XƏBƏR LENTİ

12 Avqust 2020
11 Avqust 2020

Digər Xəbərlər

06 İyun 2016 - 12:14

Ərəb nəşri:"Putin Suriyadan sonra Liviyaya üz tutdu” – Təhlil

liviya

Əzim İbrahim

Oksford universiteti Mensfild kollecinin elmi əməkdaşı, ABŞ Silahlı Qüvvələri Hərbi kollecinin Strateji Araşdırmalar İnstitutunun professoru

Əl-Ərəbiyyə (Birləşmiş Ərəb Əmirlikləri), 06.06.2016

 

Putin Suriyadakı durumu özünə xeyir edən yöndə dəyişdirib Liviyaya üz tutdu. Və Putinin Qərblə bu yeni, vəkalətli münaqişəsi əvvəlkinin xeyli fərqləndirici cizgilərini ehtiva edir: Qərb üsyançıların İslam təmayüllü “demokratik” hökumət qurmağa zəif cəhdlərini dəstəkləyir, Putin qəddar, militarist diktaroru müdafiə edir, İŞİD isə birbaşa bunların arasında durmaqla silahlardan daha çox ritorikanın nişangahına dönür.

Və Qərb yenə də uğursuzluğa düçar olur. Qərbin dəstəklədiyi, ölkəni Tripolidən idarə edən milli həmrəylik hökuməti nə olsa da, təkcə demokratik deyil: o, “Əl-Qaidə”nin keçmiş cihadçılarını və digər xeyli maraqlı personajları ehtiva edən islamçı “Liviyanın inkişafı” koalisiyasının “himayəsi” hesabına bütövlüyü çətinliklə saxlayır. Bundan başqa, bu “müdafiə” o hesaba təmin edilir ki, “Liviyanın inkişafı” Qərb və BMT-nin tanıdığı hökumətin institutlarını üsulluca və durmadan qəsb edir. Nəzakətin son dərəcə incə pərdəsi Liviyanın gələcəyinin necə olacağı haqda müxtəlif baxışlı və demək olar, ümumi heç nəyi olmayan qruplaşmaların arasında hakimiyyət uğrunda xaotik və amasız mübarizəni maskalayır.

Bu arada ölkənin şərqində Tobruk şəhərində Liviyanın seçkili parlamenti, “Liviyanın inkişafı”nın Tripolidəki siyasi prosesə müdaxiləsi sayəsində hökumətdən getdikcə aralanan Nümayəndələr palatası tədricən ölkənin şərqinə, yəni neft yataqlarının böyük hissəsinə  nəzarət edən üsyançı güclərin komandanı və Rusiyanın dəstək verdiyi  general Həftarın təsir zonasına keçir.

Hazırda, bəzi məlumatlara görə, Rusiya Şərqə həmin neftlə möhkəmləndirilən və Tobrukdakı mərkəzi bankı Tripolinin Mərkəzi bankı ilə birləşdirən 4 milyard dinar çap etməkdə yardım edib. Yəni Putin ölkənin qərbindəki dövlət institutlarına paralel fəaliyyət göstərən dövlət institutları yaratmaqda Həftara kömək edir. Liviyanın şərqinin sərvəti və hərbi gücü nəzərə alınsa, Həftar güvənə bilər ki, orta və yaxud uzunmüddətli perspektivdə dövlətin legitim institutlarını və son nəticədə bütün Liviyanı tədricən ələ keçirdəcək. Və Suriyadakı kimi Qərbin Tripolidə dəstəklədiyi hökumətlə Rusiyanın ölkənin şərqində dəstəklədiyi hökumətin açıq qarşıdurmasına heç bir ehtiyac yoxdur. Həm Qərb, həm də Rusiya özlərini elə göstərəcək ki, öz müştərilərini silahlandırır və hətta döyüşçüləri Sirtdə birbaşa iki fraksiyanın arasında durmuş İŞİD-lə mübarizə bəhanəsilə əraziyə qoşun göndərə bilər.

 

Nüfuz dairəsi siyasəti

 

Putinin məşğul olduğu məsələ – soyuq savaş dövründəki kimi qədim, keyfiyyətli nüfuz dairəsi siyasətidir. Lakin Qərb hazırda ona eyni quruşla cavab vermək istəmir. Qərb ya bu gerçəkliyi etiraf etməkdən imtina edir, ya da sadəcə Yaxın Şərqdə nüfuzu ələ keçirməkdə Putinə mane olmaq iqtidarında deyil.

Hazırda birinci növbədə öz “mirası”nın qayğısına qalan Obama administrasiyası Liviyadakı duruma birbaşa cəlb edilməyə imkan verməz, 2011-ci ildə Qəddafinin devrilməyinə hamıdan çox səy qoyan avropalılar isə – Böyük Britaniya və Fransa – ö-z problemlərinin  həlli ilə məşğuldurlar: hazırda Birləşmiş Krallıqda ölkənin Avropa Birliyindən çıxması üzrə referendum məsələsi kəskin şəkildə durur, Fransada isə son bir neçə ildə ən ciddi sənaye mübahisələrindən biri başlanıb.

Bizim üçün bu durumda ən təşvişli məqamlardan biri bu fakt olmalıdır ki, Putin planı baş tutsa, gələcəkdə bölgədəki ənənəvi müttəfiqlərimizə də yayıla biləcək və Yaxın Şərqi öz təsir dairəsinə çəkmək üçün təməl yarana bilər. Adətən, dəstəklədiyimiz militarist, avtokratik və çox vaxt dünyəvi diktatorlar indi görürlər ki, ərəb baharından sonra Qərb nə qədər zəif və etibarsız ola bilərmiş.

İctimaiyyət və Qərb liderləri demokratik üsyanları, təzəcə meydana çıxmış liderləri və s.-i  dəfələrlə dəstəkləyib. Putin və Rusiya heç vaxt bu cür həssaslıq sərgiləməyib. O, Suriyada öz müttəfiqi Əsədi qətiyyətlə dəstəklədi və indi Liviyada oxşar administrasiyanı müdafiə edir.

Ola bilsin, Misir prezidenti Əbdülfəttah əs-Sisi durumun inkişafını diqqətlə izləyir.

 

Tərcümə Strateq.az-ındır.