XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

28 May 2016 - 10:38

Türk nəşri:Türkiyədə bahar, Rusiyada qışdır – Təhlil

yoxsul rus

Yunus Əmrə Kabaoğlu

Haber7 (Türkiyə), 27.05.2016

 

S&P və Fitch beynəlxalq reytinq agentlikləri Türkiyənin inkişafına müsbət proqnozlar verdi, halbuki Rusiyanın durumu birbaşa tərsinədir. Standard&Poor’s və Fitch Ratings Türkiyə üzrə məruzəni dərc edib. Bu iki qurum Türkiyə iqtisadiyyatının sonrakı artımını proqnozlaşdırdığı halda Rusiya tərəfdən dalbadal etiraflı açıqlamalar gəlir.

S&P diqqəti bu fakta yönəldir ki, istehlakçılar Türkiyə iqtisadiyyatına dəstək verir. Bu il üçün 3,4% səviyyəsində artım proqnozu verən agentlik inflyasiyanın azalacağını da gözləyir. S&P ilin axırına doğru inflyasiyanın səviyyəsini 8%, 2017-ci ildə isə 7% səviyyəsində proqnozlaşdırır. 2015-ci ildə Türkiyədə inflyasiya 8,81% təşkil edib, bununla belə, Mərkəzi bankın 2016-cı ilin sonuna proqnozu 6,5%-dir.

 

İşsizlik də azalır

 

ABŞ-da yerləşmiş bu təşkilat işsizlik səviyyəsinin enəcəyini də proqnozlaşdırır. Bu göstərici keçən il 10,3% səviyyəsindəydi. S&P-nin versiyasına görə, Türkiyədə işsizlik bu il 10,1%, növbəti il isə 9,9% təşkil edəcək.

 

Suriyalılar iqtisadiyyata səmərə gətirir

 

Agentlik kapital xərclər və ixracat sahəsində durğunluq xəbərdarlığı edir, həmçinin qeyd edir ki, Türkiyədə sığınacaq axtaran qaçqınlar ölkə iqtisadiyyatına dəstək verir.

 

Fitch-in proqnozu

 

Fitch Ratings də bu il Türkiyədə 3,5% artım proqnozlaşdırır, 2017-ci ilə proqnoz 3,6%-dir. Bu təşkilatın 2016-cı ilə verdiyi inflyasiya proqnozu 8,2%, 20127-ci ilə 7,7%-dir.

 

Yüksək səviyyədə etiraf

 

Rusiya cəbhəsindəki durum heç də işıqlı deyil. Prezident Vladimir Putin qeyd edir ki, yeni qaynaqlar tapılmasa, ölkədəki artım sıfır səviyyəsində qalacaq.

Rusiya iqtisadi inkişaf nazirliyi bundan bir qədər əvvəl bildirdi ki, neft qiymətləri hətta 50 dolları keçsə də, 5%-lik artıma çatmaq mümkün olmayacaq. Qeyd olunur ki, hətta “qeyri-məqbul” deyilən 2%-lik artıma yalnız növbəti illərdə çatılacaq.

 

“Pul yoxdur”

 

Baş nazir Dmitri Medvedyev ölkənin böhranda olduğunu etiraf edən Rusiya rəhbərliyinin daha bir təmsilçisi oldu. Təqaüdçü qadının təqaüdləri artırmaq xahişinə Medvedyev “Pul yoxdur” cavabını verdi.

 

Tərcümə Strateq.az-ındır.