XƏBƏR LENTİ

09 Avqust 2020
08 Avqust 2020

Digər Xəbərlər

04 İyun 2016 - 09:33

Gürcü ekspert:“Dünya tarixindəki cinayətlərin əksəriyyəti xalqın adından edilib” – Təhlil

etiraz

Tenqiz Ablotiya

Грузия online (Gürcüstan), 04.06.2016


Son illərdə Qazaxıstandan ilk dəfə antihökumət çıxışları dalğası keçdi. Əlbəttə, məsələ tamdəyərli maydana kimi gedib çıxmayacaq. Neft qiymətlərinin düşməyinə baxmayaraq, Nazarbayevin ölkədəki mövqeyi olduqca güclüdür, lakin xeyli sayda insanın meydana çıxmaq üçün özündə qüvvə tapmağı faktı çox məsələdən xəbər verir. Bu, ilk baxışdan müsbət hadisədir, çünki xalqın istənilən fəallığı bu və ya digər şəkildə artıq iş deyil. İstənilən, xüsusən də postsovet ölkəsinin hökumətinə bəzən sarı kart göstərmək lazımdır ki, yaşayış o qədər də şirin görünməsin. Lakin bir qədər diqqətlə yanaşarkən hər şey o qədər də sadə çıxmır.  

Bizdə, postsovet məkanının adamlarında təsəvvür hələ də güclüdür ki, xalq həmişə haqlıdır. Necə deyərlər, xalqın səsi Allahın səsidir (Müəllif  bu ifadəni qədim latınlardan götürüb: “Vox populi vox teo”-tərc.). Ölkələrmizdə “sadə insanlar”a münasibət, təxminən, körpələrə münasibət kimidir – kim tənbəllik etmirsə, höcət şəkildə incidir. Və zəncirdən savayı itirməyə heç nəyi olmayan proletariat, nəhayət, bu və ya başqa səbəbdən səsini ucaldanda kənar müşahidəçilərin əksəriyyəti bunu əsasən demokratiya uğrunda və müstəbidliyə qarşı mübarizə kimi qəbul edir.  Lakin birdəfəlik anlamağımız gərəkdir ki, hər qiyam tərəqqini ehtiva etmir və xalqın hər fikri ən yüksək həqiqət deyil. Və bizim məkanda tez-tez zikr edilən “xalq müdrikdir” ifadəsinin gerçəkliyə həmişə dəxli yoxdur. Xalq hərdənbir müdrik olur, hərdən isə nə etdyini bilməyən ağılsız kütlədir.  

Qazaxıstanda nə görürük? Ki orada demokratik müxalifətin söz azadlığı, siyasi plüralizm, ədalətli seçkilər və başqa düzgün və gərəkli məsələlərələ bağlı çıxışları başlanıb?

Xeyr, Qazaxıstanda kommunistləruin təşəbbüsü ilə adamlar torpağın əcnəbilərə verilməsinə qadağa tələbi ilə faktiki olaraq antiçin şüarları ilə çıxış edirlər. Kommunizmlə ksenofobiyanın təhlükəli qatışığı – “Qazax torpağı qazax xalqına məxsusdur”, “Əcnəbilərə torpaq verilməsin”…

Diqqətimizi qazax məsələlərinə zilləməyəcəyik ki, suveren və hamımızın hörmət bəslədiyi ölkənin daxili işlərinə qarışmaq sarıdan bizə qarşı şübhə yaransın. Ən sonda qazaxların özləri ayırd edəcəklər və bizim üçün də oradakı hadisələr Cənuibi Qafqaz ölkələrində gördüklərimizə tipik nümunədir.

Heç kimin heç vaxt etiraf etmədiyini görürük – xalqın hər fəallığı mütərəqqi və hər bir etiraz faydalı deyil.

Dünyada bu həqiqəti artıq çoxdan dərkl ediblər, çünki gözümüzün qabağında qaniçənlərin adamyeyənlərə qarşı necə mübarizə apardığının yüzlərlə örnəyi var. Xalq hökumətin etdiklərindən daha pis şüarlar  altında birmənalı şəkildə mənfi və repressiv rejimlərə qarşı çıxış edir. Bütün Afrika və Latın Amerikası bu cür nümunələrlə doludur. Korrupsiyalaşmış rejimlərə qarşı korrupsiyalaşmış müxalifət, Şərq diktatorlarına qarşı radikal sələfilər çıxış edir.  Postsovet ölkələrindəki durum bu cür parlaq, dəhşətli nümunələrə qədər gedib çıxmayıb, lakin adamlar bizdə də zaman-zaman küçələrə elə tələblərlə çıxırlar ki, ümumiyyətlə çıxmasalar, daha yaxşıdır.

