XƏBƏR LENTİ

11 Avqust 2020
10 Avqust 2020

Digər Xəbərlər

22 İyun 2015 - 05:47

Neft-kimya meydanına çevrilən Azərbaycan və Qərbin amansız maraqları –Təhlil

kimya senaye.jpg

Rusiyanın “Qazprombank”ının Azərbaycanda yüksək sıxlıqlı polipropilen və polietilen istehsalı qurğularının tikintisini maliyyələşdirmək qərarını yanacaq-energetika sahəsində Rusiya-Azərbaycan əməkdaşlığı aysberqinin zirvəsi kimi qiymətləndirmək olar.

Strateq.az bildirir ki, bu barədə “Turan” İA-nın Analitika Xidmətinin təhlilində qeyd olunub.

Bu mövzuda saziş iyunun 19-da Sankt-Peterburqda “Qazprombank” və Azərbaycan Dövlət Neft Şirkəti SOCAR arasında beynəlxalq iqtisadi forum çərçivəsində imzalanıb.

10 illik kreditin məbləği 489 mln. dollar təşkil edəcək. SOCAR-ın 350 mln. avro dəyəri olan Polymer layihəsi aprelin 15-də Bakıda təsdiq edilib. İtaliyalı ortaqların iştirakı ilə Sumqayıtda tikiləcək müəssisə ildə 180 min ton polipropilen istehsal edəcək. Müəssisənin 2018-ci ildə tam gücü ilə fəaliyyət göstərməsi nəzərdə tutulur.

“Biz SOCAR qrupu ilə Biz SOCAR qrupu ilə uzunmüddətli strateji tərəfdaşlıq niyyətindəyik və SOCAR Polymer layihəsinin maliyyələşdirilməsinə əməkdaşlığın növbəti mərhələsi kimi baxırıq”, – deyən Akimov sövdələşmənin Qazprombank-ın SOCAR-ın digər investisiya layihələrində də iştirakına imkan verəcəyinə ümid etdiyini deyib.

SOCAR Polymer SOCAR, Pasha Holding, Gilan Holding və Azərsun Holding tərəfindən təsis edilmiş birgə şirkətdir. Kredit RF prezidenti Vladimir Putinin iyunun 12-13-də Bakıya səfərindən və prezident İlham Əliyevlə görüşündən sonra ayrılıb.

Prezident Putinin səfəri ərəfəsində, iyunun 8-də onun köməkçisi Yuri Uşakov Rusiya-Azərbaycan Hökumətlərarası Komissiyası çərçivəsində yanacaq-energetika sahəsində əməkdaşlıq məsələləsi üzrə yüksək səviyyəli ikitərəfli işçi qrup yaradılmasının planlaşdırıldığını bildirib.

“Qazprom”un Azərbaycanın energetika və kimya sahəsinə daxil olması hər iki tərəf üçün sərfəlidir

Rusiya prezidentinin ən mühüm energetika qrupunun – “Qazprom”un Azərbaycanın energetika və kimya sahəsinə daxil olması hər iki tərəf üçün sərfəli ola bilər, belə ki, Xəzər hövzəsi regionunda maraqların qarşılıqlı balansını təmin edir.

Rusiya ABŞ-ın və müttəfiqlərinin Azərbaycanın energetika layihələrində fəallığına qısqanclıqla yanaşır, bu, vaxtaşırı regionda Rusiyanın maraqları nəzərə alınmadan Qərbin maraqlarının həyata keçirilməsinə imkan verməyən müxtəlif bəyanatlar və sənədlər şəklində açıq-aşkar özünü göstərir. Sonuncu belə siyasi bəyanat janrında sənəd 2014-cü ilin sentyabrında Həştərxanda IV Xəzər Sammitinin yekunlarına görə yayılıb. Sənəddə qeyd edilirdi ki, regiondakı layihələr, xüsusən Vaşinqtonun lobbiçilik etdiyi Türkmənistan-Azərbaycan Transxəzər qaz kəməri bütün Xəzəryanı ölkələrin (Rusiya kimi oxu) razılığı olmadan həyata keçirilə bilməz.

Moskvanın Ukraynadakı hərəkətləri və Cənubi Qafqazda Rusiyanın hərbi-siyasi forpostu kimi Ermənistanı dəstəkləməsi də Bakını narahat etməyə bilməz. Digər tərəfdən, rejimin maraqlarına tam cavab verməyən Amerika təsirinin artmasına qarşı müqavimət yaratmaq üçün Rusiyanın Azərbaycanda iştirakının qalması Bakı üçün sərfəlidir. Bu, şəffaflığın olmadığı və vətəndaş institutlarının zəifliyi şəraitində iqtisadiyyatın bütün sahələrini sürətlə ələ keçirən hakim elitanın maraqlarına uyğun olmayan demokratik dövlət qurulması problemində özünü xüsusilə büruzə verir. Azərbaycanda vətəndaş cəmiyyətinə Rusiyadakı kimi son hücumları Amerika ekspansionizminə meydan oxumaq və Rusiyanın Azərbaycana nüfuzuna boyun əymək kimi qiymətləndirmək olar.

Bakı balansı təmin etmək üçün ABŞ və Avropa İttifaqı ilə münasibətləri düzəltməlidir

Qeyd etmək lazımdır ki, Peterburq sazişi SOCAR-ın ABŞ-la Azərbaycanda neft-kimya kompleksinin tikintisi haqqında saziş imzalamasından düz üç ay sonra imzalanıb. SOCAR yeni neft-qaz emalı və neft-kimya kompleksi (OGPC) layihəsinin idarəetməsi müqaviləsini martın 18-də Amerikanın Fluor Limited şirkətinə təqdim edib. OGPC-nin tikintisinin maliyyələşdirilməsi üzrə təklifləri UniCredit, RBS, Societe Generale, BNP Paribas, ING, Credit Agricole və ECGD vermişdi.

Neft-qaz emalı və neft-kimya kompleksləri Bakının Qaradağ rayonunda tikiləcək. Kompleksin 2019-cu ildən 2023-cü ilə qədər mərhələli şəkildə təhvil verilməsi planlaşdırılır. Layihənin dəyəri 14-17 mlrd. dollar olaraq qiymətləndirilir.

Beləliklə, Azərbaycan yanacaq-energetika sektorunun inkişafının yeni fazasına daxil olur. ölkə xammal istehsalından dünya səviyyəli yüksək texnologiyalı kimya sənayesi məhsullarının istehsalına keçir. Bu, 2010-cu ildə neft hasilatının 51 mln. tondan 2023-cü ildə 23 mln. tona qədər azalması şəraitində böyük dividentlər vəd edir. Mahiyyətcə, Azərbaycan böyük neft-kimya meydanına çevrilir, burada böyük dünya oyunçularının maraqları ayrılır. Və bu mənada belə maraqların birləşməsi dövlət sərhədləri boyunca daxili və xarici sabitliyi təmin edir. Bu maraqların qarşıdurması isə həddindən artıq təhlükəlidir və ciddi itkilər və o cümlədən imicin zədələnməsi təhlükəsi yaradır. Bu nöqteyi-nəzərdən Bakı ziddiyyətlərin mübarizəsində balansı təmin etmək üçün Birləşmiş Ştatlar və Avropa İttifaqı ilə münasibətlərdə gərginliyi yatızdırmalı olacaq.

Strateq.az