XƏBƏR LENTİ

13 Avqust 2020
12 Avqust 2020

Digər Xəbərlər

20 İyun 2016 - 09:29

Çin Sorosu hədələdi –Təhlil

soros

Hildegard fon Hessen am Reyn Boulevard

Voltaire (Fransa), 20.06.2016

 

Sorosun yeni düşməni peyda olub. Bazar mərclərində 24 milyard dollar toplamış maliyyəçi bu günlərdə Çin hökuməti ilə informasiya savaşına girişib. O, Davos forumunda bildirib ki, Çinin qaçılmaz şəkildə “göylərdən yerə enməyinə” görə Asiya valyutalarına qarşı ortaya pul qoyur. Çinin “Sinxua” agentliyi əlüstü bildirdi ki, milyarder bu cür bəyanatları artıq keçmişdə də verib.

Pekin investorun Çin valyutasına qarşı savaş elan edəcəyi halda iyunun 7-də onu hədələyib yeni gediş etdi. Çin hökumət təmsilçisinin "The Financial Times" və "The Guardian" kimi kürəsəl KİV-in car çəkdiyi press-relizində bildirilir: “Sorosun yuan və Honq-Konq dollarının ünvanına hədə-qorxusunda heç bir müvəffəqiyyət yoxdur” .

Çin kommunist partiyasının “Jenmin Jibao” qəzetində aşağıdakı başlıqlı məqalə çıxıb: “Çin valyutasına savaş elanı? Bişmiş toyuğun gülməyi gəlir”. 

Amerikanın yaxşı məlumatlandırılmış "ZeroHedge" saytının qeyd etdiyi kimi, ABŞ “holland sindromu” və “maiyyə yırtıcıları”nın əlindən əziyyət çəkir.

Əlbəttə, material keçən həftə "Bloomberg Television"un efirində öz xəttini davam etdirən Sorosun açıqlamasına cavab oldu. O, yenə də Çinin qarşıdakı iflasından danışıb və riyakarcasına əlavə edib: “Mən bunu istəməzdim, lakin bunu görürəm”.

Sorosun igidlikləri haqda bir neçə xatırlatma: o, 1992-ci ildə funt sterlinqə zərbə vuraraq İngiltərə Bankını diz çökdürdü və Britaniya hökumətini öz valyutasını Avropa mübadilə sistemindən çıxarmağa məcbur etdi. Hələ 1997-ci ildə Asiyanın bir neçə iqtisaiyyatını defolt həddinə çatdırmış Tailand batına hücumu demirik.

Hətta Soros Çin yuanına birbaşa təhlükə yaratmırsa da, İngiltərə Bankına qalib gəlmiş maliyyəçi nüfuzu yetərlidir ki, Pekini qulaqlarını şəkləməyə vadar etsin. Maliyyəçinin ünvanına Çinin kəskin cavabı, hökumətin fikrincə, bazar spekulyasiyasını çökdürməyə cəhd edənlərin hamısına qarşı gördüyü sərt tədbirləri əks etdirir. Çin bu gün atıq iqtisadi zirvədədir və bütün bunlar ABŞ-ın hegemoniyasına qarşı meydan oxuyanların hamısına, yəni yeni mühafizəkaların Çin və Rusiyaya qarşı növbəti hücumundan xəbər verir və Soros sadistcəsinə mümkün bütün üsullarla bu nailiyyəti məhv etməyə çalışır.

Donald Tramp zaman-zaman gileylənir ki, çinlilər öz valyutalarını devalvasiya edir, bu da Amerika iqtisadiyyatı üçün əks səmərə verir. O, bəlağətli tərzdə vurğulayır: “ABŞ elə etməlidir ki, çinlilər günorta yeməyimizi yeməyi tərgitsinlər”.

Lakin hər halda mən Sorosla Tramp arasında paralel aparmağa başlamazdım, çünki sonuncu özünü iblis kimi göstərməyi deyil, Pekinlə dil tapmağa üstünlük verərdi.

 

Tərcümə Strateq.az-ındır.