XƏBƏR LENTİ

21 Yanvar 2021
20 Yanvar 2021

Digər Xəbərlər

31 May 2016 - 12:36

Amerika nəşri:ABŞ supersilahı sınaqdan keçirtdi – Təhlil

supertop

Culian Barns

The Wall Street Journal (ABŞ), 31.05.2016

 

Dalqren, Virginya ştatı – Birləşmiş Ştatların hərbi mühəndislərinin fövqəlməxfi hərbi dəniz bazasında sınağa hazırladığı və praktik olaraq ona qarşı heç nəyin duruş gətirə biməyəcəyi silahı nümayişə çıxartdığı beton bunkerdə xəbərdaredici siqnal səsləndi. Rəsmilər mərmi ilə yeddi polad lövhəni deşməyə və onda 13 sm-lik dəlik açmağa qadir yeni supertopu ilk dəfə görməkdən ötrü monitorun qabağına yığışdılar. Söhbət nə barıta, nə  də partladıcı maddəyə ehtiyacı olan relsli topdan gedir. Onda bişkin mərmini sarsıdıcı sürətlə qovan elektromaqnit relslərindən istifadə edilir – yeni topun tərəfdarları hesab edirlər ki, bu, perspektivdə döyüş meydanında hərbi strategiyanı dəyişməyi bacaracaq, həmçinin Birləşmiş Ştatlara inkişafda olan Rusiya və Çin silah nümunələri üzərində üstünlüyü saxlmağa imkan verəcək meteoritdir.

Adi silahlarda barıt alışandan dərhal sonra mərmi sürəti itirməyə başlayır. Relsli topun mərmisi 10 metrlik rels üzrə hərəkət etdikcə sürəti artırmağa davam edir və nəticədə saatda 7200 km, yəni saniyədə 1,5 km-dən çox sürətlə qovulur.

ABŞ hərbi-dəniz qüvvələrinin admiralı, hərbi-dəniz araşıdırmaları İdarəsinin (Office of Naval Research) rəhbəri Met Uinter deyir: “Bu, hərbi əməliyyat aparmaq üsullarımzı dəyişdirəcək”.

Hərbi-dəniz müəssisəsi relsli topu düşmən gəmilərində deşiklərin açılması, tankların və terrorçuların düşərgələrinin məhv edilməsi üçün güclü hücum silahı kimi hazırlayıb. Silahın bu növü Pentaqonun ən yüksəkçinli əməkdaşlarının diqqətini cəlb edib. Onlar həmçinin səmada düşmən raketlərini vurmağı bacaran silahın inidiki raket əleyhinə müdafiə qurğularından daha çox və ucuz istehsal edilməyini istəyirlər. Ola bilsin, bütün bunlar artıq on ildən sonra gerçək olacaq.

Hərbi məmurlar Dalqrendə sınaq bunkerinin içində baxışlarını relsli topun düzbucaqlı lüləsinin peyda olduğu monitora yönəltdilər. Hərbi-dəniz araşdırmaları İdarəsinin relsli topun işlənmə layihəsinin proqram meneceri, mühəndis Tom Buşer izah edir: “Biz sistemin doldurulmasını izləyirik. Elektriki şəbəkədən götürürük”.

Naqillər və kabellər relsli topun arxa hissəsinə birləşdirilib. Topun işi üçün 25 meqavatt gücündə elektrik stansiyası lazımdır – bu qədər enerji 18 750 evi elektriklə təmin etməyə kifayətdir.

Sonra həyəcan siqnalı uğuldadı və atəş açıldı. Videotəkrar ləngidildi ki, məmurlar alüminium tirlərin necə alışıb odlu kürəyə döndüyünü, sonra isə mərminin qoruyucu qabıqdan çıxdığını görə bilsinlər.

Cənab Buşer deyir: “Bu, gözəl mənzərədir”.

