XƏBƏR LENTİ

14 Avqust 2020

Digər Xəbərlər

15 İyun 2016 - 17:16

Donald Tusk: “Türkiyə AB-nin ən etibarlı tərəfdaşıdır” –Təhlil

tusk

Daily Express, 15.06.2016

 

Avropa Şurasının sədri Donlad Tusk bu günlərdə Almaniyanın “Bild” qəzetinə müsahibədə avtoritar siyasi idarə sistemi yaratmış Türkiyə prezidenti Ərdoğanın ünvanına tənqidi yumşaltmağa cəhd edərək Ankaranın üzləşməli olduğu problemləri vurğuladı. Tusk bildirdi ki, “Türkiyə bölgədə AB-nin ən etibarlı və eyni zamanda mürəkkəb durumda olan müttəfiqidir: gündəlik teraktlar, Suriya, İraq və İranla sərhəddə təhlükəsiz olmayan vəziyyət. Üstəgəl iki milyondan çox qaçqın”.

O, əvvələr qeyd etmişdi ki, mühacirlərlə bağlı Türkiyə il saziş pozulma həddindədir, çünki, onun fikrincə, AB öz dəyərlərini qaçqın və mühacirlərin Tükiyəyə qayıtması üzrə Ankara ilə əməkdaşlığın davam etməyi naminə qurban verə bilməz. Mühacirlərin readmissiyası üzrə saziş Yunanıstan sahillərindəki mühacirlərin sayını azaldıb.

Sazişin tənqidçiləri AB siyasətçilərini tənqid edirlər ki, onlar Ankara ilə əməkdaşlıq xatirinə Türkiyədə söz azadlığını boğmaq siyasətinin güclənməyinə göz yumurlar. Öz ünvanına təhqirlərə görə, demək olar, 2000 nəfəri həbsxanaya göndərmiş həssas ölkə prezidenti Ərdoğan Türkiyə Avropaya vizasız rejim əldə də bilməyəcəyi halda “kanalları” açacağı ilə dəfələrlə hədə-qorxu gəlib.

Türkiyə vizasız rejimin tətbiqi üçün gərəkən bir neçə mühüm şərtləri yerinə yetirməlidir. Ən başlıcası, AB Ankaradan terrorçuluq fəaliyyətinə dair qanunverciliyi dəyişdirməyi tələb edib. Bu qanun jurnalistlər daxil olmaqla terrorizmin təbliğinə görə istənilən kəsi məsuliyyətə cəlb etmək imkanı verir.

Türkiyə hökuməti İŞİD və kürd terrorçuları tərəfdən artan terrorizm təhlükəsinə isnad edərək hər hansı bir qanunu dəyişməkdən imtina etdi.

Donald bildirib: “Həyatda heç nə, o cümlədən bu saziş də elə-belə verilmir. Lakin biz mətbuat və fikir ifadəsi azadlığının pozulması ilə barışmayacağıq. Türkiyə yalnız bütün şərtləri istisnasız yerinə yetirdikdən sonra vizasız rejim alacaq”.

Türkiyənin AB-yə daxil olması Böyük Britaniyaın AB-dən çıxması haqda qarşıdakı referendum fonunda rəylərin parçalandığı əsas məsələlədən biri olub. Məsələ burasındadır ki, britaniyalılar Türkiyənin AB-yə daxil olmasından ehtiyatlanırlar, çünki milyonlara qaçqına yaşıl işıq yandırıla bilər.

Türkiyənin AB-yə daxl oması haqda danışıqlar 2005-ci ildən aparıldığı halda ölkə çətin ki bütün şərtləri müvəffəqiyyətlə yeinə yetirə bilər: zəruri 35 şərtdən indiki anda yalnız biri icra edilib.

Lakin Türkiyə hətta bütün şərtləri yerinə yetirsə də, Böyük Britaniya daxil olmaqla AB-yə üzv istənilən ölkə hər bir yeni ölkənin üzvlüyünə veto qoya bilər. Bununla bərabər, Britaniya baş naziri Devid Kemeron dəfələrlə bildirib ki, Türkiyənin AB-yə girməyini dəstəkləyir.

Tusk “Bild”ə müsahibədə həmçinin Böyük Britaniyanın AB-dən çıxışının mənfi nəticələri haqda xəbərdarlıq edərək bildirib ki, bu, faktiki olaraq təkcə AB-nin deyil, həm də bütün Qərb siyasi sivilizasiyasının dağılması prosesinin başlanğıcı ola bilər. O, Kemeronun Böyük Britaniyanın AB-dən çıxmağından sonra Türkiyə ilə yeni saziş əldə etməklə bağlı illərin lazım gələcəyi haqda əndişəsi ilə razıdır. Tusk deyib: “Britaniyanın AB-i tərk edəcəyi gün xarici düşmənlərimiz şampan şərabı içəcəklər. Biz buna yol verməməliyik”.

 

Tərcümə Strateq.az-ındır.