XƏBƏR LENTİ

05 Avqust 2020
04 Avqust 2020

Digər Xəbərlər

14 İyun 2016 - 10:06

Türk ekspertdən qalmaqallı iddia: “Rza Zərrab həbsdən buraxılsa, sui-qəsd qurbanı olacaq” –Təhlil

erdogan

Arif Asalıoğlu (Türkiyə)

Regnum İA, 14.06.2016

 

Bu ilin martında Amerikanın Mayami şəhərində 2013-cü il 17 dekabr hökumət korrupsiyası qalmaqalının açar siması, İran vətəndaşı Rza Zərrab həbs edildi. Onun həbsdən sonar verdiyi açıqlama bəzi türk siyasətçilərinin tezliklə İnterpolun siyahısına daxil edilməsinə səbəb ola bilər. Məlum olduğu kimi, Zərrab bunda ittiham edilir ki, ABŞ-ın İrana qarşı sanksiyalarından yan keçməyə imkan verən cinayətkar sxem yaradıb, bəzi türk siyasətçiləri və hökumət üzvləri bu sxemin fəal iştirakçısı olub. Nyu-York güney dairəsinin Zərrabın həbsinə təkan verən prokuroru Prit Bharara iş adamının rolu və əlaqələri, hökumətin korrupsiya məsələsi üzrə materialları rəsmən işə daxil edib. Beləliklə, üç keçmiş nazir – Ədalət və inkişaf partiyasının (ƏİP) üzvləri Zəfər Çağlayan, Egemen Bağış və Muammər Gülər həmin işə düşüblər. Prorkuror Zərrabın təxmin üzrə yaxın işgüzar münasibətlərdə ola biləcəyi türk rəsmilərinin siyahısını da işə daxil edib. Orada Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğanın arvadının da adı çəkilir.

Məsələ bundadır ki, Zərrab dövlət başçısının xanımı Əminə Ərdoğanın təsis etdiyi TOGEM-DER əhalinin azimkanlı zümrəsinə dəstək və təhsil fonduna 7 milyon dollara yaxın ianə verib ki, çoxları bunu prezidnetlə biznesmenin əlaqələrinə birbaşa sübut kimi qiymətləndirir. Bhararın işə daxil etdiyi başqa sübutlar: onun vəkillərinin vergi bəyannamələrinə daxil etmədiyi gəmi daşımalarından fövqəlgəlirlər haqda Zərrabın yazışmaları; ABŞ sanksiya siyahısındakı İran neft şirkətləri ilə işgüzar yazışmalar; Zərrabın məktublarından birində göstərilmiş əmlak siyahısı, cins atlar, incəsənət əsərləri, təyyarələr, silahlar; qızıl külçələri, təyyarələrinin və xalis qızıldan düzəldilmiş silahlar kolleksiyasının fotoşəkilləri.

Bhararın itthamnaməsində bu cür sətirlər var: “Müttəhim təkcə öz istifadəsi üçün deyil, həm də korrupsiyalaşmış bir sıra türk siyasətçilərini satın almaq üçün qazandığı böyük sərvət, xeyli ev, yaxta və digər daşınan əmlak sahibidir”. “Zərrab onun qanunsuz və cinayətkar fəaliyyətini ört-basdır edən bir sıra türk siyasətçilərini satın almaq ittihamı ilə 2013-cü ildə Türkiyədə həbs edilib. Həbsdən 27 gün sonra Türkiyədə azadlığa buraxılıb. Türkiyədə Zərrabın işini aparan polislər və prokurorlar vəzifələrindən azad edilib və əksəriyyəti işdən çıxardılıb və yaxud xidməti cəzaya məruz qalıb, bəziləri həbs edilib” – deyə prokuror qeyd edir.

Bharar Zərrabın ev dustağına keçirilmək imkanına görə məhkəmənin kassasına 10 milyon dollar nəqd ödəniş təklifinə cavab verib: “Müttəhimin zəmanət qismində təklif etdiyi məbləğ cüzi dərəcədə azdır və onun 2013-cü ildə ələ almaq üçün və rüşvət kimi verdiyi məbləğin ancaq üçdə birini təşkil edir”.

Zərrabın işdə adı çəkilən məmurları satın almağı sıradakı rəqəmlərdə ifadə olunur: o dövrdə Türkiyənin iqtisadiyyat naziri Zəfər Çağlayan – 32 milyon avro, 10 milyon dollar, 300 min İsveçrə frankı, royal, lüks seqmentli bir neçə saat; Avropa Birliyi ilə işlər üzrə nazir Egemen Bağış – 500 min dollar; daxili işlər naziri Muammər Gülər – 5,8 milyon dollar; ölkıənin ən böyük dövlət bankının direktoru – 2,5 milyon avro və 1,4 milyon dollar.             

