XƏBƏR LENTİ

06 Avqust 2020

Digər Xəbərlər

18 İyun 2015 - 09:57

Mızmızı Obama və qətiyyətli Putin – Təhlil

Putin soyuq müharibəyə hazırdır

Barak Obamanın məntiqsiz xarici siyasəti beynəlxalq arenada vakuum yaradıb. Əmələ gəlmiş boşluğu ölkəyə fövqəldövlət statusunu qaytarmağa cəhd edən iddialı Rusiya prezidenti tutub. Amerika administrasiyası Baltikyanı ölkələrə və Şərqi Avropaya əsgər və silah göndərməyi planlaşdırır. Barak Obama prezidentlik müddətinin bitməsinə ilyarım qalmış Baltikyanı və Şərqi Avropaya ağır hərbi texnika və təxminən, 5 min əsgər göndərməyi qərara аlıb. Bu addım Moskvanın Ukraynaya qarşı təcavüzkar siyasəti fonunda Rusiyanın qabağını almağa yönəlib. ABŞ soyuq müharibə bitəndən sonra Rusiya ilə həmsərhəd ölkəyə silah göndərir. Obamanın xarici siyasətinin amerikalıları hara aparıb çıxartdığını anlamaq üçün geri – bu kursun təməlinin qoyulduğu prezdientlik müddətinin birinci ilinə qayıtmaq lazımdır.

Obama özü haqqında deyirdi: “Mən sakitokeanlı ilk prezidentəm”.

Uşaqlığında bir neçə ilk İndoneziyada yaşamış qaradərili prezident, Havay adalarının əhli bu sözlərlə bildirmək istəyirdi ki, Vaşinqton və Avropanın ənənəvi xarici siyasətindən aralanmaq istəyir və Amerikanın Yaxın Şərq, Avropa maraqlarını arxa plana keçirib diqqətini Şərqi Asiyaya cəmləmək niyyətindədir.

Bəs necə oldu ki, lap soyuq müharibə dövrünü xatırladan mühitə məhz Obama dönəmində düşdük? ABŞ Yaxın Şərqdəki şiə-sünni münaqişəsinə bulaşıb və heç kim, hətta Vaşinqtonun bölgədəki ənənəvi müttəfiqləri də Obamanın hərəkətindən razı deyil.

çin Güney çin dənizində münaqişə həddindədir. KXDR əvvəlki kimi düşmən dövlətdir. Latın Amerikasındakı solçu qüvvələr ABŞ-dan uzaqlaşıb. Eyni zamanda ABŞ-da yaxınlaşmaqda olan III dünya savaşı haqda fikirlər eşidilir.

Vitse-prezident Co Bayden and mərasimindən bir neçə həftə sonra Rusiyaya münasibətdə siyasətin dəyişiiyini elan etdi: qarşıdurma əvəzinə əməkdaşlıq və məsləhətləşmələr. Obama sələfi kiçik Buşun çexiya və Polşada raketdən müdafiə obyektlərini yerləşdirmək planından imtina etdi, çünki Rusiya buna etiraz edirdi. Obama həmin ilin iyununda nüvə silahlarının azaldılması barədə Rusiya ilə prinsipial razılaşma əldə etdi. Obama Ağ Evdə oluşunun birinci ilində müsəlman dünyası ilə barışıq çərçivəsində İraqa (qoşunları oradan çıxatmağa söz verdi və vədinə əməl etdi), Misirə, Türkiyəyə və Səudiyyə Ərəbistanına səfər etdi.

Obama nəzərdə tuturdu ki, dostluq əli uzatmaqla və yaxud güzəştə getməklə digər dövlətlərin inamını bərpa edər və beynəlxalq maraqlar sistemini tamamilə dəyişdirə bilər. Lakin qarşı tərəf istənilən güzəşti zəiflik kimi qəbul etdi. Buna görə də Amerika ordusu İraqdan çıxıb İŞİD-lə vuruşmaq üçün geri qayıtmağa məcbur oldu. Buna görə İranla nüvə danışıqları xeyli etiraz doğurur. Buna görə Rusiyanı tərəfdaş etməyə cəhddən altı il sonra Obama Rusiya ilə həmsərhəd ölkələri Kremldən qorumaq üçün qoşun göndərmək məcburiyyətindədir. ABŞ-ın bütün köhnə müttəfiqləri – İsrail, Səudiyyə Ərəbistanı, Yaponiya onun siyasətindən olduqca narazıdır.

Beynəlxalq münsibətlər üzrə ixtisaslaşmış jurnalist Martn Himel “Valla”ya bildirdi ki, “ABŞ etiraf edir ki, durum dəyişilib. Fərəhli Yeltsin dönəmi arxada qalıb. Putin qaydaları dəyişdirdi. O, ABŞ-la əməkdaşlıq yox, rəqabət aparmaq istəyir, fövqəldövlət yaratmaq istəyir və daxili səbəblər üzündən bu səhnəni tərk etmiş Obama sərhədləri cızmalıdır”.

