XƏBƏR LENTİ

10 Avqust 2020
09 Avqust 2020

Digər Xəbərlər

13 İyun 2016 - 13:30

Ermənistan narahatdır:Cənubi Qafqazda Rusiyaya qarşı Türkiyə-İran həmrəyliyi yaranır -Təhlil

IT

İqor Muradyan

Lragir.am (Ermənistan), 13.06.2016

 

Amerika ekspertləri Patrik Klauson və Robert Seltofun (Vaşinqton Yaxın Şərq Siyasəti İnstitutu) fikrincə, İran və Türkiyə müəyyən sazişlərə uyğun olaraq müxtəlif problemlərin kəsişməsində təhlükəsizlik məsələləri üzrə çoxdan müntəzəm məsləhətləşmələr keçirir. Qarabağ problemi daxil olmaqla Azərbaycan-Ermənistan münasibətləri müntəzəm rejimdə müzakirə edilən məsələlər içindədir. Bu problemlərlə yanaşı, Naxçıvan və Azərbaycan daxilindəki siyasi proseslərlə bağlı məsələlər müzakirə edilir.

Türkiyə ilə İran arasındakı münasibətlərdə bu praktika çoxdan var. Lakin İran-İraq müharibəsi bitəndən sonra bu praktika daha məcburi və müntəzəm səciyyə daşımağa başladı. Bu məsləhətləşmələr XİN təmsilçiləri, kəşfiyyat xidmətləri, müdafiə və daxili işlər nazirliklərinin müxtəlif səviyyələrində keçirilir. Azərbaycan-Ermənistan münasibətlərinin, Naxçıvan və Qarabağ, Cənubi Qafqaz siyasətinin siyasi yönlərinə toxunan başqa problemləri bir qayda olaraq Türkiyə və İranın Təhlükəsizlik Şuralarının müşavirləri müzakirə edirlər, lakin bu, bəzən daha yüksək səviyyədə, məsələn, XİN baçıları müavinləri səviyyəsində edilir.

Qarabağ problemi yetərincə çoxdan müzakirə predmetidirsə, Naxçıvan problemi, təxminən, 2001-c i ildən müzakirə olunur. Əldə olan məlumatlara görə, tərəflər məsləhətləşmə qaydasında elə bir ünsiyyət və arqumentləşdirmə üslubundan istifadə edir ki, sanki söhbət onların daxili problemlərindən gedir.

Türkiyə iki-üç il boyunca İranı Ermənistanın xeyli zəiflməyinə səbəb olası və Qarabağ probelmində güzəştə getməyə vadar edəcək siyasət yürütməkdə maraqlı olmağa cəhd etdi. Türkiyə İran üçün gözlənilməz olmayan bir sıra arqumentlər gətirdi. Türkiyə Azərbaycan-Ermənistan münasibətləri ilə bağlı perspektivi Ermənistanı dəstəkləyən dövlətlər üçün tamamilə uduzmaq perspektivi kimi təqdim etməyə çalışır, Ermənistanı bu və ya digər formada təkcə Qarabağ əyalətini deyil, həm də başqa əraziləri, hər şeydən əvvəl Mehrini güzəştə gedəcək tərəf kimi nəzərdən keçirir.

Şimali-Qərbi İranda çoxsaylı türk əhalisi amilinə apellyasiyalar baş verdi. ABŞ, İsrail, Misir və Səudiyyə Ərəbistanı ilə münasibətlərdə vasitəçilik, həmçinin Avropada İran maraqlarına lobbilik etmək təklif olunfu. Bütün bu arqumentlər İran üçün inandırıcı görünmədi.

Türkiyə 2004-cü ilin sonunda məsələlərin tam kompleksini, birinci növbədə Qarabağ problemini müzakirə üçün üçtərəfli Türkiyə-İran-Azərbaycan görüşləri təşkil etməyi təklif etdi. Təklif həmin məsləhətləşmələrdə müəyyən fasiləyə səbəb oldu və Türkiyə bundan sonra Qarabağ probleminə yenidən diqqət yönəlmək istəmir. Ankara və Bakıda başa düşdülər ki, Qarabağ problemi üzrə mövqe İranın milli təhlükəsizliyinin mühüm məsələləri ilə bağlı olan yaxın bölgələrə münasibət strategiyasının tərkib hissəsidir.

Bununla belə, bu məsləhətləşmələr formatında baş tutan Türkiyə-İran münasibətləri hər halda Azərbaycana müəyyən müsbət nəticələr gətirdi. İran Qarabağa yardım və özgə fəaliyyət hissəsində niyyətlərini məhdudlaşdırdı. Əvvəllər Dağlıq Qarabağa yardım niyyəti olan İran praktik olaraq bütün bu işlərdən imtina etdi. Beləliklə, Türkiyə bu qayda ilə hər halda İranın Qarabağ vilayətində daha fəal iştirakının qabağını ala bildi. İran bu məslsəhətləşmələr çərçivəsində Qarabağ mövzusunun müzakirəsindən hər cür yayınmağa çalışır, paralel şəkildə Azərbaycanın ərazi bütövlüyünün tanınması haqda deklarativ bəyanatlar verir.

