XƏBƏR LENTİ

06 Avqust 2020
05 Avqust 2020

Digər Xəbərlər

01 İyun 2016 - 16:28

Rus analitik:“Ermənistan Qarabağda təhlükəsizlik zolağını itirsə, hər şeyi itirəcək” – Təhlil

savas

Verelq (Ermənistan), 01.06.2016

 

Ermənistan və Azərbaycan prezidentlərinin Vyana görüşündən sonra Dağlıq Qarabağ münaqişəsi zonasında nisbi sakitlik müşahidə edilir. Bəzi ekspertlər bu durumu Bakıda keçirilən “Formula 1” avtoyarışı üzrə Avropa Qran Pri-si kontekstində nəzərdən keçirir, digərləri Vyana danışıqlarının effekti ilə izah edirlər. Qafqazşünasların Elmi Cəmiyyətinin prezidenti, Rusiya EA Dünya iqtisadiyyatı və beynəlxalq münasibətlər institutunun eksperti Aleksandr Krılovun fikrincə isə, sakitlik birinci növbədə Azərbaycanın oynadığı ssenari ilə bağlıdır və bundan ibarətdir ki,  təmas xəttində getdikcə daha irimiqyaslı olan dövri kəskinləşmələrlə süst şəkildə davam edən müharibə durumu saxlansın. Bu taktika isə Ermənistanı üzəcək. Aprel hadisələri də bunun sübutudur.

Krılov VERELQ-in müxbiri ilə söhbətində bildirir: “Hazırda pauza, cəbhələrdə müəyyən sükut olacaq, lakin bir müddətdən sonra rəhbərliyin əlverişli saydığı vaxtda onlar kəskinləşməyə gedəcəklər. Lakin düşünmürəm ki, yeni kəskinləşmə apreldə müşahidə etdiyimiz kimi irimiqyaslı olacaq. Çünki beynəlxalq birliyin və o cümlədən vasitəçilərin reaksiyası olduqca coşqun çıxdı. Lakin kiçik miqyasda olsa da, kəskinləmələrin baş verəcəyi tamamilə yəqindir”.

O, davam edir: “Beləliklə, Ermənistanın bu gün tapılmamış adekvat cavablar tapmağı gərəkdir. Çünki bütün bu illər ərzində Ermənistan tərəfi hesab edirdi ki, mövqeyi əldə saxlayır və bundan sonra görüləsi heç bir iş yoxdur və lazım deyil. Və Azərbaycan bu düzəlişə təkrar-təkrar qayıtmaq imkanı əldə etdi”.

Krılov qeyd edir: “Bu günə baş verən prinsipial dəyişiklik budur ki, azərbaycanlıllar müharibədən sonra ilk dəfə Ermənistan ordusunun nəzarət etdiyi əraziləri nəzarətə götürməyə nail oldular. Əlbəttə, bu onlarda vəcd yaratdı və bundan sonra da eyni uğura gümanlı olacaqlar. Azərbaycan tərəfi bu qayda ilə təzyiqə və problemin həllinə bel bağlaya bilər”.

İndiki durumda Ermənistan hökumətinin və birinci növbədə, bufer zonasında 800 hektar ərazinin itirilməyinin böyük narahatlıq doğurmamalı olduğunu iddia edən prezident Serj Sərkisyanın reaksiyasının nə dərəcədə adekvat olduğu sualına Krılov cavab verir ki, bu, hər halda Azərbaycanın siyasətinin nəticəsidir: “Ərazini itirmək olar, lakin bu, fəlakət kimi qəbul edilməməlidir. Daha doğrusu, bu, siyasi rəqiblər tərəfindən fəlakət kimi qavranılır. Lakin bu da başa düşülən deyil: ya onlar bundan şüurlu şəkildə və ancaq öz məqsədləri naminə hakimiyyətə hücum üçün istifadə edirlər, ya da istisna etmirəm ki, adamlar, bax, beləcə sakitcə güzəştə gediləcəyini düşünürlər. Lakin təhlükəsizlik zolağı əldən verilsə, Ermənistanın sığınacaq örtüyü qalmayacaq. Bir tank yürüşü və vəssalam, Stepanakert (mətndə bu cürdür-tərc.) götürüləcək. Xatırladım ki, müxtəlif məlumatlara görə, aprelin əvvəlində isə sərhəddə Azərbaycanın 200-300 tankı var idi”.  