Obamanın zəif imici və Rusiya opportunizmi

Barak Obama girov götürülmüş Uorren Vaynşteyn və italiyalı Covanni Lo Portonun azad edilməsi əməliyyatına görə məsuliyyəti öz üzərinə götürdü.

Bar-İlana universitetndən ABŞ üzrə mütəxəssis, professoer Eytan Hilboa deyir: “Biz imicin hər şeyi, gerçəkliyi müəyyən etdiyi bir dövrdə yaşayırıq. Obama dövründə ABŞ-ın ən başlıca problemlərindən biri beynəlxalq arenadakı zəif imicdir. ABŞ zəifləyən dövlət kimi görünür, Obama isə zəif prezident sayılır. Bu cür təəssürat Obama administrasiyasının fəaliyyəti və onun uğursuz bəyanatları ilə yaranıb”.

ABŞ bütün mənalarda fövqəldövlət olaraq qalır, lakin imici son dərəcə korlanıb. Xeyli elmi konfrans ABŞ-ın statusu və onun fövqəldövlət, yoxsa dağılan imperiya olması haqda suala cavab verməyə cəhd edir. Son dövrdə bu mövzuda çoxlu kitablar yazılıb. NATO 2011-ci ilin mayında Liviyada vətəndaş müharibəsinə qarışmaq qərarına gələndə, Obamanın müşavirlərindən biri onun siyasi kursunu “daldan liderlik” adlandıdı. Yəni onun xarici siyasəti hər məsələyə qarışmamaq meyli, dəqiq xəttin olmaması və təşəbbüssüzlüklə səciyyələnir. Bu sözlər ABŞ-ın bir çox durumlardakı çarəsizliyini əla izah edir.

Obama Misr prezidenti Mübarəki müdafiə etməyə söz verdi və Misirdə inqilab başlayandan dərhal sonra onu tək qoydu ki, bu da satqınlıq kimi qiymətləndirildi.

Obama vəd etdi ki, Əsədin kimyəvi silah tətbiq etməsi “qırımızı xətt”in keçilməsi olacaq və Dəməşq ətrafında zəhərli qazın tətbiqi haqda mötəbər məlumalar gələndən sonra ancaq tərəddüd göstərdi və heç nə etmədi.

Suriyada 250 mindən çox adamın qurban getdiyi vətəndaş müharibəsi məsələyə qarışmaq istəməyən dünya ictimaiyyətinin laqeydliyi fonunda davam etməkdədir. Obama dedi ki, dünya jandarmı olmaq istəmir: “Mən diplomatiya və sanksiyaya, xəbərdarlıq və danışıqlara üstünlük verirəm”.

Obama “Böyük yeddilər”in sammitində çaşqın görünürdü və etiraf etdi ki, İŞİD-lə necə mübarizə aparacağını bilmir. Dedi ki, cihadçılardan qaynaqlanan təhlükənin dərəcəsni düzgün qiymətləndirməyib.

Profesor Hilboa deyir: “Hətta ABŞ prezidenti doğrudan da nə edəcəyini bilmirsə, qətiyyən bu cür danışmamalıdır. Bu, zəiflik əlamətidi və qarşı tərəf hesab edir ki, öz iradəsini ona sırımağa qadirdir”.

Yalnız İŞİD amerikalıların boynunu vurandan sonra ABŞ işə qarışmağa başladı. Bu isə ölçü-biçili siyasət deyil, yalnız cavab reaksiyası idi. ABŞ indiyədək İŞİD-ə münasibətdə strategiya hazırlamayıb. İŞİD möhkəmlənməkdədir, ABŞ-ın isə beynəlxalq arenada mövqeyi zəifləyir.

Obamanın siyasəti ucbatından beynəlxalq arenada yaranmış vakuuma Rusiya daxil oldu. Suriyadakı kimyəvi silah böhranı ilə bağlı durumu ancaq Rusiyanın qarışması sayəsində həll etmək mümkün oldu. Rusiya Misirin müttəfiqinə çevrildi və iki ölkənin ilk birgə hərbi-dəniz manevrləri bu günlərdə başa çatıb. Tam bu vaxt NATO ölkələri Baltik dənizində öz manevrlərini keçirtdi.

ABŞ-la çinin münasibətləri ən yaxşı halda gərgin qalınca, Moskva Amerika-Avropa İtitfaqına qarşı müqabillik formalaşdırmaq ümidilə Pekinlə əməkdaşlıq barədə müqavilə imzaladı.

Təl-Əviv universitetinin Şərqi Avropa üzrə mütəxəssisi doktor Rafael Vaho izah edir: “Ruslar beynəlxalq arenada yaranmış vakuumu çox dəqiq müəyyən etməyi bacarırlar.
Onlar Qərbi sıxışdırmağa çalışmırlar. Lakin Amerika hansısa bir bölgəni tərk edəndə və yaxud probelmin həllinə qatılmamağı qət edən kimi, ruslar durumu öz xeyirlərinə çevirmək üçün dərhal orada peyda olurlar”.

Professor Hilboanın izah etdiyi kimi, Obama Suriyada heç nə etmədi, Rusiya onun zəifliyindən istifadə edib Ukraynaya soxulmaq qərarına gəldi.

