XƏBƏR LENTİ

10 Avqust 2020
09 Avqust 2020

Digər Xəbərlər

09 İyun 2016 - 15:16

ABŞ hərbçisi: “Rusiya NATO-nu 60 saatdan az vaxta darmadağın edər” –Təhlil

NATO

Cenna Lifits

The Weekly Standard (ABŞ), 09.06.2016

 

ABŞ müdafiə nazirliyinin əməkdaşı çərşənbə axşamı bildirdi ki, Rusiya NATO-nu 60 saata darmadağın edə bilərdi, lakin 2017-ci ildən sonra bunu etməyi çətin olacaq.

Müdafiə nazirinin Rusiya, Ukrayna və Avrasiyaya sorumlu olan müavininin köməkçisi Maykl Karpenter təsdiq edir ki, RAND korporasiyasının fevral məruzəsi gerçəkliyə uyğundur. Məruzəyə əsasən, Rusiya ordusu Estoniya və Latviya paytaxıtna cəmi 60 saata yetişməyə qadirdir.  

Düşünmürəm ki, RAND məruzəsu ortalığa çıxandan bəri durum yaxşılaşıb. – Karpenter Senatın beynəlxalq məsələlər üzrə Komitəsində dinləmələrdə qeyd edib. – Lakin əminəm ki, 2017-ci ilə doğru alşyansın şərq cinahında zirehli tank briqadası döyüş qrupu həcmində əlavə qüvvələr yerləşdirəndə durum yaxşı olacaq”.

Məruzə müəllifləri qənaətə gəlir ki, “NATO indiki anda daha zəif üzvlərinin ərazilərini uğurla qorumaq iqtidarında deyil” və Baltikyanına, təxminən, 7 briqada həcmində qüvvə göndərməyə çağırırlar.

Karpenter əlavə edib ki, alyans Şərqi Avropadakı müdafiə potensialının möhkəmləndirilməsi üzərində işləyir, Lakin Rusiyanın coğrafi üstünlüyü qalmaqdadır.

Rusiya Baltikyanında təcavüzə əl atsa, zaman və məsafəcə aydın üstünlüyü olacaq. – O, hesab edir. – Biz qoşunu və texnikanı elə yerləşdirməyə cəhd edirik ki, birinci növbədə Rusiya təcavüzünü cilovlamaq imkanımız olsun”.

Polşa və digər ölkələr bazar ertəsi ongünlük irimiqyaslı hərbi təlimlərə başladı. Bu, soyiq savaşdan bəri Şərqi Avropada ən böyük təlimdir. Eyni zamanda Rusiya Ukraynanın yaxınlığında qüvvəsini artırır və xəbərdarlıq edir ki, NATO-nun Rusiya sərhədlərinin yaxınlığına qüvvə toplamağı lazım deyil.

NATO üzvləri iyulda Varşavada sammitə toplaşacaq. Pres-relizə görə, tədbirdə “müdafiənin və önləmə potensialının möhkəmləndirilməsi məsələləri üzrə və NATO hüdudlarından kənarda vəziyyətin sabitləşdirilməsi üzrə səylərin artırılması haqda qərarlar qəbul ediləcək”.

 

Tərcümə Strateq.az-ındır.