XƏBƏR LENTİ

16 Avqust 2020
15 Avqust 2020

Digər Xəbərlər

07 İyun 2016 - 09:50

Erməni analitik:  “Rusiya Ermənistanı satdı"

HHM

Akopn Bədəlyan

Lragir.am (Ermənistan), 07.06.2016

 

ERP (Ermənistan respublika partiyası-tərc.) fraksiya rəhbəri Vahram Baqdasaryan ortaq Ermənistan-Rusiya HHM sisteminin  yaradılması haqda parlamentə təqdim edilmiş sazişi şərh edib. O deyib ki, Ermənistanın ortaq HHM-ə qoşulması, ola bilsin, Ermənistanın həm də 200 milyon dollarlıq kredit çərçivəsində təqdim ediləcək silahları əldə etməyinə imkan verəcək. Baqdasaryan deyib: “Bundan danışmağına dəyməz, lakin düşünürəm ki, Ermənistanın şərtləşdiyi silahlar uyğun müddətə burada olacaq”.

Baqdasaryan faktiki olaraq etiraf edir ki, ortaq HHM şantaj yolu ilə yaradılır. 200 milyon dollarlıq kredit silahı “inadla” Ermənistana yetişmir. Moskva tədarükü gözlənilən silahların siyahısını hələ payızda dərc etdi. Lakin, görünür, Moskva Bakının tələblərini yerinə yetirib silahları indiyədək tədarük etmir. Bu isə Azərbaycana Qarabağa hücum imkanı verdi.

Bu arada Azərbaycan təkcə silahları vaxtında almır, həm də yeni müqavilələr bağlayır.

Ovik Abramyanın silah tədarükünün sürətləndirilməsinə görə aprelin 7-də səslənmiş müraciəti faktiki olaraq anlaqla qarşılanmadı. ERP fraksiya rəhbəri təsdiq edir ki, ən yaxşı halda Ermənistan ortaq HHM-ə qoşulmayınca silahlar tədarük edilməyəcək. Bütün bunlar ortaq HHM-in Ermənistana heç bir perspektivi olmadığı haqda şübhələri yalnız dərinləşdirir. Bu, təyin üzrə ola da bilməz, çünki Ermənistan HHM-ə qoşulmaqla Rusiyanın Qərb və NATO ilə qarşıdurmada cızdığı xəttin bu tərəfində görünəcək. Ortaq HHM Ermənistanı Rusiyanın tərəfində  qarşıdurmaya daxil edir.

Çətin ki Ermənistan hökuməti hətta öz mənfəətini anlamaqla buna sevincərək getsin, çünki Aprel müharibəsi göstərdi ki, Rusiya “sədaqət”in hətta ən yüksək səviyyəsini də dəyərləndirmir. Moskva müharibənin ilk 4 günündə təkcə Ermənistanın deyil, həm də onun hökumətinin maraqlarını satdı.

Rusiya ona qeydsiz-şərtsiz xidmət etmiş Ermənistanın mövqeyini daha əvvəllər də satıb. Görünür, hakim sistem HHM vasitəsilə, heç olmasa, silah əldə etmək istəyir. Lakin istisna olunmur ki, Azərbaycana yeni tədarüklər halında Ermənistana gələsi silahlar artıq heç nəyə yaramayacaq. Çünki yeni müharibə başlasa, Rusiyanın üstünlük təşkil etdiyi havada baş verəcək.

 

Tərcümə Strateq.az-ındır.