XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

23 İyun 2015 - 08:26

Milinkeviç: “Belorus Qərbə doğru addım atarkən Rusiya “dal pəncələri üstündə” qalxır” – Təhlil

Belorusun Putin vahiməsi

Rusiyanın ağuşu, yaxud Qərbin dəstəyi: Rusiyanın son iki ildəki ərazi iddiaları dünyada əsil tufan qoratdı və Qərbdə yeni soyuq müharibə qorxusu oyatdı. SSRİ-nin dağıldığı vaxtdan bəri Rusyanın ən sadiq müttəfiqi olan Belorus Avropa ilə hərbi münaqişə halında Rusiya müdaxiləsinə məruz qalacq ölkələr siyahısına düşüb.

Qərb qaynaqları və internet saytlarının məlumatlarına əsasən, 1994-cü ildə prezident postunu tutan və Avropanın “son diktatoru” adlandırılan Aleksandr Lukaşenko qorxur ki, Rusiya NATO ilə hərbi münaqişə zamanı Belorusu uşğal edə bilər. Nəticədə tarixdə artıq dəfələrlə baş verdiyi kimi, Belorus yenidən Rusiyanın protektoratı ola bilər.

Dildəniti və ifadələri seçməyən Lukaşenko bu səbəbdən son zamanlar ölkəsini Rusiyadan, özünü isə rusiyalı həmkarı Putindən ayırmağa hədəflənmiş informasiya kampaniyası ilə məşğuldur. Kampniyanın başlanğıcı Minskdəki mətbuat konfransı oldu. Lukaşenko dedi: “Bəzi-bəzi ağıllılar var ki, onların dediyi kimi, Belorusun rus dünyasının tərkib hissəsi, az qala, Rusiya olduğunu bildirlər. Yaddan çıxardın! Belorus öz maraqlarından çıxış edib qərarlar qəbul edən suveren və müstəqil bir dövlətdir. Biz öz torpaqlarımızı heç kimə vermərik. Bu, mənin vəzifəmdir. Nə qədər ağır olsa da, mən bu işi görəcəyəm. Mən öz missiyamı yerinə yetirəcəyəm. Nəyin bahasına olursa-olsun”.

Lukaşenko eyni zamanda Ukrayna-Rusiya münaqişəsində bitərəfliyi saxlamaqla Rusiya rəhbərliyini təəccübləndirdi: “Ukrayna, Rusiya, Belorus üç qardaş və yaxud üç bacıdır. Belorus kiçik bacıdır. ömrümüz uzun olacaq. Əgər iki qardaş – böyüklə ortancl dalaşırsa, kiçik qardaşdan xahiş etmirlərsə, özünü mübahisəyə soxmamalıdır”.

Belorusda insan haqlarının tez-tez pozulmasına görə Lukaşenkoya uzun müddət etinasız yanaşan Qərb dövlətləri bu “incə eyham”ı dərhal başa düşdü. Minsklə Qərb ölkələrinin münasibətləri mülayimləşməyə başladı. Məsələn, bu yaxınlarda Belorus prezidenti ilə Avstriyanın xarici işlər naziri Sebastyan Kurtsun görüşü baş tutdu. O, Kurtsla görüşdə dedi: “Münasibətlərimizin indiki səviyyəsini müəyyən qədər mülayimləşmə kimi xarakterizə edirik”. Və ümidvar olduğunu bildirdi ki, Qərb ölkələri, xüsusən də Avstriya ən yaxın vaxtlarda düzgün yöndə daha bir neçə addım atacaq.

Lukaşenko qeyd etdi ki, Avstriya ilə əlaqələrin inkişafına etiraz etmir və Belorusla münasibətlərin möhkəmlənməsində Almaniyanın maraqları haqda məlumatlıdır ki, bunu da alqışlamaq olar.

Belorusun dözülməz durumu

Postsovet məkanındakı analitiklərin əksəriyyəti ehtimal edir ki, bu cür hərəkətlər Rusiya tərəfdən cavabsız qala bilməz. Belə də oldu – Kreml tərəfdən ayının boğucu ağuşu hərəkətə gəldi. Rusiyanın Belorusdakı səfiri bildirdi ki, Moskva qarşıdakı prezident seçkiərində Lukaşenkonun namizədliyini dəstəkləyəcək. Seçkilər oktyabra planlaşdırılıb.

Səfir Aleksandr Surikov suveren dövlətin daxili işlərinə kobud şəkildə qarışmaqla dedi ki, Rusiya seçkiqabağı kampaniyaya qatılmağa hazırlaşmır, lakin indiki prezidenti dəstəkləyir.

Diplomatın sözlərinə görə, ölkəni 1990-cı illərdə hökm sürmüş hərc-mərclik və dağıntıdan xilas etdiyinə görə Belorus vətəndaşları Lukaşenkoya minnətdar olmalıdırlar.

Seçkilərin həmişə ancaq əvvəlcədən məlum nəticələrlə oynanan tamaşa olmasında və siyasi rəqiblərini həbs etdirməkdə ittiham edilən Lukaşenko bu eyhamı artıq başa düşməlidir. Səfir prezidenti dəstəkləmək haqda açıqlama verəndən sonra Lukaşenko başqa tonda danışmağa başladı və Amerikanın Avropada müasir silahlar yerləşdirmək niyyətini tənqid etdi. Onun sözlərinə görə, bu silahların Belorus səhədlərinin yanında peyda olması “barıtı quru saxlamağa” çalışan Belorusu rahatsız etməyə bilməz.

Belorusun və liderinin bu dözülməz durumundan Belorus müxalifətinin lideri Aleksandr Milinkeviç nəticə çıxardır. Onun sözlərinə görə, bu gün Rusiyanın Belorusa soxulmaq üçün bəhanəsi yoxdur, lakin lazmı anda bəhanə tapılar.

О qeyd edir ki, Belorus elitası anlayır ki, Qərblə yaxınlaşmaq üçün xeyli müddət əldən buraxılıb, lakin hər dəfə bu cür addımlar atılarkən Rusiya “dal pəncələri üstündə” qalxır.

Milinkeviç əlavə edir ki, Lukaşenko Kremldən aralanmaq kursunu davam etdirsə, Putinin Belorusa tank yeritmək üçün məhz bunu bəhanə edəcəyndən ehtiyat edir.

Aleks Nirenborq

“NRG” (İsrail), 23.06.2015