XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

19 İyun 2015 - 12:05

Çex mediası: “Rusiya taqətdən düşüb, diz çökəcək” – Xülasə

“Parlamentní listy” portalına müsahibə vermiş vəkil Miroslava Qustakova (o həm də Rusiya prezidentinin siyasətini dəstəkləməsilə məşhurdur) bildirib ki, Rusiya bütün iqtisadi çətinliklərə, o cümlədən büdcə kəsirinə məruz qalıb (11.6). Onun fikrincə, Rusiyaya qarşı sanksiyalar heç vaxt təsir göstərməyib və sadəcə, göstərə bilməyib, çünki Rusiya siyasətinin yönü aydındr. Nə qədər ki Putin hakimiyyətdədir, yön dəyişilməyəcək.

çex vəkil hesab edir ki, antirusiya sanksiyaları Amerikanın əlində sadəcə oyuncaq olan Avropa Birliyinə xeyli ziyan vurur. Avropa haçansa qayıtmaq şansı olmadan Rusiya bazarlarını itirir.

Miroslava Qustakova arzulayır ki, çex respublikasının başında prezident Putin kimi yalnız öz ölkəsi haqda düşünən insanları görmək istəyərdi. Rusiya ilə əməkdaşlıq çexiyaya olduqca sərfəlidir. Bax, bu barədə düşünmək lazımdır.

Ondjrey Kosin “VAŠE VĚC” (14.6) portalında dərc edilmiş məqaləsində yazır ki, sanksiyaların nəticəsi acınacaqlı olacaq. O qeyd edir ki, Qərbin sanksiyalar tətbiq etdiyi səbəblər eləcə minimal səviyyədə qalıb, amma bunun mənfi təsirini həm Rusiyada, həm də Avropa Birliyində ancaq sadə vətəndaşlar hiss edirlər. Sanksiyalar və Rusiyanın olduqca haqlı cavabları əsil özünə qarşı ziyankarlıqdır.

ABŞ və AB-nin sanksiyaların öz geopolitik maraqlarını müdafiə edən Rusiyaya necəsə təsir edəcəyini gözləməyinə dəyməz. Gözləməyinə dəyməz ki, Putin günahkar halda başını aşağı salıb AB və ABŞ-ın siyasi elitasının qarşısına səcdə etməyə gələcək.

Həm də Rusiyaya qarşı sanksiyaları sərtləşdirmək cəhdləri yalnız Qərb ölkələrinin gücsüzlüyünün kədərli sübutudur. Amma göründüyü kimi, Rusiya üçün isə hər halda nə iləsə faydalı çıxdı: ölkə Asiyanın yeni bazarlarına çıxır və AB-dən asılılığını azaldır.

Avropa parlamentinin AB və Rusiya münasibətləri məsələsi üzrə qətnamə qəbulunda iştirak etmiş Avropa parlamentinin çex deputatı Mixaela Şoydorova tamamilə başqa baxışa tərəfdardır. O, “RESPEKT” dərgisinin saytında dərc edilmiş qeydlərində bildirir ki, Ruisiyanı daha AB-yə strateji tərəfdaş saymağın mümkünsüzlüyü haqda fikri tamamilə müdafiə edir. çünki Putin rejimi bu cür – qarşılıqlı inam və beynəlxalq hüquqa əməl etmək – tərəfdaşlığın əsaslandığı başlıca dəyərləri tapdalayır.

Mixaela Şoydorova əmindir ki, yalnız Rusiya Ukraynanın ərazu bütövlüyü və suverenliyini tanıyanda və AB-ə üzv ölkçələrin sərhədlərində hərbi fəaliyyəti və xüsusi xidmətlərin əməliyyatlarını dayandıranda AB-nin Rusiya ilə tərəfdaşlığının bərpa ediləcəyindən danşmaq mümkün olacaq.

