XƏBƏR LENTİ

05 Avqust 2020
04 Avqust 2020

Digər Xəbərlər

16 İyun 2016 - 11:47

Rus ekspertlər:“Mərkəzi Asiyada Ukrayna ssenarisi mümkündürmü?” – Təhlil

qazax

Aleksandr Jelenin

Rosbalt.ru, 15.06.2016


“Rosbalt”-ın Siyasət Klubunun ekspertləri Rusiyanın güney  sərhədlərində sabitsizliyin artmasına hansı cavab verəcəyini proqnozlaşdırmağa cəhd etdilər.  Ekspertlər qeyd etdilər ki, Rusiya postsovet məkanında iqtisadi nüfuzunu itirir.

Əcnəbilər üçün torpaq icarəsi prosedurunun sadələşdirilməsinə qarşı böyük şəhərlərdə çoxminlik mitinqlərin keçdiyi, sonra isə bir qrup insanın Aktobada hərbi hissəyə, silah mağazalarına hücum etdiyi  Qazaxıstandakı hadisələr silsiləsi, həmçinin RF müdafiə naziri Sergey Şoyqunun bu günlərdə Türkmənistana operativ səfəri bir sıra suallar qoyur.

Məsələn, Qazaxıstan hadisələrinin arxasında kim və nəyin dura biləcəyi haqda. Rusiyanın bu ölkədəki hadisələrə, həmçinin Mərkəzi Asiyada hakim rejimin dəyişilməsi baş verərsə, kütləvi çıxışlar zamanı reaksyası necə ola bilər? Hadisələrin bu cür inkişafı halında Rusiyanın ən ağlabatan fəaliyyət ssenarisi hansıdır? Moskva 2010-cu ildə Qırğızstanda baş vermiş inqilabdan sonra yenə də Bişkekdə yeni hökuməti dəstəklədiyi Qırğızıstan təcürbəsini əsas götürəcəkmi? Yaxud “Ukrayna ssenarisi” olacaq? Moskvanın son aylarda artıq ikinci dəfə qaldırdığı Türkmənistanın güney sərhədlərinin təhlükəsizliyi problemi nə dərəcədə ciddidir?

Rusiyanın aparıcı ekspertləri “Rosbalt”-ln Siyasət Klubunun toplantısı çərçivəsində bu və bir sıra digər məsələlərə cavab verməyə cəhd etdilər. Bu dəfəki mövzu bu cür idi: “Qazaxıstandakı kütləvi iğtişaşlardan sonra Rusiyanın Mərkəzi Asiyada iştirakı gücləndiriləcəkmi?”

Moskva Karnegi Mərkəzinin elmi şurasının üzvü Aleksey Malaşenkonun fikrincə, bütün bu sualları “postsovet məkanında Rusiya siyasətinin ümumi mənzərəsi” çərçivəsində nəzərdən keçirmək lazımdır.  Onun sözlərinə görə, “Rusiya iqtisadi əməkdaşlıq və inteqrasiya layihələri sahəsində nəhəng problemlərlə üzləşir”.

Malaşenko qeyd etdi ki, bu gün daha çox mütəxəssis ondan danışır ki, “bu layihələr hələlik özünü doğrultmur, onlardan gəlir isə yoxdur”. Ekspert vurğuladı ki, Avrasiya İqtisadi Birliyi (AİB) daxilində ticarətin həcmi aşağı düşür. Bundan başqa, o digər mütəxəssislərin fikrinə isnadən ehtimal iərli sürdü ki, “Rusiyaın inteqrasiya prosesləri Çinin “Yeni ipək yolu” layihəsinə tətbiqən yardımçı layihələr olacaq”. Hadisələrin bu cür inkişaf variantı Rusiyanın postsovet məkanında iqtisadi nüfuzunu tədricən itirməyə, lakin “orada qalmaq istəyinə” gətirib çıxardığından əvəzində nəsə əldə etmək lazımdır. Ekspert dedi: “Bu baxımdan hərbi-siyasi, hərbi və hərbi-rtexniki əməkdaşlıq bir tərəfdən bu məkanda iqtisadi əməkdaşlıq iflasını müvazinətləşdirir, digər tərəfdən isə bu, Rusiyanın burada qalmağına imkan verən yeganə rıçaqdır”.

Eyni zamanda Malaşenko hesab edir ki, Qazaxıstanda islamçı özəklərin varlığına baxmayaraq, “bu, islam inqilabına və yaxud dövlət çevrilişinə aparıb çıxartmayacaq”. Onun sözlərinə görə, Qazaxıstanda “rəngli inqilab”a da inanmır. Və əmindir ki, Mərkəzi Asiyada belə bir şey mümkündürsə, ancaq “yaşıl rəng”də və yalnız Özbəkistanda və Tacikistanda ola bilər. Lakin “Rusiyaın (Qazaxıstanda) bu daxili duruma qarışmağı üçün yer görmürəm”, – deyə ekspert vurğuladı.

