XƏBƏR LENTİ

04 Avqust 2020

Digər Xəbərlər

02 İyun 2016 - 14:31

Dünyanı idarə edən İngiltərə kraliçasıII Yelizaveta – Siyasi portret

II yelizaveta

cont.ws. 02.06.2016


Böyük Britaniya, Avstraliya, Kanada, Yeni Zelandiya, Antiqua və Barbuda, Baham adaları, Barbados, Beliza, Qrenada, Papua-Yeni Qvineya, Sent-Vinsent və Qrenadin, Sent-Kitts və Nevis, Sent-Lüsiya, Süleyman adaları, Tuvalu və Yamaykanın kraliçası II Yelizaveta… Sən demə, II Yelizaveta birbaşa İbrahim peyğəmbərin nəslindəndir! O, Avropada “Yəhudi Əhdi Dövləti”nə başçılıq edir. “Bri-taniya” sözünün özü ivritcədən “Əhd torpağı” kimi tərcümə edilir.

Britaniya krallarının tacında 12 daş-qaş var və məhz “İsrailin 12 nəsli” deməkdir.

Kraliçanın əlində tutduğu əsa Misirdən gətirilib: rəngi qırmızı, ağ və göydür. Kraliçanın atributlarında ARI təsviri – Misirdə hakimiyyət rəmzi var. Əgər QADIN  cinsli kral şəxsiyyətini ARI BALALIĞINI rəmzləşdirirsə, buna görəmi Britaniyada qədim, xeyirxah ənənə DƏYİŞİLDİ: KRALLARın əvəzinə KRALİÇALAR hökmranlıq etməyə başladı?  

Buna görə deyilmi ki, İngiltərə krallarının “Dövlət”i Yer kürəsini ifadə edir?

Budur, artıq bir neçə əsrdir ki, dünya hakmiyyətinin əsas ipləri Böyük Britaniyanın kral ailəsinə gedib çıxır. Rəsmən hesab edilir ki, Böyük Britaniyada “konstitusiyalı monarxiya” var. Sanki məhdud şəkildə. Lakin

– ingilis kralıçası (qanunverici məhdudiyyət olmadan və səbəbini izah etmədən) MÜHARİBƏ ELAN ETMƏK hüququna malikdir;

– ingilis kraliçası (oxşar şəkildə) hökuməti istefaya göndərmək hüququna sahibdir;

– ingilis kraliçası parlamenti buraxa bilər;

– ildə bir dəfə parlament qarşısında çıxış edir və ən yaxın dövr üçün öz tələblərini səsləndirir (yəni faktiki olaraq dövlətin siyasətini biçimləyir);  

Daxili məsələlərdə Tacın səlahiyyətləri genişdir. Nazirlərin, məxfi müşavirlərin, icra strukturları üzvlərinin və digər vəzifəli şəxslərin təyin edilməsi. Üstəlik, monarx silahlı qüvvələrin (Britaniya ordusu, kral donanması, kral HHQ, və kəşfiyyatın) başçısıdır. Müharibə elan etmək, sülh bağlamaq, hərbi əməliyyatları yönəltmək Suverenin İmtiyazıdır. Kraliçanın imtiyazları xarici işlərə də aiddir: müqavilənin, ittifaqın, beynəlxalq sazişlərin şərtlərini müzakirə və ratifikasiya etmək; parlament qərarları gərək olmur.

Suveren həmçinin Brtaniyanın ali komissarlarını və səfirlərini akkreditasiya edir, xarici diplomatları qəbul edir.

Suveren həm də ədalət qaynağı sayılır və bütün növ işlər üzrə hakimlər təyin edir.

Ümumi qanun səsləndirir ki, Tac “səhv edə bilməz”, monarx məhkəmədə cinayətə görə MÜHAKİMƏ EDİLƏ BİLMƏZ.

