlakı bu qədər böyük hərəkatı sındıra bilməz. Taliban xüsusən də yeni simada mürəkkəb hərəkatı təmsil edir. Onun ali rəhbərliyi hələ 1990-cı illərdən Molla Ömərlə birgə fəaliyyətdə idi. Lakin səhra komandirləri və sadə döyüşçülər xalq iztirabının, müharibələrin və artıq bir neçə on ildir ki, ölkəni bölük-bölük edən dini-etnik gərginliyin məhsuludur. Onlar daha çox qaçqın düşərgələrində və Pakistan sərhədində islamçı dini məktəblərdə  təhsil alıblar. Bu, 2000-ci illərin əvvəlindən döyüşənlərə aiddir. 2001-ci ildən sonrakı döyüşçülər nəslini artıq əcnəbi islamçılar, xüsusən də “Əl-Qaidə” hazırlayıb. Onların əksəriyyəti ideoloji baxımdan radikal islamçı-millətçilərdir. Buina görə də elə-belə asanlıqla əllərini yanlarına salmayacaqlar.

Bundan savayı, hərəkat tamamilə şaquli qurum deyil və liderlərinin öldürülməsi donuqluğa səbəb olmayacaq. Əks halda Molla Ömərin ölümü “Taliban”ı artıq çoxdan dəfn edərdi.

Həm də hərəkat Əfqanıstan hökumətlərinin 2001-ci ildən sonrakı uğursuzluqlarını rəmzləşdirir. Qanuni hökumətlərə qarşı bəzi əks fəaliyyətlər korrupsiya ilə bağlı və yalnız Əfqanıstan paytaxtındakı yüksəkçinli dostlarının sayəsində vəzifə almış rəhbərlərin effektsiz idarəçiliyi nəticəsində meydana çıxıb… Bəzi hallarda etnik çəkişmə zərər görənləri taliblərin yanına getməyə vadar edib. Bu gərginlik siyasi elita və Kabilin qızıl gəncliyi arasında öləziyir, lakin sadə əfqanlar səviyyəsində hələ də tamamilə realdır (bu, xüsusən də puştunlarla qalan xalqların arasındakı münasibətlərə aiddir).

Beləliklə, liderin həlakı dronlar vasitəsilə həll edilməyəcək dərin problemləri əks etdirən üsyançıların təşkilatında və motivləşməyində köklü dəyişikliklər törətməyəcək.

2.Taliblər arasında nifaq Kabillə Vaşinqonun qələbəsinin rəhnidir? Əlbəttə, liderin həlakı qurumun vahidliyini təhlükəyə ata bilər. Amerikalılar Molla Mənsuru öldürməklə məhz buna ümid edirdilər. Əsassız olduğunu demirik. Lakin durumun sürətli təhlili Vaşinqtona bu qədər lazım olan müsbət dinamikaya güvənməyə imkan vermir. Hər şeydən öncə, taliblərdə duyum var ki, münaqişədə mövqelərini möhkəmləndirirlər. Sonra, indi üsyançılar arasında nifaqa güvənmək keçmişdə artıq doğrulmayan köhnə ümidləri rəhbər tutmaq deməkdir. Gözlənilirdi ki, Molla Ömərin ölümündən sonra taliblər bir-birinin boğazını gəmirəcək, lakin bu, belə də baş vermədi. Kimsə hesab edirdi ki, onların ərazisində İŞİD-in peyda olmağı onları zəiflədəcək və sülh prosesini qəbul etməyə itələyəcək. Bu da alınmadı. Kədərlidir ki, Kabildə, Vaşinqtonda və Əfqanıstana hələ də maraq göstərən (bununla belə, cari durumu anlamaq üçün üsula sahib olmayan) Avropa paytaxtları əvvəlki kimi Əfqanıstan hökumətinin düşmənlərini lazımınca dəyərləndirmirlər. Hər necə olsa da, istisna olunmur ki, Molla Mənsurun həlakı potensial varislərin arasına gərginlik gətirəcək. Yeri gəlmişkən, Kabildə bunu kəskinləşdirmək üçün əllərindən gələni edirlər: taliblərin ərazisinə sızıb liderlərinin şübhələrini qızışdırmaq məqsədilə Əfqanıstan kəşfiyyatında xüsusi şöbə yaradılıb. İstənilən halda, bütün bunlar o demək deyil ki, Kabilin bəxtəvərliyindən üsyançılar bir-birini qırır və döyüşü atacaqlar. Eyni zamanda istisna edilmir ki, hərəkat daxilində yeni hakimiyyət bölgüsündən narazı qalan komandirlər İŞİD-ə üz tutmağı qət edəcəklər. Taliblər içində ciddi nifaqın baş qaldıracağı halda isə onların önəmli hissəsi Ər-Rakka xilafətinin yedəyində getməyə bəhanə tapa bilər.

