XƏBƏR LENTİ

04 Avqust 2020

Digər Xəbərlər

02 İyun 2016 - 10:06

İsveçrə nəşri: “2015-ci ildə Avropada insan qaçaqmalçılığı 5-6 milyard dollar qazanc gətirib” – Təhlil

muhacir

Türkiyədən rezin qayıqla Yunanıstanın Lesbos adasına gəlmiş qadın

Simon Petit

Le Temps (İsveçrə), 01.06.2016

 

BMT keçən çərşənbə sevincək qeyd etdi ki, may ayında Aralıq dənizində həlak olan mühacirlərin sayı hiss olunası dərəcədə azalıb. Son günlərdə İtaliya sahillərində baş vermiş tam bir silsilə gəmi qəzaları nəzərə alınmasa, onların əsasən Tükiyədən gəldiyi Yunanıstanın Egey dənizindəki adalarında sakitlik xüsusən hiss olunur. BMT-nin qaçqınlar məsələsi üzrə ali komissarı İdarəsi (BMT QMAKİ) əməkdaşlarının sorğuya tutduğu sağ qalanların sözlərinə görə,  son qəzalar Liviyadan yola çıxmış, ən azı, 880 mühacirin həyatına son qoyub. İtaliya dənizçiləri cəmi bir həftə müddətində 14 min nəfərə yardım ediblər.

1.İlin əvvəlindən bu cür mühacir axını nə il bağlıdır?  

Son günlər minlərlə adamın xilas edildiyinə baxmayaraq, ilin əvvəlindən İtaliyaya gələn mühacirlərin sayı keçən ilin anoloji dövründəkindən cüzi şəkildə azdır (46714 nəfər 47 463 nəfərə qarşı). BMT QMAKİ təmsilçisi Uilyam Spindlerin qeyd etdiyi kimi, yeni amil budur ki, “qaçaqmalçılar hava vurulmuş qayıqların əvəzinə böyük gəmilərdən fəal şəkildə istifadə edirlər”. Köhnə balıqçı gəmilərinə tam 600 nəfər vurulur. “Bu gəmilər pis durumdadır və Aralıq dənizini keçmək üçün yaradılmayıb. – Spindler davam edir. – Onlar dənizə çıxan kimi köməyə çağırırlar. Qaçaqmalçılar hətta qurbanlara xilas xidmətlərinin nömrələrini verirlər”.

2.İkinci təhlükəli yenilik mühacirli gəmilərin yedəyə götürülməyidir. Keçən cümə axşamı yedəkdə üzən gəmi çevriləndən sonra yüzlərlə adam batıb. Bəzəiləri yedəyə qədər üzməyə və yaxud trosdan tutmağa cəhd edib, lakin birinci gəminin kapitanı trosu kəsib. Trafikin fəallaşmasına təkcə yaxşı hava deyil, növbəti həftə başlayacaq Ramazana qədər qaçaqmalçıların daha çox gəlir əldə etmək cəhdi də səbəb olur (Bu haqda BMT QMAKİ-nin sorğuladığı şahidlər danışırlar).

Gəmilərin əksəriyyəti Sabatı limanından (Tripolidən qərbdə) yola çıxır. 2011-ci ildə polkovnik Qəddafinin devrilməyindən sonra Liviyanı bürümüş hərc-mərclik qaçaqmalçılığın bütün formalarına şərait yaradır. Miqrasiya üzrə Beynəlxalq Təşkilatdan (MBT) Coel Millman izah edir: “İstənilən silahlı qrup bu bizneslə məşğul ola bilər”.

Sağ qalanlar İtaliya KİV-ə nağıl edirlər ki, Sabatıda qaçaqmalçılığı Üsamə adlı bir liviyalı qurur. İtaliyaya sarı son mühacir dalğasını məhz o təşkil edib. Bundan başqa, o, ödəniş gözləntisi ilə daha min nəfəri tərk edilmiş binalarda saxlayır. Orada işgəncə də nadir hal deyil. Həmin şahidlərə inansaq, o, mühacirləri Misir, Niger və Benindən toplayır.

Keçmiş məlumatlara görə, hələ bir neçə ay öncə insan qaçaqmalçılığına İtaliya hüquq-mühafizə qurumlarının Emias Germey kimi eyniləşdirdiyi bir efiop nəzarət edirdi. Qurumlar 2013-cü ilin oktyabrında Lampeduza yaxınlığında 366-dan çox adamın həlak olduğu gəmi qəzasından sonra onun öz köməkçilərindən biri ilə danışığını tuta bildi. Efiop gəminin həddən artıq yüklənməsi iradına cavab verdi: “İş işdir, bunda heç bir problem görmürəm”.

O sonradan izsiz-soraqsız yoxa çıxdı. Ehtimal ki, bu müddətdə on  milyonlarla dollar qazanmağa nail oldu. Avropa və beynəlxalq polisin işini əlaqələndirən Avropol və İnterpolun məlumatlarına görə, 2015-ci ildə Avropada insan qaçaqmalçılığı 5-6 milyard dollar qazanc gətirib.

3. Səfər neçəyə başa gəlir?

MBT-də 400-dən 2000 dollaradək məbləğdən danışırlar. Liviyadan İtaliyaya yol – Türkiyədən yunan adalarına səfər daha təhlükəlidir və artıq bu il 2199 adamın həyatını aparıb.

Tariflər müşətərilərdən asılı olaraq tərəddüd edir. Afrikalılardansa suriyalılar daha imkanlı sayılır və buna görə də İtaliyaya səfərə görə onlardan daha çox alırlar. Coel Millman izah edir: “Yaxınları gediş haqqını ödəməyincə gəmiyə əyləşmiş adfrikalılarn seçimi yoxdur: Liviyada onları aylarla əsir saxlayırlar”.

4.Balkan yolu bağlıdırsa, mühacirlər Liviya ərazisindən gedirlər?

Suriya, İraq və Əfqanıstan qaçqınlarının (yunan adalarına gələnlərin 80%-i onların payına düşür) Liviya və İtaliydan keçib Avropaya getdikəri haqda QMAKİ-də hələlik məlumat yoxdur. İndiki anda şərq yolu bağlıdır. Avropa Birliyi isə martın 18-də Türkiyə ilə mübahisəli müqavilə bağladı. Ankara söz verdi ki, ərazisindən keçib Avropaya gedənlərin hamısını qəbul edəcək. Liviyadan gələn mühacirlər ora Nigeriya, Qambiya, Eritrey, Somali və Kot-d’İvuardan axışır. 2016-cı ildə Avropaya yetişmiş 204 min mühacir və qaçqının dörddə üçü Yunanıstandan keçib, lakin bu, cari ilin ilk üç ayında baş verib.

5.Başqa mühacirlər özlərini İtaliyaya necə çatdıracaqlar?

QMAKİ-nin məlumatına görə, mühacirləri hələ də Qərbi Afrikadan Liviyaya daşıyırlar. Avropol və İnterpolun məlumatlarına görə, 800 min nəfər İtaliya sahillərinədək yetişə bilər. Ehtimal ki, onların yarısı artıq Liviyadadır. İkinci yarı Mərkəzi Afrika və Yaxın Şərqdən ora gələ bilər.

 

Tərcümə Strateq.az-ındır.