XƏBƏR LENTİ

09 Avqust 2020
08 Avqust 2020

Digər Xəbərlər

14 İyun 2016 - 13:10

Rus nəşrindən yeni iddia: “Vaşinqton və Ankara Rusiyaya qarşı informasiya qoşunu hazırlayır”

hulusi

EurAsia daily.ru, 14.06.2016

 

Kürd amili Türkiyə Milli Müdafiə Nazirliyi ilə Pentaqonun münasibətlərini xeyli korlayıb. Ankara daha əvvəl və daha güclü şəkildə Moskva ilə münasibətləri korladı – Rusiya təyyarəsini ya düşünmədən, ya da bilərəkdən vurmaqla. Nəticədə Türkiyənin əleyhdarlarının sayı artdı, müttəfiqlərin sayı isə azaldı.

Vaşinqton və Ankaranın Moskvaya münasibətlərini dəyişmək niyyəti yoxdur, amma kürd amilinə görə yaxınlaşmaqları elə də asan deyil: birincilər İŞİD-ə qarşı quru əməliyyatında az ala ən sadiq müttəfiqi itirmək istəmir, ikincilər isə Kürdüstan tərəfdarlarının döyüş bacarığının artmağından dedikcə qorxurlar. Lakin dostluq onlara yalnız Rusiyaya qarşı dostluq kimi görünür.

Pentaqon “Rusiya ilə hibrid müharibədə türk informasiya ordusunun” hazırlanması üçün proqramı da bu çərçivədə hazırlayıb. Azmış kimi: Pentaqon hətta ən azı qismən maliyyələşməni öz üzərinə götürür, axı yeni yaradılmış “əsgərlər” əsas maaşı Ankara və Vaşinqtonun “hərbi əməkdaşlıq proqramları çərçivəsində” dollarla alacaqlar. Onlar Baltikyanı və Ukraynada təlim keçəcəklər, axı amerikalılar orada artıq “Rusiya təzavüzünin dəf edilməsi üçün uğurlu informasiya layihələri” yaratmağa nail olublar.

“Rusiya təcavüzü” ayrıca əhvalatdır. “Moskvanın X ölkələrinə qarşı informasiya müharibəsi apardığı” haqda tezisdən həmişə istifadə olunur, X ölkələrinin rolu isə maraqların (bir qayda kimi, Vaşinqtonun maraqlarının) dəyişməyindən asılı olaraq tələb olunan hər kəsdə görünür.

Bu cür “təcavüz”ün “hibrid” xarakteri Rusiyanın deyil, ona hücumun səbəbini aydınlaşdırmağa imkan verir: çünki “Rusiyanın hücumları görünmür”, onun düşmənlərinin hücumu isə “məcburi fəal müdafiədir”.

 

Bu qoşunlar necə qoşundur?

 

Lakin Türkiyənin “informsiya qoşunu” yaradılması qismində yeni Amerika-Türkiyə “əməkdaşlıq layihəsi”nə qayıdaq. Kibersavaşdan fərqli olaraq burada söhbət artıq heç də hakerlərdən və texniki təchizatdan deyil, “Rusiya informasiya təcavüzünün predmeti kimi” həm Türkiyənin daxilindən, həm də RF daxilindən gedir ki, “Türkiyə tərəfə nifrətin qızışdırılması” üzrə Kremlin fəaliyyəti boğulsun. Fikri İşıqın yanındakılar düşünürlər ki, Rusiya təyyarəsini vurulmağının bu cür nifrətin qızışdırılmasına dəxli yoxdur.

Layihə Türkiyənin yeni milli müdafiə naziri üçün Pentaqonla bu vəzifədə faktiki olaraq ilk qarşılıqlı fəaliyyətdir. Layihəni gələcək iştirakçılara Baş qərargah rəis Hulusi Akar təqdim edib. Ona görə də bu işə Ankara tərəfdən diqqət səviyyəsi son dərəcə böyükdür, proqramın özü isə ictimai işıqlandırmaya qapalıdır.

Rusiyanın necə təcavüzkar və təhlükəli, Rusiyanın timsalında “beynəlxalq təcavüzkar”ın hücumları önləməkdə Türkiyəyə necə çətin olduğundan danışılmaqla gələcək “əsgərlər”ə möhkəm təbliğat dozası verilib. Bundan da danışılıb ki, Türkiyə xusis xidmətləri var gücü ilə çalışır, buna görə onlara da yardım gərəkdir.

Eyni zamanda informasiya da daxil olmaqla Rusiya “özgə ərazisində və özgə əliylə” hibrid müharibə aparmaq istəyirsə, onda “informasiya qoşunları” Türkiyəyə “təhdid və təcavüzü neytrallaşdırmalı” və münaqişəni Rusiyanın informasiya məkanı vasitəsilə onun ərazisnə keçirməli olacaq.

Gələcək “informsiya müharibələri” Türkiyə baş qərargahı qarşısında hesabatlıdır və formal olaraq Türkiyə milli müdafiə nazirliyinin yanında “mülki heyət” sayılır. Lakin təlimatçıların hamısı türk olmayacaq: təcrübə çatışmır. Həm də pul təminatı “hökumətlərarası əməkdaşlıq proqramı üzrə” ABŞ-dan gələcək – 640 dollar. Lakin Ankardan da olacaq:  dövlət təminatı, türk lirəsndə əməkhaqqının yığılması sistemi və barəsində fikir yürütmək hələlik çox tez olan mükafatlar.

Türkiyə “informasiya əsgərləri”nin fəaliyyət istiqaməti və təhsil ölkələri üzrə bölgüsü yalnız iyulun 6-da olacaq. Rusiyaya qarşı gələcək informasiya cəbhəsinin döyüşçüləri ingilis dilini bilmək səviyyəsindən asılı olaraq, ən azı, ilk üç ayı Latviya və Estoniyada (təhsil ingilis və rus dillərindədir), yaxud Ukraynada (təhsil rus dilindədir) keçirməli olacaqlar. İşçi dil kimi rus dili mütləqdir: formalaşdırılan informasiya təxribatçıları istənilən halda rusdilli internetdə və rusiyalı pərdəsi altında hərəkət etməli olacaq.

 

“Əsgərlər” necə seçilib?

 

İstisnasız olaraq Rusiyaya yönəlik bu informasiya savaşında kimlər iştirak edəcək? Namizədləri seçərkən rus dilini (yaxşı olar ki, ingilis dilini də) şifahi və yazılı bilənləri, Rusiya obrazını mənfi qavrayanları dəvət edirlər. Hulusi Akar müxtəlif bölgələrdən ilkin seçilənlərlə iyunun 13-də videorabitə ilə təmasa girdi. Sonra – sınaqlar, dillər üzrə imtahalar və sənədlərin hazırlanması gəlir.

Milli kəşfiyyat qurumu (MİT) şəxsi işləri nəzarətdən keçirir (kadrları o seçib), MİT əməkdaşları gələcək informasiya təxribatçılarına uyğun sənədləri doldurmağa veməklə “dövlət sirlərinin qorunmasına riayət barədə yeni gələnlərə təlimat verir”. Bunlar tamamilə türkcə və istisnasız olaraq Türkiyə dövlət rəmzi ilə olan yeganə sənədlərdir.

 

Tərcümə Strateq.az-ındır.