Kraliça faktiki olaraq hakimiyyətin bütün QANADLARIna – qanunverici, icra və məhkəməyə – nəzarət edir. Və nəhayət, monarx İngiltərə kilsəsinin Ali Başçısıdır və yepiskopları, arxiyepiskopları təyin edə bilər (yəni təkcə dünyəvi deyil, həm də dini hakimiyyətin rəhbəridir – belə şey isə dünyada heç yerdə, hətta İranda da yoxdur).

HAKİMİYYƏT SƏLAHİYYƏTLƏRİNİN BUNDAN ÇOX CƏMLƏŞMƏYİ DÜNYADA HEÇ BİR KİMSƏDƏ YOXDUR. Hətta “demokratik KİV”-in diktaror nümunəsi kimi təqdim etdiyi Koreya “çukça”sı da dəhlizdə əsəbi halda siqaret çəkir.

Hətta tamamilə mütləq daxili hakimiyyət ona bəs etmir. Britaniya Birliyinin formaca müstəqil onlarla ölkəsi nəzərə alınmasa, Britaniya kraliçası 16 ölkədə RƏSMƏN dövlət başçısı sayılır və TƏYİN ETDİYİ general-qubernatorlar onu təmsil edirlər. Britaniya kraliçasının iki ildən bir əslində təftiş kimi “dostluq səfəri” etdiyi Kanada bu ölkələr içindədir. General-qubernator kraliçanı öz loyallığına əmin edir, işlərin cari durumu haqda hesabat verir və ən yaxın dövr üçün təlimatları dinləyir. Kraliçanı nəsə məmnun etməsə, onu azad edib yenisini təyin edir.

Hansı demokratiya? Nədən danışırsınız? Heç kimə tabe olmayan şaquli, sərt bir hakimiyyət.

Nədənsə əsassız olaraq hesab edilir ki, (şübhələnirəm ki, bu, beyinlərin güclü ideoloji yuyulmağının nəticəsidir) kraliçanın bütün imtiyazları fiksiya və ənənə haqqıdır. Bununla belə, kraliça özəl zəruri hallarda hakimiyyətin bütün tamlığını ortaya qoyur. Məsələn, 80-ci illərdə Marqaret Tetçeri (müvəqqəti) MI-16 kəşfiyyatından daxil olan məlumatlardan məhrum etdi. Şaxtaçı iğtişaşlarının bürüdüyü rayonlara şəxsən özü qoşun yeritdi. Və İraqa qoşun göndərilməsi haqda məhz kraliça yüksık səviyyədə qərar qəbul etdi.

kral ailesi

Bundan başqa, az məlum olan bu faktı da nəzərə almaq lazımdır: şahzadə Çarlz Birliyin bütün ölkələrindən 4 000 oliqarxı əhatə edən “Ada klubu”na nəzarət edir. Bu, Britaniya monarxiyasının maliyyə-iqtisadi “yumruğu”dur və onunla xeyli qapını açmaq və yaxud sındırmaq olar.

Hətta mənzil-qərargahı Londonda yerləşmiş 117 korporasiya dünyanın 500 ən böyük korporasiyası siyahısına daxildir. Həm də bütün bu korporasiyaların (o cümlədən adı bədnam “Rand” korporasiyasının) sahib və başçıları Perlər palatasının üzvləridir.

Mən burada heç bir sui-qəsd nəzəriyyəsi açmıram – bütün bunlar hamıya məlum, internetdə hamıya əlıçatar faktlardır. Etdiyim yeganə şey budur ki,  onları bir yerə yığdım və önrəysiz baxışla nəzərdən keçirtdim. Yeri gəlmişkən, demokratiya və parlamentarizm haqqında. Britaniyada ancaq İcmalar Palatası seçkilidir. Aşağı palatanın qərarlarını ləğv etmək  səlahiyyəti olan üst qurum – Perlər Palatası İRSİDİR.

Bu kübar elitasının təmsilçilərinin hamısının nəsli reket, qarətçi, qaçaqmalçı, narkotik, silah, qul alverçisi, dəniz qulduru kimi “ləyaqətli” peşə nümayəndələrindən başlanır.