Relsli top hərbi şəraitdə tətbiqə hazır olmazdan öncə xeyli miqdarda texniki maneələrdən keçməlidir. Yüksəkçinli siyasətçilər geopolitik məsələləri götür-qoy etməlidirlər. Çin və Rusiya relsli topa, həmçinin Amerikanın raketdən müfaiə sahəsindəki digər uğurlarına qüvvələrin dünya tarazlığını pozmaq kimi yanaşır, çünki onların raket cəbbəxanasının effektivliyini heçə endirir.

Rəsmi məlumatlara görə, relsli top vasitəsilə ehtimal edilən hərbi üstünlük bu texnologiyanı Çin və Rusiya hakerkləri üçün prioritetə çevirib. ABŞ müdafiə nazirliyinin əməkdaşları qeyd edirlər ki, Çin hakerləri birinci növbədə Pentaqonun və onun hərbi podratçılarının kompüter sistemlərinə müdaxiləyə cəhd edirlər ki, relsli topun sirləri haqda təsəvvür əldə etsinlər. Hərbi idarə təmsilçiləri bu məsələnin müzakirəsinin davamından imtina etdilər.

Hərbi-dəniz qüvvələri relsli topun yaradılması üzrə işi on il əvvəl başlayıb və mütəxəssislər artıq yarımmilyard dollardan çox pul sərf ediblər. Pentaqonun strateji imkanlar İdarəsi (Strategic Capabilities office) silahın bu növünün müdafiə qabiliyyətinin işlənməyinə daha 800 milyon dollar yatıracaq – bu, bütün layihələrdə ən böyük paydır.

Artilleriya dövrü II dünya savaşından sonra tənəzzülə getdi, bunun səbəbi isə atəşin məhdud uzaqlığı və barıtdan isitfadə edilən silahların yetrəsiz dəqiqliyi idi. Soyuq müharibə dönəmində raketlər və reaktiv təyyarələr üstünlük qazandı və hərbi-dəniz qüvvələrini güclü artilleriya silahlı döyüş gəmilərindən imtina etməyə məcbur etdi. Relsli top – və bu yaxınlarda hazırlanmış yeni mərmiləri – gəmilərin yeni nəslinin inşasının başlanğıcını qoya bilər.

“Böyük silahlardan imtina etməyimizn səbəblərinin bir qismi atəş uzaqqlığının təminatı üçün kimya və fizikadadır, – relsli topu hazırlayan BAE Systems şirkətinin baş direktoru Cerri Demuro deyir. – Kimyasız relsli top nəhəng, arzu edilən effekti əldə etməyə imkan verir”.

Hərbi-dəniz donanmasının 152 mm-lik toplarının uzaq mənzili hazırda 24 km təşkil edir. II dünya savaşı dövrü döyüş gəmilərinin konservasiyasına yönəlmiş 406 mm-lik toplar 38 km məsafəyə atəş açmağa və 10 m-lik betonu deşməyə imkan verirdi. Relsli top onlardan fərqli olaraq 200 km-lik atəşə malikdir, dağıdıcı təsiri isə beş dəfə artıqdır.

Cənab Uork qeyd edir: “Son dərəcə böyük sürətlə uçan mərmi əldə edən kimi – söhbət bir saniyədə kilometrlərdən gedir – bu mərminin kinetik enerjisinin özü qorxulu olur. Onu dayandırmağa qadir olası şeylər çox deyil”.

Mütəxəssislər bu gün bildirirlər ki, onlarda dəqiqədə on atəş açmağa imkan verən qurğular var, silahın lüləsi isə 1000 yaylım atəşi üçün nəzərdə tutulub.

Relsli topun sürətli atışdan başqa döyüı sursatı sahəsində də üstünülüyü var. ABŞ hərbi-dəniz donanmasının adi döyüş gəmisi 96 raket daşıya bilir. Relsli topla təchiz edilmiş gəmi potensialca 1000 yaylıım atəşi açmağa qadir olacaq ki, bu da ona yaxınlaşan raketləri vurmaq və yaxud uzun müddət ərzində düşmən qüvvələrinə hücum etmək imkanı verəcək.    

 

Tərcümə Strateq.az-ındır.