XƏBƏR LENTİ

05 Avqust 2020
04 Avqust 2020

Digər Xəbərlər

17 İyun 2016 - 15:26

Sankt-Peterburqda “Rusiya planı” –Beş rayonun qaytarılması məsələsi yenidən gündəmə gətirilir

ES

İrina Corbenadze

Rosbalt.ru, 17.06.2016

 

Rusiya prezidenti Vladimir Putin iyunun 20-də Sankt-Peterburqda Ermənistan və Azərbaycan prezidentləri ilə ayrı-ayırlıqda görüş keçirəcək. Bundan sonra dövlət başçılarının Dağlıq Qarabağ probleminin nizamlanması məsələsinin nəzərdən keçiriləcəyi üçtərəfli görüşü baş tutacaq. Rusiya prezidentinin köməkçisi Yuri Uşakovun sözlərinə görə, Moskva “nizamlama tərəflərinə təsir etməyə fəal cəhd göstərəcək”.

Uşakov xatırladıb ki, Rusiya münaqişə zonasında hərbi əməliyyatların dayandırılmasında “həlledici rol”u artıq oynayıb və indi “təbii ki, ATƏT Minsk qrupunun digər həmsədr ölkələri ilə tam qarşılıqlı fəaliyyətdə vasitəçilik missiyasını davam etdirməyə hazırdır”.

Lakin budur, nəhslik: belə çıxır ki, ATƏT Peterburq danışıqlarında ümumiyyətlə iştirak etmir. SİTA ATƏT-in mətbuatla əlqə üzrə şöbəsinin rəhbəri vəzifəsini icra edən Nataşa Rajakoviçdən sitat gətirir: “ATƏT Sankt-Peterburqda Dağlıq Qarabağ üzrə sammitin təşkilinə cəlb edilməyib və biz onu şərh edə bilmərik. Bildiyimiz qədər, sammit RF-nin təşəbbüsü il çağırılır. Beləliklə, suallarınızı Rusiya hökumətinə ünvanlamalısınız”.

Və bu, demək olar, qalmaqaldır, çünki görüşün üçtərəfli formatı – belə deyək, kənar şəxslərsiz – əksər ekspertlərin Rusiyanın Qərbi Qarabağ nizamlamasından planlı şəkildə kənarlaşdırdığı haqda rəyini açıq şəkildə artıq təsdiq edir. Lakin bunu gözləməyinə dəyərdi – xüsusən də Moskva apreldə münaqişə zonasında dördgünlük müharibəni diplomatik təzyiqlə dayandırıb sonra da Serj Sərkisyanla İlham Əliyevi Vyanada danışıqlar masasının arxasına əyləşdirəndən sonra. Düzdür, beynəlxalq vasitəçilər – ATƏT Minsk qrupunun həmsədrləri, Fransanın Avropa məsələləri üzrə dövlət katibi Arlem Dezir və hətta ABŞ Dövlərt Departamentinin başçısı Con Kerri o zaman görüşdə fəal iştirak edirdilər.

Bu dəfə görüşü Vladimir Putin təşkil etdi – üçnəfərlik. Güman etmək lazımdır ki, o, hamıya işarə vurur ki, “kənar şəxslərin girişi qadağandır” və münaqişə Rusiyanın təklif etdiyi plan əsasında nizamlanacaq. Ehtimala görə, o, ilkin mərhələdə Ermənistanın işğal  etdiyi yeddi rayondan beşini Azərbaycana qaytarmağı nəzərdə tutur. Dağlıq Qarabağın statusuna gəlincə, sonradan müəyyən ediləcək. Lakin tam ağlabatandır ki, bu plana düzəlişlər ediləcək və Peterburqda üç prezidentin müzakirə predmeti də məhz bu olacaq.

Yeri gəlmişkən, yuxarıda göstərilən nizamlama ssenarisi Ermənistanı qətiyyən qane etmir və Ermənistan cəmiyyətində bu zəmində müəyyən “qaynama” gedir. Ermənilər hesab edirlər ki, Rusiya “onları içalatlı-zadlı” Azərbaycana satdı. Hətta İrəvanın etirazlarına baxmayaraq, Bakıya silah satışını dayandırmır. Lakin Rusyanın müdaxiləsi olmasaydı (nədənsə Ermənistanda bunu unudurlar) münaqişıə zonasındakı aprel döyüşləri Dağlıq Qarabağ və Ermənistanın özü üçün olduqca acınacaqlı başa çatardı.

Əlbəttə, Rusiya altruist niyyətlərdən çıxış etmir – Cənubi Qafqazda müharibə onun təhlükəsizliyini təhdid edir. Xüsusən də ona görə ki, buna xarici güclər qarışa bilər (bu cür təhlükə isə var idi və qalır). Ümumiyyətlə, görünür, RF indi baş arbitr rolunda möhkəmlənməyə çalışır və tamamilə mümkündür ki, aprel hadisələrindən sonra bu rola nail olacaq. Yeri gəlmişkən, hazırda münaqişə zonasında nisbi sakitlik qorunur və atəşkəs rejiminə azdan-çoxdan əməl olunur.