Şərqi Avropanın atılmaq qorxusu

Keçmişdə Sovet İttifaqının təsiri altında olmuş Şərqi Avropa ölkələri Rusiyadan daha çox qorxur. Putin ötən il Krımı tutub bildirdi ki, rus azlığın hüquqlarını pozan hər bir dövlətə qarşı güc işlətməyə hazırdır. Doktor Vaho Şərqi Avropadan qopan səslərə qulaq asmağı məsləhət görür. Onun sözlərinə görə, tezliklə orada 70 il əvvəl olduğu kimi Qərbin onları yenidən tək qoymağından danışmağa başlayacaqlar: “Kommunizmin çökməsindən 25 il sonra Şərqi Avropa Qərbin onu Rusiyadan müdafiə etməyə hazır olub-olmadığı haqda sual verir. Onlar Qərbə yön götürüblər, lakin Rusiyanın “arxa bağçası” kimi qalırlar və bu durum dəyişilməyib”.

Obamanın siyasəti Baltikyanı və Şərqi Avropa ölkələrini çox narahat edir – şübhələnirlər ki, ABŞ-a güvənmək olmaz. Litva Rusiya müdaxiləsi qorxusu qarşısında fevralda ümumi hərbi mükəlləfiyyətin bərpa edildiyini bildirdi. Macarıstanın baş naziri Viktor Orban son illərdə şərqə – Rusiya, çin və Türkiyəyə sarı dönüş haqda fikrə gedib. Doktor Vaho deyir: “ABŞ-ın məhz indi məcburi görünən kömək qərarı Şərqi Avropada diskussiyalara səbəb olub. Bu cür müdafiə Rusiyanın qəzəbinə dəyərmi? Bu ölkələr bədgümandır ki, onları yenidən soyuq müharibə arenasına çevirirlər. SSRİ-nin çöküşündən bəri hələ belə şey olmamışdı. Biz tarixi baxımdan yolayrıcına gəlib çıxmışıq və hansı tərəfə gedəcəyimizi müşahidə etmək olduqca maraqlıdır”.

Professor Hilboa deyir: “Obama başqa bölgələrdəki kimi, Şərqi Avropada da vəziyyəti səhv qiymətləndirdi. O, getmək istəyirdi, lakin qarışmalı oldu. Şərqi Avropa yalnız cüzi nüfuzu qorumaqdan ötrü qoşun göndərən ABŞ-a daha inanmır”.

Putin necə reaksiya verir?

Ukraynanın NATO və AB ilə yaxınlaşması Putin üçün qırmızı xəttin keçilməsi demək oldu. O, Qara dəniz hövzəsində – Gürcüstan, Ukrayna və Moldovada mütləq nəzarəti saxlamaq niyyətindədir.

Himel deyir: “Putin özünü, Rusiyanı və Qərbi inandırmağa çalışır ki, Rusiya yenidən fövqəldövlət olub və onunla hesablaşmağa borcludurlar. O, iddia edir ki, Qərb Rusiyanın geopolitik və strateji maraqları ilə hesablaşmır, ABŞ isə onun statusunu sarsıdır. Putin Qərb nüfuzunun yayılma sərhədini müəyyənləşdirmək niyyətindədir”.

Rusiya ilə həmsərhəd ölkələrə silah və əsgər göndərilməsi Putinə siqnal oldu. Dokor Vaho deyir: “Bu addım ABŞ və Qərbi Avropanın Rusiyanın fövqəldövlət statusunu bərpa etməsinə mane olacağı haqda Putinin fikrini möhkəmləndirir. Həm sözdə, həm də əməldə gərginliyn yayılacağını gözləmək mümkündür. Putin artıq çoxdan eşitmədiyimiz terminlər işlədir”.

Rusiyanın kəşfiyyat təyyarəsi bu günlərdə NATO-nun Baltik dənizindəki manevrlərinə qatılan gəmilərin lap üstündən keçdi. Deyəsən, göz-gözə oyunu başlanır – birinci kim gözünü qırpacaq?

Putin ABŞ-ın Şərqi Avropa ölkələrini hara qədər müdafiə edəcəyini yoxlamaq fikrindədir. öz tərəfindən amerikalılar da Rusiyanı sınayırlar. Putin bilir ki, müəyyən sərhədləri keçmək, məsələn, NATO ölkələrinə hücum etmək olmaz. Ağ Evin milli təhlükəsizlik üzrə keçmiş müşaviri Zbiqnev Bjezinski deyir ki, qabağı almaq üçün gerçək qüvvə lazımdır. O qeyd edir ki, Estoniyadakı Amerika qoşunları Rusiyaya soxulmayacaq və bu, Putinə məlumdur. Putin XXI əsr qaydasında soyuq müharibəyə hazırdır. Məsələ bundadır ki, Obama yenidən gözünü qırpacaqmı? Yaxud səlahiyyət müddətinin sonunda qəflətən dişlərini qıcayacaq?

Amit Levintal

“Walla!” (İsrail), 16.06.2015