XƏBƏR LENTİ

10 Avqust 2020
09 Avqust 2020

Digər Xəbərlər

15 İyun 2016 - 12:13

Türk nəşri:"İlham Əliyev və Lukaşenko Ərdoğana kömək edə bilər" - Təhlil

erd-putin-eliyev

İbrahim Varlı

Birgün (Türkiyə), 15.06.2016

 

Xarici siyasəti iflsas uğramış və beynəlxalq səhnədə tədricən təcridə aparan Türkiyənin Ədalət və İnkişaf Partiyası (ƏİP) hökuməti Misir və İsraildən sonra Rusiya ilə münasibətlərdə də “dönüş” yaratmağa hazırlaşır. Fikir var ki, ABŞ tərəfdən özünə qarşı istənilən rəğbəti görməyən və AB ilə körpüləri yandıran prezident Ərdoğan Azərbaycan lideri İlham Əliyevi və Belorus prezidenti Aleksandr Lukaşenkonu Rusiya ilə münasibətlətin normallaşmasında vasitəçi qismində işə qoşmaq istəyir. İstisna olunmur ki, ABŞ-a son şübhəli səfərini yarımçıq qoymalı olan Ərdoğan Rusiya-Türkiyə münasibətlərinin nizamlanması prosesini sürətləndirməkdən ötrü  Kremllə yaxın münasibətlərdə olan bu liderlərə “özəl xahiş”lə müraciət edə bilər.

 

Əliyev vasitəçi roluna razıdır

 

Azərbaycan prezidenti İlham Əliyev Moskva ilə Ankara arasındakı münasibətlərdə gərginliyə son qoymaqdan ötrü vasitəçi kimi çıxış etməyə hazır olduğunu artıq bildirb. Əliyev bir neçə həftə öncə Bakıya səfər etmiş xarici işlər naziri Mövlud Çavuşoğlu ilə danışıqlarda təəssüfünü və Türkiyə-Rusiya münsibətlərinin pisləşməyi ilə bağlı narahatlığını ifadə etdi.

Azərbaycan lideri qeyd etdi ki, Azərbaycan Türkiyə-Rusiya münasibətlərindəki gərginliyn aşağı düşməyinə yardım etməyə hazırdır və əlavə etdi: “Türkiyə bizim yaxın müttəfiqimizdir. Rusiya da bizim üçün yaxın və dost ölkədir. Azərbaycanın hər iki ölkə ilə tarixi əlaqələri var. Hər iki dövlətlə münasibətlərimiz ən yüksək səviyyədədir”.

 

Moskva güzəştlərə getmədi

 

Türk təyyarələri keçən il noyabrın 24-də Suriya ilə sərhəddə Rusiyanın Su-24 hərbi təyyarəsini məhv edəndən sonra ölkələr arasındakı münasibət böhrana girdi. Moskva qeyd etdi ki, Türkiyə zəruri üzrxahlıq etməsə, onu sorumluluğa çağırıb ağır sanksiyalar təbiq edəcək. Rusiyanın tətbiq etdiyi siyasi və iqtisadi sanksiyalar üzündən Türkiyənin çətin dövrlər yaşadığı bir vaxtda həm ƏİP hökumətindən, həm də prezident sarayından Kremlə “yaşıl işıq” yandıran açıqlamalar dalbadal gəlir.

 

Ərdoğan günahı pulotun üzərinə yıxdı

 

Ərdoğanın ilkin ritorikalarına zidd çıxan bəyanatları mümkün “dönüş”ün müjdəçisi oldu. Sonradan Davudoğluyeni baş nazir Binəli Yıldırım da oxşar “siqnallar” verdilər. Təyyarənin məhv edilməsi insidentindən sonra kəskin açıqlamalar verən Ərdoğan sonralar Rusiya ilə münasibətlərin pisləşməyinə görə təqsiri pilotun üzərinə yıxdı! Ərdoğan Rusiyaya əvvəlcə bu cür müraciət etdi: “siz orada neyləyirsiniz?”; “bu cür pozuntu bir də baş versə, Türkiyə oxşar cavab verəcək”; “hava məkanımızı pozanların özü bizdən üzr istəməlidir”.

Ərdoğan Uqanda və Keniyaya səfər ərəfəsindəki mətbuat konfransında isə bütün günahı pilotun üzərinə yıxdı və dedi: “Pilotun səhvi ucbatından Türkiyəni qurban verirlərsə, düşünməyə məcbur olursan”.

Bu günlərdə təyyarədə jurnalistlərlə söhbətdə – Ərdoğan Məhəmməd Əlinin dəfninə getdiyi ABŞ-dan dönürdü – bu cür bəyanat verdi: “Ümid edirəm ki, iki ölkənin münasibətləri bərpa ediləcək. İstəyirəm ki, münasibətlərimiz tezliklə bərpa olunsun və əvvəlki xoş zamanlara qayıdaq”.

 

“Sıfır problem”dən “sıfır qonşular”a

 

Yaxın Şərqin lideri olmaq iddiasıyla baş nazir kreslosunu Tayib Ərdoğan tutandan bəri ƏİP başçılığı ilə Türkiyənin yürütdüyü dar, yanlış xarici siyasət ölkəni bölgədə gündən-günə təcrid etdi. Davosda İsraillə başlayan düşmən qazanmaq siyasəti Suriya, Misir, İran və İraqla davam etdi. Hazırda bölgənin üç mühüm ölkəsində – Misirdə, İsraildə və Suriyada Türkiyənin səfirlikləri yoxdur. Keçən həftəyədək Liviyada da səfirlik yox idi. ƏİP-in ideolojiləşdirilmiş siyasəti üzündən İraq və İranla münasibətlər yaxşı olmaq həsrətindədir, Ermənistan və Cənubi Kiprlə rəsmi təmaslar yoxdur. Soyqırım haqda qətnamə üzündən Almanya ilə münasibətlərdə də böhran qopdu.

 

Tərcümə Strateq.az-ındır.