XƏBƏR LENTİ

05 Avqust 2020
04 Avqust 2020

Digər Xəbərlər

15 İyun 2016 - 11:06

Qazax nazir:“Aktoba terrorçuları Suriya ərazisindən təlimat alıblar” – Təhlil

aktoba

Andrey Ontikov

İzvestiya.ru, 15.06.2016

 

İŞİD-ə qarşlı mübarizədə Rusiyanın dəstəyi ilə Suriya ordusunun uğurları keçmiş Sovet İttifaqından gəlmiş döyüşçüləri vətənə qayıtmağa məcbur edə bilər ki, bu da durumun kəskinləşməsinə səbəb olar.

Dövlət Dumasının beynəlxalq məsələlər üzrə komitəsinin üzvü Ənvər Mahmudov Qazaxıstan DİN başçısı Kalmuxanbet Qasımovun Aktoba terrorçularının Suriyadakı döyüşçülərlə mümkün əlaqələri haqda bəyanatını “İzvestiya”-ya şərh edərkən bu cür fikir söyləyib.

O, həmçinin qeyd edib: "İŞİD dağılmağa başlayanda Orta Asiya, Rusiya və başqa ölkələrdən gələnlərin əksəriyyəti evə dönməyə başlayacaq. Bunun nəticəsi Aktobada baş vermişlərə oxşar hadisələr ola bilər. Qonşu ölkələrdə, həmçinin Orta Asiyada gərginliyin güclənməyi bizə birbaşa təhdid ifadə edir. Əlbəttə, mühacir axını, o cümlədən əmək mühaciri axınına nəzarəti gücləndirməklə bu çağırışlara cavab verəcəyik. Lakin anlamaq lazımdır ki, hər kəsi nəzarətə götürmək mümkünsüzdür. Gələn bəzi adamlar bu və ya başqa üsulla öz keçmişlərini gizlətməyə cəhd edirlər. Səlahiyyətli  orqanlar başqalarının terrorçuluq fəaliyyətində iştirak etdiy haqda bilməyə bilər".

Deputat qeyd edib ki, həm Rusiya ilə maraqlı ölkələr arasında ikitərəfli əməkdaşlığın dərinləşdirilməyi, həm də müxtəlif bölgəsəl qurum və birləşmələr çərçivəsində qarşılıqlı fəaliyyət terrorizmə qarşı fəaliyyət imkanlarını xeyli artıra bilərdi.

Qazaxıstan daxili işlər naziri Kalmuxanbet Qasımov iyunun 14-də bildirib ki, Aktoba şəhərində teraktlar keçirmiş terrorçular Suriya ərazisindən təlimat alıblar. Onun sözlərinə görə, teraktın hazırlanmağında hərəkətə gətirlmiş 45 nəfərdən sağ qalanların hamısı bildirib ki, onlara radikal imamlardan biri müraciət edib.

Qazaxıstan DİN başçısı deyir: "Ona qulaq asdılar və dedilər ki, getmək və müqəddəs cihad etmək lazımdır".

Ekstremistlər qrupu iyunun 5-də Aktobada silah mağazalarına və hərbi hissəyə hücum etdi. Nəticədə 8 nəfər, o cümlədən 3 hərbçi həlak oldu. Ardınca antiterror əməliyyatının gedişində 18 cinayətkar öldürüldü, 12-i saxlandı.

Qazax politoloqu Daniyar Aşimbayevin “İzvestiya”-ya dediyi kimi, hələlik ölkədə terorçu hücumları tək-tük xarakterdədir. Onun fikrincə, lakin Qazaxıstanda və bölgədə gərginliyin səviyyəsi tədricən yüksəlir.

Daniyar Aşimbayev bildirir: "Aktoba hadisələri güc strukturlarının sürətlə qarşısını aldığı hazırlıqsız terrorçuluq həmləsidir. Əslində, bu, özfəaliyyətdir, lakin Qazaxıstanda və bütünlükdə bölgədə radikallaşma şəraitində baş verdi. Bu radikallaşma əhali arasında internet vasitəsilə həyata keçirlən fəal təbliğat, həmçinin qeyri-leqal ədəbiyyatın, vərəqlərin yayılması üzündən baş verir. Bundan başqa, ölkəyə təbliğatçılar və təşkilatçılar nüfuz edir".

Ekspert qeyd edir ki, Qazaxıstan güc strukturları indiki mərhələdə bütünlükdə öz işinin öhdəsindən yaxşı gəlir. Suriya döyüşlərinə qatılanlar izlənilir və həbs edilir. Analoji tədbirlər ora getməyə cəhd edənlərə qarşı da tərtbiq edilir. Daniyar Aşimbayevin sözlərinə görə, bununla belə, gələcəkdə ekstremistlərin fəallığı təkcə Qazaxıstanda deyil, həm də qonşu ölkələrdə xeyli arta bilər.

Ekspert hesab edir: "Qırğızıstanda iki inqlabdan sonra dövlət strukturları zəifləyib və cinayətkarların mövqeyi olduqca güclüdür. Ölkədəki durum bütülükdə sabit deyil. Özbəksitana gəlincə, onun xüsusi xidmətləri daha effektli işləyir. Lakin orada əhali sıxdır, ənənə üzrə din güclüdür və həyat səviyyəsi nisbətən aşağıdır. Terrorçular gələcəkdə bütün bu amillərdən faydalana bilər".

KTMT baş katibi Nikolay Bordyujanın iyunun 7-də qeyd etdiyi kimi, hazırda Suriyada təşkilat ölkələrindən 10 minə yaxın adam vuruşur. Ona isə Rusiyadan savayı Qazaxıstan, Tacikistan, Ermənistan və Belorus daxildir.

Onun sözlərinə görə, silahlı münaqişə zonasından mühacir axınına nəzarət sistemi artıq tətbiq edilib ki, mühacir prosesində tendensiyaları və işlərin durumunu izləmək mümkün olsun. “Bu axının qəflətən artdığını və bunun artıq dövlətlərimizin təhlükəsizliyinə təsir etdiyini görsək, əlbəttə, tədbirlər görəcəyik”.

Dəməşq universitetinin müəllimi, Dəməşq Strateji Araşdırmalar Mərkəzinin direktoru Bəssam əbu Abdullanın qeyd etdiyi kimi, Rusiya və qonşuları gələcəkdə hansısa tədbirlər görməli olacaq.

Abdulla bildirir: "Hazırda Suriyada yüzdən çox ölkədən gələnlər vuruşur. ABŞ başda olmaqla Qərb xüsusi xidmətləri bunun təşkili ilə məğul olur. Onlar Yaxın Şərqdəki həmkarlarının vasitəçiliyi ilə insanları ələ alıb Türkiyə ərazisinə göndərir və oradan Suriyaya yollayırlar. Orta Asiyadan danışsaq, bu bölgənin Vaşinqton üçün strateji əhəmiyyəti var. Çünki amerikalılar orada durmu sabitsizləşdirməklə əsas rəqiblərinə – Çin və Rusiyaya zərbə endirəcəklər".

 

Tərcümə Strateq.az-ındır.




Yuxarı Əvvələ Ana Səhifə