Biz İŞİD-in Əfqanıstandakı varlığını və taliblərin əl-Bağdadiyə qarşı hətta dünənki düşməni də müttəfiq sayan siyasətini artıq araşdırmışıq. İŞİD vahid “Taliban”ın simasında Əfpak zonasında zəif təhlükə təşkil edir. Lakin Mənsurun ölümündən sonra parçalansa, xilafət Əfqanıstanda döyüşçü, ərazi və maliyyələşmə qaynaqları əldə edə bilər. Bu isə təkcə Əfqanıstan üçün deyil, həm də qonşu ölkələrə ciddi təhükələrlə dolu olacaq. Artıq birinci il deyil ki, taliblər qonşuları sakitləşdirib deyirlər ki, yalnız Kabil uğrunda vuruşurlar. İŞİD-in iddiaları isə təkcə Əfqanıstanla məhdudlaşmır: terrorçular ölkədə möhkəmlənsə, sabah Pakistana, İrana, Orta Asiyaya zərbə endirə bilərlər…

Başqa sözlə, taliblər birliyi qorusalar, bu, Kabil və Vaşinqton üçün iflas demək olacaq. Lakin parçalansalar, bölgə və bütün dünya üçün islamçı təhlüklənin zəfəri demək ola bilər.

Hər necə olsa da, çox güman ki, ciddi fikir ayrılıqları olmayacaq – nəzərə alınsa ki, ən azı, bu ilin əvvəlindən hərəkatın sükanı əslində kimin əlindədir…

3. Mola Mənsur İngiltərə kraliçası rolunda idi. Yəni heç də sükanın arxasındakı kimi deyil, rəmz idi. Əfqanıstan hökumətinə qarşı üsyanın əsil (ən azı, son bir neçə ay ərzində) rəhbəri Siracuddin Həqqanidir. O, 1980-ci illərdə yaranmış məşhur islamçı hərəkat və Kabilə qarşı üsyanın ayrılmaz hissəsi olan “Həqqani şəbəkəsi”nə başçılıq edir. Xarici islamçılara çox yaxındır və artıq birinci il deyil ki, taliblərin marağı üçün onlardan məharətlə istifadə və nəzarət edir. O, 2015-ci ilin yayında Mənsurun özü tərəfindən “Taliban”da ikinci adam təyin edildi. Həqqani hökumət qüvvələri ilə hər gün döyüşən üsyançıların komandirləri ilə əlaqələri dərhal öz əlinə aldı. 2016-cı ilin əvvəlindən Əfqanıstan taliblərinin qoşunlarının təyinatları və yerdəyişimi ilə məhz o məşğul olur.

“Həqqani şəbəkəsi” illərdir ki, Əfqanıstanda ən effektli terrorçu qüvvədir. Narkoticarətə dəxli olduğuna görə bəziləri onu Əfqanıstan və Pakistan mafiyası sayırlar. Bu cür hərbi və maliyyə resursları Siracuddin Həqqanini Kabilə qarşı üsyanda açar sima edir. Molla Ömərin ölümü ona öz nüfuzunu digər ərazi və talib qruplarına yaymağa imkan verdi. İstənilən halda Mənsurun ölümü Həqqaninin qüvvədə olan hakimiyyətinin təsdiqinə dönür. Əlbəttə, böyük bir səhnələşdirmə deyilsə…

Və bütün bunlar Əfqanıstan üçün çox pis yenilikdir.

 

Tərcümə Strateq.az-ındır.