Lakin artıq qeyd dildiyi kimi, Ermənistanda çoxları Rusiyaya güvənməyi tərgidib – o cümlədən Qarabağ nizamlaması kontekstində. Müxalif erməni nəşri “Lragir” yazır: “Rusiyanın himayəsi altında bu cür bütün görüşlər eskalasiya ilə müşayiət olunur. Rusiya Azərbaycanı silahlandırmağı davam etdiir və vəd edlmiş silahları Ermənistana vermir. Gözləmək lazım gəlir ki, sərhəddə bu dəfə də gərginlik olacaq. Hər halda “Rusiya planı”nı eskalasiyasız yeritmək olmaz”.

"Lragir" durumu “ikili” hesab edir və güman edir ki, “zərbə ən zəif yerə və gözlənilməz nəticələrlə ən gözlənilməz vaxtda endirilə bilər”.

Lakin, çox güman ki, “gözlənilməz nəticələr” haqda Rusiya və təmsilçiləri Putin-Sərkisyan-Əliyev görüşünə dəvət edilməmiş Qərbin maraqlarının münaqişəsi kontekstində düşünmək lazımdır. Durumu Ermənistan parlamentinin vitse-skiperi Eduard Şarmazanov əyləclərdə yumşaltmağa cəhd etdi.  Onun nikbin bəyanatına əsasən, Peterburq  “özaramızdır”ı ATƏT Minsk qrupunun həmsədrləri ilə fikir ayrılığı üçün bəhanə olmamalıdır.

“Rusiya Minsk qrupunun həmsədr ölkəsidir və prezidentlərin (Sərkisyan və Əliyevin) görüşü həmsədr ölkələrdən birinin keçirdiy ilk görüş deyil. Bu, hansısa özgə təşəbbüslərdən xəbər vermir. Görüşü Fransa da, ABŞ da təşkil edə bilərdi” – deyə o, jurnalistlərə izah edib.

Vitse-spikerin hesab etdiyi kimi, Qarabağ üzrə istənilən görüş danışıqlar prosesinin təzələnməsinə ümid və münaqişənin dinc yolla həllinə şans verir. Bununla bərabər, o, diqqəti olduqca vacib duruma – danışıqlarda tanınmamış Dağlıq Qarabağ təmsilçilərinin olmayacağına cəlb etdi. Şarmazanov qeyd edib: “Hətta Minsk qrupunun həmsədrləri deyirlər ki, Qarabağ danışıqların ən mühüm, yekunlaşdırıcı mərhələsində tamdəyərli iştirakçı olmalıdır”.

Lakin ehtimal ki, “iks saat” hələ yetişməyib – Stepanakertdən (mətndə bu cürdür-tərc.) Peterburqa heç kimi dəvət etməyiblər və nizamlama məsələsi əvvəlki kimi onlarsız müzakirə olunur.

“Lragir” sual edir: “Bu o deməkdirmi ki, Sankt-Peterburqda qəbul edilmiş qərarlar artıq 20 il danışqılar aparılan ATƏT meydançasında legitim kimi qəbul edilməyəcək? Yaxud Rusiya “separat” təşəbbüslər göstərərək, nəhayət, Azərbacanın can atdığı Minsk qrupu həmsədrliyini buraxmağa nail olmaq istəyir?”

Və ümumiyyətlə, Peterburqda hansısa razılaşmaların əldə ediləcəyi halda, ATƏT yaxasını kənara çəkmirmi?

Nəşr yazır: “Digər tərəfdən nəzərə alınsa ki, ruslar dünyada bütün “qara işləri” həll etməkdə öz üzərlərinə öhdəlik götürüblər, istisna deyil ki, indiki mərhələdə Rusiyanın himayəsi altında necəsə bir akt həyata keçiriləcək, bundan sonra ATƏT yenidən oyuna qayıdacaq. Xüsusən də ona görə ki, onlar son zamanlar “mərhələli variant”ı tez-tez yada salırlar. Təcrübə isə göstərir ki, Rusiyanın “inhisarçı” müdaxiləsi bu və ya digər miqyasda hərbi toqquşmalara səbəb olur”.

Prezident “üçlüyü”nün qarşıdakı görüşü Ermənistanda, bax, belə bir ajiotaj doğurub. Düşünmək lazmdır ki, Əliyev və Sərkisyanla, məsələn, Fransua Olland və yaxud Barak Obama görüşsəydi, ermənilərdə bu cür şübhə baş qaldırmazdı. Lakin bu gün heç kim – nə Putin, nə Olland, nə də Obama münaqişənin bütün tərəflərini qane edən və həyata keçirilən nizamlama yolu təklif edə bilərdi. Bu isə o deməkdir ki, prezident “üçlüyü”nün görüşünün nəticələri üzrə “coşqulu” qərarlara ümid bəsləmək lazım gəlmir.

Lakin gözləməyinə dəyər ki, Rusiya Qarabağ nizamlamasında siyasi “sinsey” (yaponca “ağsaqqal” – tərc.) rolundan bərk-bərk yapışacaq.

 

Tərcümə Strateq.az-ındır.