2001-ci ildə İran yaranmış Azərbaycan-Ermənistan münasibətlərindən istifadə edib Türkiyə-Ermənistan silahlı münaqişəsi meydana çıxacağı halda Rusiya ilə Ermnistan arasında mövcud hərbi-siyasi Müqaviləni diqqətə almaqla mümkün yardımın edilməsi üzrə müəyyən saziş təklif etməyə səy göstərdi. Lakin Rusiya eyham vurdu ki,  bu təklifin müzakirəsinin davamının mənası yoxdur, çünki bölgədə başqa bir siyasət qurur. İran həmçinin Moskvadakı bəzi, o cümlədən mənşəcə erməni siyasi araşdırıcılar vasitəsilə bu təklifin müzakirəsinin davam imkanını aydınlaşdırmağa cəhd etdi. Söz yox, İran bu addımı ataraq Rusiyanın bu bölgədə və ümumən xarici siyasətdə mövqe və niyyətlərini aydınlaşdırmaqda maraqlı idi. Ola bilsin, İran həmçinin münasibətlərin gerçək səviyyəsini, o cümlədən silah və texnologiya alışını yüksəltməyə cəhd edirdi.

İran rədd cavabı alandan sonra, güman ki, bu məlumatın sızdırılmasını təşkil etməyə üstünlük verdi, çünki bu təşəbbüslər Türkiyə hərbi komandanlığına məlum oldu, nəticədə Türkiyə-İran münasibətlərində qısa böhran yarandı. Bununla da Türkiyəyə eyham vuruldu ki, bölgədə böhranlı durum yaranacağı halda İran müəyyən reaksiyaya hazırdır.

Müəyyən məqamlarda Azərbaycan siyasi və analitik ədəbiyyatında hərbi münaqişə yaranacağı halda İranın Ermənistan tərəfdən çıxış edəcəyinə eyhamlar və replikalar görmək olardı. Lakin görünən budur ki, İran Ermənistan-Rusiya Müqaviləsi ilə müqayisə edilən müdafiə və qarşılıqlı yardım haqda Ermənistanla saziş bağlamaq cəhdini ifadə etmir. Nəticə çıxartmaq lazım gəlir ki, İran “erməni” və “Qarabağ” amillərini cəlb etməklə gizli siyasi oyunlar və intriqalar aparır.

Lakin İranın hesab etdiyi kimi, Ermənistanın uduzduğu 2016-cı il  aprel müharibəsindən başlayaraq durum dəyişildi. Bu hadisənin Türkiyə və İran arasında nə qədər müzakirə olunduğunu, İranın hansı mövqedə olduğunu demək çətindir, lakin çox güman ki, İran təkcə Rusiya və Türkiyə ilə deyil, Azərbaycan (daha çox) və Ermənistanla münasibətə malikdir.

Bölgə siyasəti prosesində olanlara tamamilə aydın oldu ki, İran Qarabağ münaqişəsində daha Ermənistanı dəstəkləməyə meylli deyil və Qarabağ əyalətinin Azərbaycanın nəzarətinə qaytarılmasını arzulayır.

Bu fəlakətli durumun səbəbi Ermənistanın hər şeydən əvvəl Rusiyaya münasibətdə xarici siyasətidir. Ermənistanın Rusiyadan mənasız asılılığını seyr etmək, İrana silah təqdim etməkdə Rusiyanın aşkar satqınlığı İranı sadəcə boğaza yığıb.

Azərbayacan daha işgüzar və əlverişli dövlət çıxdı və İranın Qərb yönündə kommunikasiya problemlərini onun ərazisi vasitəsilə həll etmək mümkündür. Ola bilsin, İran öz münasibətini dəyişəcək və bu daha çox İran siyasi rəhbərliyindəki qüvvələrin tərtibindən asılı olacaq. İndiki şəraitdə ABŞ və avropalı tərəfdaşları Ermənistana dəstək verməkdə çətinlik çəkəcək və çox güman ki, Ermənistan haqda məsələ ABŞ-İran münasibətlərinin ortasında duracaq.

Əlbəttə, Türkiyə yeni durumda daha çevik olacaq və Azərbaycanla birlikdə Ermənistanı geopolitikaca boğmağa çalışacaq. Hazırda İranın Ermənistanı tam boğmağa gedib-getməyəcəyi xüsusən önəmlidir. Lakin Rusiyanın cənub istiqamətində qabağını almaqda Türkiyənin İranala həmrəyliyə can atacağı yəqindir. Güman etmirəm ki, İran bu cəhdlərdən imtina edəcək.

İran rus agenturasının ünsürlərindn biri saydığı Edvard Nalbandyana çoxdan dəhşətli nifrətlə yanaşır. İranlılar Ermənistanın məhv perspektivini məhz müəyyən məmurların fəaliyyəti ilə əlaqələndirirlər.

Oturub baxaq, ermənilərə ancaq baxmaq qalır.

 

Tərcümə Strateq.az-ındır.