Yeri gəlmişkən, dəniz quldurluğu haqda. Xeyli dolayı sübutlara əsasən, Somali, Cənubi Çin və digər dəniz quldurlarının ipi birbaşa Britaniya Admirallığına aparır. Qaynaqların iddiasına görə, məhz oradan quldurlara informasiya sızıntısı gedir – kimi, harada və nə vaxt qarət etmək haqda.

Unutmaq olmaz ki, ən azı, iki əsr ərzində narkotik ticarəti ilə məhz Britaniya Tacı məşğul olub (bu, “tiryək müharibələri”ni unudanlar üçündür). Britaniya xüsusi xidmətləri indi də narkotik ticarətinin önəmli hissəsinə nəzarət edir. Əfqanıstana Amerika müdaxiləsi ona görə başlandı ki, taliblər narkotikə qarşı savaşa girişdi, bütün xaşxaş və tiryək əkinlərini məhv etdi, həmçinin narkotrafiki on dəfə azaltdılar. 40-50 milyard dolları itirmək isə britaniyalıllar üçün çolx da xoşagələn olmadı və ABŞ-dakı təsir agentlərini müdaxiləyə təhrik etdilər.

Lindon Laruş (və bir sıra başqa araşdırıcılar) açıq mətnlə deyir ki, Prezident administrasiyası Britaniyanın təsir agentləri ilə doludur, fəaliyyətləri isə ABŞ-ın məhvinə yönəlib.

Belə bir işin mümkünlüyünə indiyədək inanmırsınız? Onda ABŞ Federal Ehtiyatlar Sisteminin (özəl idarənin) banilərinin soyadlarını yada salın: Varburqlar, Morqanlar, Rokfellerlər və Rotşildlər. Ya Britaniya perləri, ya da perlərin bankirləri.

Yeri gəlmişkən, ser Henri Morqan per rütbəsini və Yamayka adasının qubernatoru postunu dəniz quldurluğuna görə alıb. Ser Frensis Dreyk və ir çox başqaları kimi.

Britaniya hazırda bir neçə yöndə hazırlıq görür və ümid edir ki, keçmiş qüdrətini qaytarıb İngiltərə monarxiyasının kürəsəl layihəsini gerçəkləşdirəcək. Birincisi, Britaniya elitasının Amerikanınkına təsir etdiyi kanal var.

İkincisi, İngiltərə Birlik ölkələrinin tərkibini ciddi şəkildə genişləndirmək niyyətindədir. Məsələn, Trinidad və Tobaqoda sammitdə Ruanda ora qəbul edildi. Durumun qəribəliyi bundadır ki, bu ölkə heç vaxt İngiltərə müstəmləkəsi olmayıb. Bununla belə, 1994-cü ildə Ruandada tutsi qoyqırımı başlayanda Qərb buna göz yumdu. Bu ondan xəbər verir ki, İngiltərə üçüncü dünya ölkələrində ağalıq qurmağı nəzərdə tutan geopolitik hücum başlayıb. BB-nin genişləndirilməsi üzrə planlar qurumun baş katibi Don MakKinonan tərəfindən 2007-ci ildə səsləndirilib. O zaman namizədliyə üzv kimi Ruanda, Yəmən, Somali və İsrailin adı çəkildi.

Bundan başqa, Britaniyanın keçmiş müstəmləklərindən İraq, Misir və İsrail Birliyin tərkibində olmaq istəmədi. Liviya və İranda əvvəllər “Britiş Petrolium”un mülkiyyəti olmuş neft yataqları yerləşir. Deyə bilərsinizmi, Amerika təcavüzü hara yönəldi? Və son zamanlar “spontan xalq hərəkatları” harada baş verir? Qəribədir, məhz bu ölkələrdə!   

Pakistan da bir vaxtlar Britaniya birliyindən çıxmışdı və 1977-ci ildə ağır nəticəli dövlət çevrilişinə və hərbçilərin hakimiyyətə gəlişinə məruz qaldı. Bundan bir neçə il sonra yenidən Britaniya Birliyinə daxil oldu…

 

Tərcümə Strateq.az-ındır.