Rusiya EA Müasir Şərqin ümumi problemlərinin tədqiqi mərkəzinin aparıcı elmi əməkdaşı Şöhrət Kadırov əmindir ki, Rusya Tükmənistanın güney səhədlərinin qorunmasında ona hərbi yardımı zorla sırımayacaq, lakin bu ölkə ilə hərbi və hərbi-texniki əməkdaşlığı genişləndirməyə davam edəcək.

O, hesab edir ki, bu yaxınlarda sərhəddə baş vermiş və 20 türkmən sərhədçisinin həlakına səbəb olmuş hərbi toqquşmaya baxmayaraq, “Türkmənistanın neftli və qazlı ərazilərini işğal etmək qəsdilə Əfqanıstandan hansısa böyük və irimiqyaslı hücum planı yoxdur”.

Mərkəzi Asiya üzrə ekspert və politoloq  Arkadi Dubnov Qazaxıstandan danışarkən əminlik ifadə etdi ki, Rusiya 2014-cü ildə Krımda və Ukraynanın şərqindəki kimi hərəkətlərə əl atmayacaq, çünki Qazaxıstanda “bu gün “rus dünyası”nın heç bir kristallaşma nöqtəsi yoxdur”.

Ekspert hesab edir ki,  Rusiyanın Qazaxıstan üçün “qirkinlər”i (İqor Qirkin – Rusiyanın Şərqi Ukraynaya hərbi müdaxiləsində yerli yaraqlılara başçılıq etmiş “lider” -tərc.) yoxdur, çünki “Qazaxıstan təhlükəzislik qurumları bu ölkənin quzeyində çox sərt işləyərək rusların hansısa formada təşkil olunmaq cəhdlərinin qabağını alır”.
Dubnovun qeyd etdiyi kimi, bundan savayı, “rusların passionar hissəsi hələ 90-cı illərdə Qazaxıstandan gedib, orada təkcə qocalar qalıb və söykəniləsi başlanğıc deyil”.

Türkmənistanın güney sərhədlərinə və taliblərin buradan quzeyə soxulmasına gəlincə, Dubnov da Şöhrət Kadırov kimi əmindir ki, “taliblər Əfqanıstandan çıxmazlar”.  

Taixçi, şərqşünas və mədəniyyətşünas Mixail Maqid, əksinə, Qazaxıstanda kütləvi çıxışlar halında “Ukrayna ssenarisi”nin təkrarını və indiki rejimin çöküşünü istisna etmir. Onun fikrincə, Qazaxıstandakı son kütləvi çıxışları dünyada, xüsusən də avtoritar rejimli və enerji daşıyıcılarının ixracatına yönəlmiş, güclü şəkildə dövlətləşdirilmiş iqtisadiyyatlı ölkələrdə baş verən kürəsəl proseslərin tərkib hissəsi kimi nəzərdən keçirmək lazımdır.

Ekspert hesab edir ki, nef tvə qaz qiymətləri aşağı düşdükcə bu dövlətlərdə milli valyutanın dəyərsizləşməsi, əhalinin həyat səviyəsinin aşağı düşməyi və kütləvi narazılığın toplanması baş verəcək.

Maqid düşünür ki, çox şey Qazaxıstada hadisələrin necə inkişaf edəcəyindən asılı olacaq, “lakin bu hadisələrin Rusiyada necə inkişaf edəcəyi də az önəmli deyil”.

Onun fikrincə, RF-də iqtisadi böhran davam edir, Suriyadakı müharibə isə rusiyalıları çox da maraqlandımır. “Bununla bağlı bu gün kiməsə fantastik görünən heç bir ssenarini istisna etmək istəməzdim”.

Ekspert düşünür ki, “Ukrayna ssenarisi” təkcə Qazaxıstanda deyil, Rusiyanın özündəki hadisələrdən də törəyə bilər: “Məsələ bundadır ki, indiki hökumət hansı piar layihələri qəbul, hansılarını rədd edəcək. Təsəvvür edə bilərik ki, hansısa durumda elan ediləcək ki, Qazaxıstanın quzeyində, rusdilli əhalinin üstünlük təşkil etdiyi bölgələrdə camaat hansısa həmlələrə məruz qalır, hüquqları isə yetərincə müdafiə olunmur. Bundan sonra orada hansısa adamlar peyda olacaq, əvvəlcə muxtariyyət tələb edəcək, sonra isə digər tələblər iərli sürməyə başlayacaqlar”.

Ekspert həm də yada saldı ki, 2014-cü ilin yazında Krım Rusiyaya birləşdirildikdən sonra Ukraynanın şəqində peyda olmuş İqor Qirkinin (Strelkovun) dəstəsi cəmi bir neçə on nəfərdən ibarət idi.

Maqid deyir: “Rusiyada bu qədər adam tapıb ölkədəki imperiya iddialarını nəzərə almaqla Qazaxıstanda “çarmıxa çəkilmiş oğlanları” Rusiya TV ilə göstərmək prinsipcə mümkündür”.

O eyni zamanda qeyd edir ki, hadisələrin bu cür inkişaf variantı vacib deyil, lakin bunu hesabdan atmaq da olmaz.

 

Tərcümə Strateq.az-ındır.