XƏBƏR LENTİ

12 Avqust 2020
11 Avqust 2020

Digər Xəbərlər

19 İyun 2015 - 07:48

Taha Akyol yazır: “Hakimlər haçan hökumətin qarşısında baş əyməyəcəklər?”

Hansı hakim cəmiyyəti Nasirin, Əsədin qudurğanlığından qurtara bilərdi?

Misirin demokratik yolla seçilmiş və 52% səslə dəstək almış prezidenti Muhəmməd Mursi hərbi çevriliş nəticəsində devrilib və siyasiləşmiş məhkəmədə edam cəzasına məhkum olunub. 2014-cü ilin aprelində burada Mursinin 683 tərəfdarını ölümə məhkum etdilər. Məhkəmə deyil, qurbangahdır!

Bütün diqqətlər Qərb reaksiyasının necə olacağına yönəlib. çevrilişə və əvvəlki ölüm hökmlərinə gözünü də qırpmayan Qərb guya bu dəfə başqa cür reaksiya verəcək? Həm də, zənn etdiyim kimi, Misir öülm cəzalarının icrası kimi bu biabırçılığa dözə biməyəcək. Hələlik nə qədər ki Qərbi mövqeyinə görə haqlı olaraq tənqid edirlər, bütün müsəlmanlar və hamıdan əvvəl fiqh biliciləri iki məsələ üzərində düşünməlidirlər:

-Reaksiyanı niyə İslam dünyasından deyil, Qərbdən gözləyirlər?

-İslam dünyasında hakimiyət bölgüsü və məhkəmələrin müstəqilliyini institutlaşdırmaq mədəniyyəti varmı?

Avtoritar mədəniyyət

Bu sualların cavabı asandır: İslam dünyasında hakimiyyət bölgüsü və şəxsiyyətin azadlığı mədəniyyəti inkişaf eməyib. Buna görə də bütün rejimlər – həm İslamçı, həm də dünyəvi – avtoritardır, onlarda hakimiyyətlər bir-birinə çulğaşıb. Eyni zamanda məhkəmə hakimiyyəti heç də ayrıca bir qanad deyil, siyasi hakimiyyət qurumudur. Hansı hakim cəmiyyəti Nasirin, Əsədin qudurğanlığından qurtara bilərdi?

Yaxın Şərqdə qan tökülür, ideologiyalar, məzhəblər, tayfalar naminə həyatlar qurban verilir, lakin ədalətin və dünyanın təməli ola bilmiş bu qədər bəsit prinsip heç kimi narahat etmir!

Bu gün Misirdə “Müsəlman qardaşlar”a əzab verilməsinə qarşı haqlı etiraz edənlərdən “hakimiyyət bölgüsü” anlayışını eşitmirik.

1977-ci ildə Pakistanda islamçı general Ziya-ul Həqq demokratik şəkildə seçilmiş baş nazir Zülfüqar Əli Bhuttonu devirdi və edamına hökm verdi. O zaman buna reaksiya verəcək bir islamçı da tapılmadı, yenə də Qərbdən reaksiya gözləyirdilər.

Türkiyədə də hakimiyyətin birliyi uzun müddət respublikanın əsas prinsiplərinə daxil olub. Bizim məhkəmə-prosessual mədəniyyətimiz də bu cür formalaşıb. Beləcə bizdə hakimiyyətin bölgüsü mental səviyyədə möhkəmlənməyib. Belə olmasaydı, bizdə qanun əvəzinə oyun-oyuncaq olardımı? Məhkəmə hakim qrupun qabağında beləcə alçala bilərdimi?

“Müsəlman qardaşlar” və qiyamçılar

Mursi hökumətinin 2012-ci ildə yaradılmış konstitusiyasında hakimiyyətin bölgüsü prinsipi təsbit edilmiş, lakin məhkəmələrin müstəqilliyi və hakimlərin səlahiyyəti yetərincə tam nizamlanmamışdı. Eyni sözləri qiyamçıların 2014-cü ilin yanvarında qəbul etdikləri konstitusiya haqda da demək mümkündür.

Lakin məhkəmə sisteminin müstəqilliyi məsələsindəki hüquqi mədəniyyətsizlik konstitusiyalardakı maddələrə görə daha ciddi problemdir. Misir hüququ üzrə mütəxəssis, 2014-cü il konstitusiyasını kəskin şəkildə tənqid etmiş Kərim əl-Şəzlinin geniş məqaləsindən sitat gətirirəm: “193-cü maddə məhkəmə sistemi sahəsində üstünlük təşkil edən tendensiyanı əyani şəkildə nümayiş etdirir. Ondakı Konstitusiya Məhkəməsi hakimlərin təyin edilməsi məsələsində faktiki olaraq tam səlahiyyətlə təmin olunur… Lakin hakimiyyət mənəviyyatı pozur, mütləq hakimiyyət isə mütləq şəkildə pozur. Konstitusiya hakimə mütləq hakimiyyət verir, lakin onun bundan obyektiv şəkildə istifadə edəcəyinə zəmanət yoxdur. Hakimlərin təyin edilməsində də şəffaf prinsiplər yoxdur. Bu, məhkəmə sistemində qohumbazlığa aparır. 2013-cü ildə təyin edilmiş hakimlərin dörddə biri qan və yaxud nikah qohumlarıdır!”

Kərim əl-Şəzli dəhşətli aşınma mənzərəsini təsvir redir, lakin bəzən siyasi əlaqələr hətta daha fəlakətlidir.

Qanunu aliliyi

Bu cür pozulmuş məhkəmə səlahiyyət sahiblərinə tabe olur. Muhəmməd Mursi və tərəfdarlarına dair bütün qərarlar yuxarıdan gələn əmrlə qəbul edilib. Bu, məhkəmə hökmü cildinə girmiş siyasi təmziləmə haqda qərardır.

Əlbəttə, Türkiyə Misiri bu planda xeyli dərəcədə qabaqlayır, lakin, təəssüf ki, siyasi gücdən asılı olaraq məhkəmələr bizdə də bu və ya digər tərəfi tutur.

Bizim mədəniyyət hüququn siyasət üzərində üstünlüyünü mənimsəmyincə üDM reytinqində və yaxud insanlığın inkişafı indeksində hansısa yüksək mövqeyi tutmağı gözləməyimizə dəyməz.

Taha Akyol

“Hurriyet” (Türkiyə), 18.06.2015