Həmsöhbətin fikrincə, indiki siyasət məhz buna yönəlib ki, Ermənistan siyasi yolla olmasa da, hərbi üsulla əvvəlcə təhlükəsizlik zolağını güzəştə getsin, sonra isə Azərbaycan öz şərtlərini diktə etsin. Buna görə də onlar Türkiyə tərəfi ilə razılaşa bilsələr, sürətli blitskriq üçün şərait yaranacaq və əmin olacaqlar ki, məsələ 3-4 gü içində həll olunacaq. Krılov qeyd edir: “Ona görə də bu cür perspektiv istisna olunmur. Daha bir mühüm aspekt bundan ibarətdir ki, Ermənistan hərbçiləri böyük itkilər vasitəsdilə bu ərazilərin geri qaytarılmağına getmədilər. Belə bir itkinin olacağı isə şübhəsiz idi, çünki orada silahın elə növləri işlədilirdi ki, həqiqətən də, böyük itkilərə səbəb olacaqdı”.

Qafqazşünaslar Elmi Cəmiyyətinin prezidenti hesab edir ki, bu durumdan çıxmaq üçün yeni çağırışlara adekvat cavablar tapmaq lazımdır. Bunların içində Ermənistanın xarici siyasət idarəsinin işinin radikal şəkildə yaxşılaşdırılması zərurəti kəskin şəkildə durur, çünki Bakı Moskvada və digər paytaxtlarda İrəvanı hərfi mənada bütün parametrlərdə udur. Krılovun sözlərinə görə, Azərbaycan son dərəcə rəngarəng və fəal iş aparır və bu, hansısa ekspertlərin neft dollarına satın alınması demək deyil. O vurğulayır: “Olduqca ciddi informasiya şəbəkələri yaradılıb və bunlara azərbaycanlılar nəzarət etməsələr də, onlara dost olanlar rəhbərlik edirlər. Azərbaycanyönlü rəylər söyləyən xeyli ekspertlər meydana çıxıb. İş ona gedib çıxıb ki, erməni soyqırımı şübhə altına alınır. Axı ictimai rəyin də güclü təsiri var. SSRİ dağılandan sonra azərbaycanlılara və ermənilərə münasibət tamamilə müxtəlif idi, lakin şübhəsiz, bütövlükdə Rusiya həmişə ermənilərlə yaxın münasibətdə olub. İndi isə tendensiya artıq Azərbaycan tərəfə dəyişilir, çünki onlar Rusiya informasiya məkanında fəasl şəkildə işləməyi və əhvali-ruhiyyəyə təsir etməyi bacarırlar”.

Ekspert Rusiyadakı Azərbaycan və Ermənistan səfirliklərinin işi arasında paralellər aparır, buna işarə edir ki, Azərbaycan diplomatik nümayəndəliyinə sanki peşəkar siyasətdən və diplomatiyadan uzaq olmalı olan müğənni və bəstəkar Polad Bülbüloğlu başçılıq edir. Lakin gerçəklikdə o, “sadəcə, misilısiz iş aparır” – həm də cəmiyyətin bütün təbəqələrində və xüsusən də Rusiya hökuməti ilə. Azərbaycanın Rusiya səfirliyi tez-tez cürbəcür tədbirlər keçirir və mövzu ilə əlaqəsi olan bütün məmurları dəvət edir, əlaqələr yaradır, həmçinin gedişatında çoxsaylı müqavilələr bağlanan Rusiya-Azərbaycan iqtisadi forumları keçirdir. Bu isə öz növbəsində rəhbərliyin zəmanətidir… Və bu fonda Ermıənistanın Rusiya səfirliyinin fəaliyyəti, yumşaq deyilsə, uduzur.

 

Tərcümə Strateq.az-ındır.