Rusiya iqtisadiyyatı temp yığır, lakin artım yox, tənəzzül tempi. David Ştyaqlavski “ČESKÝ ROZHLAS” radiosunda öz radioşərhini belə başlayıb (17.6). Onun fikrincə, böhran istehlak və kommunal sahələrə xüsusən ağrılı zərbə vurur. Şərhçinin fikrincə, silahlanma məsrəfləri və dövlət sifarişləri Rusiya iqtisadiyyatının süqutunu dayandıra bilməz. David Ştyaqlavski bu durumda yeganə müsəbət hadisəni bu hesab edir ki, Rusiya hələlik öz iqtisadiyyatı haqda məlumaları dərc edir, lakin istisna olunmur ki, məlumatlar tezliklə saxtalaşdırılacaq və yaxud məxfiləşdiriləcək. Radioşərhçi ehtmal edir ki, bunun ardınca hərbi iqtisadiyyata keçid gələ bilər. Düzdür, Putin rejimi hələlik buna qədər gəlib çıxmayıb. Bundan sonra nələr olacağına isə Sankt-Peterburqdakı beynəlxalq iqtisadi forum cavab verə bilər.

“Reflex” dərgisinin redaktoru Viliam Buxert Rusiyanı gözləyən iqtisadi tənəzzül və təsərrüfat üzgünlüyündən yazır (17.6). Buxert vurğulayır ki, Rusiya rəhbərliyi iqtisadiyyatı qaldırmaq əvəzinə qızğın silahlanmaya aludə olub. Buxert Rusiya prezidentinin istənilən HHM sistemini dəf edə bilən 40 qitələrarası ballistik raket (QBR) haqda açıqlamasını Qərbə hələ SSRİ dövründən tanış olan “silah cingildətmə” adlandırdı. Rusiya təpədən dırnağa qədər silahlanmaqla öz üzərinə çox ağır yük götürür, lakin onun gücü nə ABŞ-ın, nə də çinin gücü ilə müqayisə oluna bilər. çex jurnalisti əmindir ki, Qərblə mübarizə üçün Rusiyanın nə resurslrı var, nə də yetərincə vəsaiti. Ona görə də bu “təkbətək”in nəticəsi aydındlr: Rusiya üzüləcək və bir gün SSRİ kimi diz çökəcək. Sadə rusiyalılara daha pis olacaq. Buxert hesab edir ki, Putin onların taleyinə biganədir.

Publisist Vladmir Votapek də Rusiyanın eyni taleyindən xəbər verir. Kreml böhran şəraitində pulu iqtisadiyyata yeni start verə biləcək sahələrə qoymaqdansa külli miqdarda vəsaiti silahlanmaya yatırdır, bu isə – ekspertin fikrincə – mümkün variantların ən pisidir.

SSRİ rəhbərliyi artıq bu cür səhv buraxıb: Qərblə silahlanma yarışına girişdi və bununla da öz iqtisadiyyatını o dərəcədə taqətdən saldı ki, İtitfaq dağıldı və soyuq müharibədə faktiki məğlub oldu.

çex publisisti sonda ümid edir ki, sadə rusiyalılar keçmişdən ibrət alıb liderlərinə imkan verməzlər ki, ölkəni yeni hərbi qarşıdurmaya sürükləsin.

Analitik Tereza Spentserova 40 yeni QBR haqda məlumatı şərh edərkən bildirib ki, ənənəvi silahlarla Qərb qarşı dura bilməyəcyini anlayan Rusiya nüvə şantajına əl atır. Lakin axı Avropada da Böyük Britaniya və Fransa kimi nüvə dövlətləri var. Elə ABŞ da Avropada xeyli nüvə qüvvəsi cəmləşdirib. Ona görə də Rusiyanın 40 raketi Avropadakı qüvvələr nisbətinə inqilabi heç nə gətirməyəcək.

Bununla belə, Tereza Spenserova bir məsələni başa düşə bilmir ki, ABŞ-la Rusiya arasındakı bu qızğın silahlanmaya Avropa niyə cəlb olunub? “ABŞ-la Rusiyanı Berinq boğazı ayırır. Qoy döyüş meydanı da orada olsun və heç kim ziyan görməsin. Avropa siyasətçilərinnin Amerika sevgisi hədsiz dərəcədə mazoxist, sadəcə qeyri-normal xarakte daşıyır”.

İnosmi.ru

19.06.2015