XƏBƏR LENTİ

09 Avqust 2020
08 Avqust 2020

Digər Xəbərlər

03 İyun 2016 - 17:37

Türk ekspert:"Bircə Amerika bizə qarşı vuruşmasın" - Təhlil 

Yanki

Ardan Zentürk

"Star gazete" (Türkiyə), 03.06.2016

 

Baş nazir müavini Numan Kurtulmuş “Cərbalusda Amerika-Türkiyə birgə müdaxiləsi” haqda açıqlaması üçün özəl bir məqam seçdi. Türkiyə silahlı qüvvələri bütün dünyanın qarşısında məhz əsil qüvvə nümayişi – “Efes-2016” hərbi təlimi keçirtdi. Onun açıqlaması hərbidən daha çox diplomatik həmlədir. O, bununla önəmlidir ki, Vaşinqtonu Suriya və İraq məkanında dəqiq seçimə məcbur edir. Kurtulmuş bu bəyanatda, əslində, Türkiyənin mövqeyini ifadə edir: “O, bundan sonra qət etməlidir: ya NATO və tarixi müttəfiqləri ilə, ya da öz müttəfiqlərinin düşmənləri ilə birgə hərəkət edəcək”…

İndiki mərhələdə hər şeyə aydınlıq gəlməlidir. Baş Qərargah rəisi general Hulusi Akar “Efes-2016” başa çatarkən “ittifaqların yaradılması zamanı verilən vədlər qarşılıqlı öhdəlikdir” sözlərini tələffüz etdi. Və bunu kimə ünvanladığı da məlumdur: Amerikaya…

Faktiki yox olmuş ittifaq göz qabağındadır və Türkiyə ən sonda “Mənim vicdanım təmizdir, özün aralığa soxuldun” deyə bilmək üçün “öz öhdəliklərinə” səbirlə əməl edir. Obama administrasiyası dönəmində çürüməyə başlamış bu ittifaqı ABŞ-ın yeni prezidentinin gəlişi ilə təravətləndirəcəyikmi – bu, böyük sualdır.

 

ABŞ – Rusiya: qanlı tamaşanın aktyorları

 

Hərbi təyyarələr Hələb və İdlibdə sistemli şəkildə kütləvi qətllər törətdi. Onlar xəstəxanalara zərbələr endirdi, məsum uşaqlar məhv oldu. Dəhşətli kadrlarda göstərilənlərə cavab olaraq Rusiya bildirdi ki, bu qətlləri onun aviasiyası həyata keçirtməyib. O zaman bütün diqqət “Suriyaya milçəyin də ondan xəbərsiz uçmadığı” Amerikaya yönəldi. ABŞ Dövlət Drpartamentinin rəsmi təmsilçisi və artıq dövrümüzün baş yalançılarından bir adlandırılan Kirbi dedi: “Biz bu kütləvi qətlləri araşdırırıq. İndiki anda kimin məsul olduğunu bilmirik. İdlibdə nə baş verdiyini ruslarla birgə aydınlaşdırmağa çalışırıq”!..

Bu arada ruslar bildirdilər ki, Əmmanda ABŞ-ın mənzil-qəragahında Amerika və Rusiya hərbçiləri baş verən hadisəyə aydınlıq gətirməyə cəhd edirlər.

Bu, insan ağlına aşkar rişxənddir: Suriya hava məkanında hansı ölkələrin təyyarələri uçur? Rusiya, “BƏƏS” və Amerikanın! Ola bilsin, İranın da, lakin bunu dəqiq bilmirik.

Kirbinin açıqlaması əsasında fikir yürüdülsə, Rusiya radarları və S-400 HHM sistemlərinin nəzarətində olan Suriya hava məkanında “tanınmamış təyyarələr” mülki əhalini qırır…  

Bu, İŞİD-i yaratmış və ondan yararlanan ABŞ və Rusiyanın Suriyada dönüşdürdüyü qanlı oyunun faktiki olaraq açıqcasına ifadəsidir.

 

Məqsəd: Türkiyəni mühasirəyə almaq

 

Suriya müharibəsi Suriya hüdudlarını aşdı, əsas hədəf Türkiyənin mühasirəsi oldu. Türkiyə Bəçşik düşərgəsində öz heyətini qorumaq üçün İraqa bir neçə tank göndərdikdən dərhal sonra Obama Ərdoğana zəng etdi və tankları çıxartmağı tələb etdi. Bu gün isə iranlı general Qasım Süleymani ilə ittifaqda Fəllucədə əməliyyat keçirdir!..

İsrail kəşfiyyatındakı qaynaqlar xəbər verir ki, mayın 17-də İncirlik bazasından uçmuş Amerika hərbi təyyarələri Hələbin şimalında “Cəbhət ən-Nusra” ilə mübarizə bəhanəsi ilə ilk dəfə müxalif qüvvələrin mövqelərini bombaradman etdi. Bu, kimə xeyir etdi? Əlbəttə, Bəşər Əsədə…

Buna Rakka civarında çəkilmiş və ABŞ-la PKK-nın ittifaqını və bu ittifaqın İŞİD-dən faydalanaraq Türkiyə üçün Mənbic, Mari və hətta Əzaz kimi həyat önəmli məntəqələri ələ keçirtmək cəhdlərini nümayiş etdirən videokadrları da əlavə edək…

Vaşinqtondan Suriyadakı “Hizbullah”, şiə döyüşçülər, İran hərbçilərinə nisbətdə cüzicə həyəcanın ifadə olunduğu, heç olmasa, bircə bəyanat eşidibsiniz?

Lakin Türkiyənin Şimali İraqda PKK düşərgələrinə zərbəsi ilə bağlı nədənsə qəflətən həyəcan yaranır…

Təsəvvürü əməlli-başlı gərginliyə salmaq lazım gəlir ki, Amerikanın Suriya və İraqda olan hərbçilərini “dost qüvvələr” adlandırasan…

 

Türkiyənin mahir manevri

 

 “Cərbalus xüsusunda təkliflər” şah verib mat etmək və gerçək mənzərə əldə etməyə imkan verir. Kobaniyə səfəri ilə məşhurlaşmış general Votel ya general Süleymani ilə birləşəcək, ya da biləcək ki, sözüylə əməli bir olan dövlət necə hərəkət edir…

Amerika gənc ölkədir, təcavüzkar supertdövlətdir və əlbəttə, əvvəllər əldə etdiklərimizin saxlanması xatirinə “normallaşmaya” şad olardıq. Lakin…

Bir riskdən danışmaya bilmərəm: sabah milli təhlükəsizliyimiz naminə 1974-cü ildə Kiprdəki kimi birtərəfli addım atsaq, üstümüzə birinci kimin gülləsinin gələcəyi xüsusunda böyük şübhələrim var…

 

Tərcümə Strateq.az-ındır.