Dünyəvi rejimə qarşı sələfilər çıxış edirsə, bunu etməsələr, daha yaxşıdır. Avtoritar, lakin bazar rejiminə qarşı populistlər çıxış edirsə, etməsələr, daha yaxşıdır.

Bir anlığa Qazaxıstana dönsək, əslində orada nə baş verir? Nazarbayev hökuməti neft qiymətlərinin düşməsi üzündən başqa gəlir mənbələri tapmağa cəhd edir və tam düzgün şəkildə ölkənin ən böyük aktivlərindən birini – torpağı tapır.

Bu, neft qiymətlərinin düşməyi ilə üzləşmiş Azərbaycan hökumətinin tamamalə düzgün olaraq valyutanın başqa qaynaqlarını da – o cümlədən, turizmi – axtarmağa başlamasına oxşayır. Bu, kiməsə xoş gəlməyə də bilər. Kimsə deyər: “Torpaqlarımızda bu qədər anlaşılmaz əcnəbi nəyimizə lazım?”

Məsələyə belə də yanaşmaq olar. Lakin hökumət sabah hər halda millətçi populistlərin yerdəyində getsə, bu gün etiraz edənlər sabah küçələrə başqa tələblərlə çıxacaqlar – “Hökumət, nəsə fikirləş!” Hökumət nəsə fikirləşəndə isə mütləq etiraz edəcəklər.

Nəhayət, anlamağın vaxtıdır – xalq təbiətcə heç də müdrik deyil. Bəzən müdrik, bəzən isə çox da müdrik olmur.

Yəqin ki, dünyada “xalq etirazları” üzündən gerçəkləşməyi dayandırılmış bütün faydalı layihələrin sadalanacağı böyük bir kitab çap etdirmək olardı. Siyahı əzəmətli olardı – elektrik stansiyaları, zavodlar, stadionlar, müxtəlif infrastrukturlar, yerli sakinlərin öz daxmalarını tərk etmək imtinası və yaxud qurbağanın yerli növünün təhlükə altında olmasını aydınlaşdırmış, harada aş, orada baş ekoloqların ucbatından gərəkli və faydalı obyektlər…

Bütün siyasətçilər xalqın qılığına girir. Elə ona görə siyasətçidirlər ki, qılığa girsinlər. Və xalq xüsusən də postsovet məkanında özünü hamının yarınmalı olduğu ərköyün uşaq kimi aparmağa vərdiş edib. Bu zaman isə küçədə 21-ci əsrdir – 20 ildən sonra ciddi ölkələrdən ciddi oğlanlar Marsa enəcəklər… Və nəhayət, yekəlib anlamağımızın vaxtıdır – dünya tarixindəki cinayətlərin əksəriyyəti xalqın adından edilib və ən dəhşətlisi – xalq onlara qarşı zəif etiraz edib.

Və ən başlıcası budur ki, son nəticədə xalqın özü əziyyət çəkir – hökumət populistlərin yedəyində getsə, əzab çəkəcək qazax xalqı kimi. Hökumətin turizm sahəsində İran kimi bir sıra tərfədaş ölkələrə qarşı viza rejimi tətbiq etməklə bağlı populist-ksenofob qərarı nəticəsində ziyan çəkmiş gürcü xalqı kimi. Bu qərar turizm sahəsinə ağır zərbə vurdu və milli valyutanın dəyərsizləşməsinə şərait yaratdı. Və bunu birinci olaraq hökumətin sərsəm qərarını alqışlayanlar öz üzərlərində hiss etdilər.

Həm də nəzərə almaq lazımdır – küçədə 21-ci əsrdir və bütün proseslər sürətlənmiş templə inkilşaf edir – səhvlə bədəl, populizmlə başımıza dəyən cavab zərbəsi arasındakı məsafə bir neçə ayadək azalıb. Qiyamçılar onlara göründüyündən xeyli qabaq öz axmaqlığının qurbanı ola bilər.

Bir sözlə, postsovet məkanında, xüsusən də Cənubi Qafqazda, nəhayət, başa düşməyin zamanıdır: xalqın hər səsi Allahın səsi deyil. Hər bir etiraz səmərəli və mütərəqqi deyil. Hökumət dəqiq şəkildə anlamalı və fərqləndirməlidr – fikirlərini dinləmək gərəkən məsiliyyətli vətəndaşlar haradadır, üzərinə xüsusi təyinatlıların göndərilməsi gərəkən populistlər və səfillər haradadır…

Hökumətin səriştəsi məhz bundan ibarətdir ki, birini digərindən seçsin. Rus çarı II Nikolay bu cür siyasi duyuma sahib deyildi və buna görə indiyədək hamımız bədəl ödəyirik…

Bu səhvin təkrar olunmasını istəməzdik, lakin indi artıq burada və indi… Özümüz…

 

Tərcümə Strateq.az-ındır.