İş açılanadək FTB əməkdaşlarının apardığı araşdırmalar aydınlaşdırdı ki, Zərrabın illik gəliri 11 milyarad dollardan yuxarı olmaqla vəkillərinin vergi bəyannaməsində bildirdiyi məbləği dəfələrlə üstəlyir. İşin Zərrabın əmlakına aid hissəsində bu cür məlumatlar var: 20-dən az olmayan daşınmaz mülk şəxsən ona məxsusdur; ona, qızına və arvadına  məxsus şirkətlərin 3-dən az olmayan daşınmaz əmlakı, tam 40 min avro dəyərində silah kolleksiyası: 100 min avro dəyərində şəxsən ona, arvadına və onların “Royal Group” şirkətinə məxsus altı cins at; 7 yük gəmisi (RzaYatçılık və Royal TurkLLC-nin adına qeyd olunub); TC-RZA kimi qeyd edilmiş şəxsi təyyarə, “Royal” şirkətinə qeyd edilmiş lüks klas 17 avtomobil; 10 milyon dollar dəyərində sənət əsərləri. Əlbəttə, prokuor Bhararanın işindəki bütün sübut və sənədləri məqalədə göstərmək mümkün deyil, lakin başlıcası bundan ibarətdr ki, ABŞ məhkəməsi tez bir zamanda bir sıra türk siyasətçilərinin və dövlət xadimlərinin həbsi haqda qərar verə bilər.

Daha bir maraqlı detal: ittiham rəyinin sonunda baş nazir Davud Əhmədoğlunun məcburi istefası haqda məlumat da əlavə edilib. Rəydə deyilir: baş nazir Davud Əhmədoğlunun təcili istefasının səbəblərindən biri Türkiyədə daim yaşayan Zərrabın İrana borc verdiyi 2,7 milyard dollar vergini onun əvəzinə ödəmək barədə bəzi siyasətçilərin qeyri-rəsmi xahişini rədd etməyidir. Davudoğlu təfərrüata varmadan bildirib: “Biz Türkiyədə Zərrabı həbsxanadan dartıb çıxatdıq, onun müsbət obrazını yaratdıq, hər yerdə “xeyriyyəçiliyə böyük məbləğlər ianə edən biznesmen” kimi təqdim etdik, hələ indi də İrana borclarını ödəməliyik?”

Lakin bu ittiham doğrudan da Bhararanın işində görünsə, onu elə-belə unutmaq olmayacaq, bütün incəliklər gec-tez açılacaq.  

Zərrabın işi, kiməsə görünə biləcəyi kimi, sadəcə vergilərin gizlədilməsi deyil. Onun xilası naminə Türkiyədə prokurorluq və təhlükəsizlik idarəsinin yüzlərlə əməkdaşı işdən çıxardılıb. Müstəntiqlərin əksəriyyəti həbs edilib. Davudoğlunun dumanlı açıqlamasını izləsək, onda baş nazir də onun xatirinə vəzifəsindən götürülüb. Zərrabı yaxşı qorumaq gərəkdir. Heç bir girova görə onu azadlığa buraxmaq olmaz. Çünki Nyu-York həbsxanasından buraxılsa, asanlıqla sui-qəsd qurbanı ola bilər. Axı o, təkcə ABŞ-dakı deyil, həm də Türkiyədəki korrupsiya haqda çox şey bilən önəmli simadır. Onu özəl qorunan rejimdə saxlamaq lazımdır. Türkiyə hökumətinin korrupsiyalaşması ABŞ-da açılmış işdə öz əksini tapdı və bütün dünyanın sərvəti oldu. İttihamların əksəriyyəti əvvəllər də məlum idi, lakin indi hər şey detallarıyla bəlli oldi.

Türkiyə öz siyasi tarixinin olduqca mürəkkəb dönüş məqamından keçir. Hazırda ölkəni korrupsiya və qanunsuzluq idarə edir, qanun yalnız sadə vətəndaşları sərt cəzalandırır, qanunun dönmzəliyi loyal siyasətçilər və biznesmenlərə aid edilmir. Türkiyədə 2013-cü il 17 dekabr korrupsiya qalmaqalı haqda həqiqəti deməyə cürət edən bütün prokurorlar və KİV təqib edilir. Əslində, korrupsiya vətəndaşların əmək və azadlığını istismar edir. Lakin Zərrabın işi Tükiyəyə ümid verdi, hökumətin korrupsiyadan təmizlənəcəyinə ümid verdi və mən indi inanıram ki, həqiqətin bircə, olduqca xoşaglməz (!) özəlliyi var ki, hansı sirrə bürünür-bürünsün, həmişə üzə çıxır.

 

Tərcümə Strateq.az-ındır.